İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə225/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   221   222   223   224   225   226   227   228   ...   231

Nəhayət,  romançıların  öz  xəyallarında  uydurduqları  bütün  dəhşətlər 

həyatdakı dəhşətlərə görə heç bir şeydir. Siz bütün bu gözəl şeylərlə 

tanış  olacaqsınız.  Mən  isə  arvadımla  bərabər  kənddə  yaşamaq 

istəyirəm. Paris məni dəhşətə salır. 

- Sizin bu söylədiklərinizdən mən Doroşun yanında az görmə-

mişəm, - deyə Qodeşal cavab verdi. 



Paris, fevral-mart, 1832-ciil 

651 


downloaded from KitabYurdu.org


 

Oııore de Balzak 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

downloaded from KitabYurdu.org




ŞƏRHLƏR 

Qorio ata 

(roman) 

Səh.  15: 

Joffrua  de  Sent-İler

  (1772-1844)  -  fransız  zooloqudur.  Müqayisəli 

anatomiya  və  embriologiyaya  aid  ideyaları  və  müəyyən  etdiyi  faktlar  təkamül 

nəzəriyyəsi üçün zəmin hazırlamışdır. 

Səh. 15: 

Latın məhəlləsi

 - Parisdə ali məktəblərin yerləşdiyi yer. Burada hər 

zaman çoxlu tələbə yaşamışdır. 

Səh. 15: 

Sen-Marso qəsəbəsi -

 əsasən yoxsul əhalinin yaşadığı yer 

Səh.  15: 

Monmartr

  və 

Monruj

  -  Parisin  rayonları,  o  zaman  Paris  ətrafına 

deyilərdi. 

Səh.  16: 

Cagemaut  bütü  -

  hind  allahı.  Hər  il  bu  allaha  həsr  edilən 

bayramlarda  Cagemautun  heykəlini  böyük  bir  arabaya  qoyub  aparardılar. 

Dindar fanatiklər bu arabanın çarxının altına atılardılar. 

Səh.  16: 

Val-de-Qras  -

  XIV  əsrdə  tikilmiş  qedim  monastır  binasında 

yerləşmiş xəstəxana 

Səh.  16: 

Panteon  —

  XVIII  əsrdə  tikilmiş  kilsə  binasıdır,  sonralar  Kon- 

ventin  dekreti  ilə  burada  “Fransanın  böyük  xadimləri”  dəfn  edilərdi.  Res- 

tavrasiyadan  sonra  yenə  kilsəyə  çevrilmiş,  lakin  üçüncü  respublikadan  sonra 

yenə məqbərə olmuşdur. 

Səh.  17: 

Katakombalar  —

  Parisin  yaxınlığında  işlənməyən  daş  mədənləri. 

Ləğv edilmiş qəbiristanlıqlardan ölülər bura köçürülürdü. 

Səh.  19: 

“Telemakın  sərgüzəşti”  -

  məşhur  fransız  yazıçısı  Fenelonun 

romanıdır (1651-1715). 

Səh.  20: 

Tume  -

  Belçikada  sənaye  şəhəridir.  Burada,  adətən,  ucuz  çini  və 

saxsı qablar emal edilirdi. 

Səh. 20: 

Arqan kenketləri

 - isveçrəli fizik Arqan tərəfindən icad edilmiş yağla 

yanan  çıraqlara  deyilir.  Bu  çıraqların  adı  onları  emal  edən  fabrikant  Kenkele 

görə qoyulmuşdur. 

Səh. 20: 

Stilos —

 qədim yunanlar və romahlann taxta üzərində yazı yazmaq 

üçün istifadə etdikləri ucu şiş ağaclara deyilirdi. 

653 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Səh. 21: 



Pişeqrü və Jorj 

-

 Şarl Pişeqrü və Jorj Kadudal I Napoleon əleyhinə 

hazırlanan  royalist  sui-qəsdin  (1804)  iştirakçılarıdır;  xəyanət  nəticəsində  ələ 

keçmişlər. Kadudal edam edilmiş, Pişeqrü isə həbsxanada ölmüşdür. 

Səh.  23: 

Salpetrierlə  Burb  arasında 

-

  Salpetrier  qocalmış  arvadlar  yataq-

xanasıdır. Burb doğum evidir. 

Səh.  25: 

Gilyotin 

-

  Böyük  Fransa  inqilabı  dövründə  (1792)  tətbiq  edilmiş 

edam  dəzgahı  (məhkumların  başının  kəsilməsi  üçün).  Həkim  J.Gilyotenin 

(dəzgahın  adı  buradandır)  təklifi  ilə  yaradılmışdır.  1881-ci  ildə  Fransa  Milli 

Məclisi gilyotinlə edamı ləğv etmişdir. 

Səh. 25: 

Roton və Bertran 

-

 Lafontenin eyni adla məşhur olan bir təmsilində 

meymunla pişiyin adıdır. 1833-cü ildə eyni adla Skribin siyasi xarakter daşıyan 

satirik əsəri meydana çıxmışdı. 

Səh. 28: 

Yuvenal

 

(e. I əsri) - məşhur Roma satirik şairidir. 



Səh. 32: 

Makuba 

-

 Martinika adasında becərilən əla tütün 

Səh. 32: 

Şuazi, Suazi və Jantilyi 

-

 Parisin şəhərətrafı məhəllələri 

Səh.  32: 

Eldorado

 

(ispanca  “qızıl  yurdu”  deməkdir)  -  sərvət  və  bolluq 



timsalında işlədilir. Burada meşşan səadəti mənasındadır. 

Səh.  33: 

Mare 

-

  Balzakın  zəmanəsində  əsnaf  və  xırda  alverçilərin  yaşadığı 

Paris məhəlləsi 

Səh.  34: 

Pale-Royal

 

(hərfən  “kral  sarayı”  deməkdir)  -  XVII  əsrdə  hersoq 



Rişelye  üçün  tikilmişdir.  Sonra  Orlean  hersoqlarının  ixtiyarına  keçmişdir. 

Sonralar isə əlavə tikilmiş binalarda və qalereyalarda mağazalar, qumarxanalar 

və kafelər açılmışdır. 

Səh. 34: 

“Bef a lya mod”

 

restoranı (hərfən “dəbsayağı hazırlanmış mal əti” 



deməkdir) - bu restoran Pale-Royal yaxınlığında idi. 

Səh. 44: 

Odeon 

-

 teatr adıdır, burada böyük bal ziyafətləri də təşkil edilirdi. 

Səh. 44: 

Prado 

-

 rəqs salonudur. 

Səh.  44: 

Sen-Jermen  məhəlləsi 

-

  Parisdə  aristokratlara  məxsus  məhəllədir 

ki, burada bir çox qədim zadəgan kaşanələri vardır. 

Səh. 45: 

Ossian 

-

 əfsanəvi şotland şairidir, eramızın III əsrində yaşadığı fərz 

edilir.  Nəğmələri  ilk  dəfə  1762-ci  ildə  nəşr  edilmişdir.  Romantizm  məktəbinə 

mənsub  bir  sıra  yazıçılara  təsir  göstərmişdir.  Sonralar  bu  şeirlərin  şair 

Makferson tərəfindən yazıldığı aydınlaşmışdır. 

Səh. 45: 

Bufonlar 

-

 İtalyan operası teatrının camaat arasında yayılmış adıdır. 

Səh. 46: 

D ’Anten şosesi 

-

 Parisdə bir məhəllənin adıdır, burada, adətən, iri 

maliyyə burjuaziyası yaşardı. 

Səh.  47: 

II  Avqust

 

(1670-1733)  -  Polşa  kralı;  fiziki  qüvvəsi  ilə  şöhrət 



qazanmışdır. 

Səh. 61: 

Qall sistemi

 

(“Frenoloji”) - alman təbibi Frans Qallın (1758— 1828) 



nəzəriyyəsidir. Bu “nəzəriyyə”yə görə, insanın xarakteri və zehni 

654 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə