İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin


Səh. 200:  Ninon de-Lanklo -



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə228/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   223   224   225   226   227   228   229   230   231

Səh. 200: 

Ninon de-Lanklo -

 XVII əsrin gözəl və mədəni xanımlarından biri 

Səh. 200: 

Madam de-Pompadur

 (1721-1764)  - kral XV Lüdovikin israfçıl və 

mahir məşuqəsi olmuşdur. 

Səh.  200: 

Orfevr  sahil  küçəsi  casusları  -

  Parisdə,  Senanın  Orfevr  sahilində 

cinayət məhkəməsi və mərkəzi Konsyeıjeri həbsxanası yerləşirdi. 

Səh.  200: 

Jarı-Jak  Russo

  (1712-1778)  -  böyük  fransız  yazıçısıdır.  “Yeni 

Eloiza” romanım və “İctimai müqavilə” traktatını yazmışdır. 

Səh. 203: 

Flikoto

 - ucuz Paris aşxanasının sahibi 

Səh.  212: 

Krez

  -  Kiçik  Asiyada  yerləşən  qədim  Lidiya  dövlətinin  əfsanəvi 

padşahı; böyük sərvət sahibi idi. 

Səh.  214: 

KayMari

  (e.ə.  156-86-cı  illər)  -  Roma  sərkərdəsi.  Öz  siyasi 

düşmənlərindən xilas olmaq üçün Şimali Afrikaya qaçmışdı. Karfagen şəhərinin 

xarabalıqlarında  fikrə  dalaraq  öz  taleyini  düşündüyü  zaman,  bu  yerlərin  de 

təhlükəli olduğu xəbərini almışdı. 

Səh.  214: 

“Lord  Bayron  öz  Tassosunurı  dili  ilə  həyatdan  gözəl  şikayətlər 

etsə də ”

 - Bayronun “Tassonun şikayəti” əsəri nəzərdə tutulmuşdur.

 

Səh.  218: 

Madmazel  de  Lavalyer

  (1644—1710)  -  kral  XTV  Lüdovikin 

məşuqəsi, dövrünün ən gözəl xanımlarından biri. Hersoq de Vermandua onların 

oğludur. 

Səh. 218: 

Rubikonu keçmək -

 qəti, dönməz bir addım atmaq mənasındadır. 

Səh.  245: 

Musanın  duası

  -  Rossininin  “Musa  Misirdə”  adlı  məşhur 

operasından ariyadır. 

Səh.  275: 

Gekatomba  -

  qedim  yunanlarda  yüz  öküzün  qurban  kəsilməsi 

mərasiminə deyirdilər. Ümumiyyətlə, qurban kəsmək deməkdir. Burada məcazi 

mənada işlədilir. 

Səh.  278: 

Vandom  sütunu,  yaxud  Vandom  kolonnası  -

  Parisin  mərkəzində 

fransız  ordusunun  qalibiyyəti  münasibətilə  I  Napoleon tərəfindən  tikdirilmiş 44 

metr hündürlüyündə sütundur. 

Qulan d

ə

risi 

(roman) 

Səh. 285: 

Trant və karant

 - kart oyununda xalların sayı: otuz və qırx Səh. 

287: 

...İnqilabın təkcə bir işarəsi ilə... —

 1789-1794-cü illər I Fransa Buıjua 

İnqilabı nəzərdə tutulur. 

Səh.  292: 

İnhalyasiya

  -  buxar,  qaz  və  ya  toz  halma  salınmış  maye  və  ya 

maddələrlə nəfəsalma vasitəsilə müalicə üsulu 

659 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Səh.  292: 



La  Carita!  La  Carita!  Catarina! 

-

  Sədəqə  verin!  Müqəddəs 

Katerina xatirinə! 

(ital.)

 

Səh. 294: 

Eşafot 

-

 edam kürsüsü 

Səh.  295: 

Bernar  de  Palisi

 

(1510-1589)  -  fransız  alimi  və  yazıçısı;  bədii 



keramika və kimya sahəsində məşhurdur. 

Səh.  295: 

Madam  Jakoto

 

(Jakoto  Mariya)  (1772-1855)  -  Birinci  İmperiya 



dövründə farfor üzərində çəkdiyi şəkillərlə məşhur olan fransız qadın rəssam 

Səh. 295: 

Seostris 

-

 fironlarla eyniləşdirilmiş əfsanəvi misirli qəhrəman 

Səh. 295: 

Latur Jorj

 

(1593-1652) - fransız rəssamı 



Səh. 295: 

Madam Dübari

 

(1743-1793)  - kral  XV  Lüdovikin  məşuqəsi; 1793-



cü ildə edam olunmuşdur. 

Səh.  297: 

İoni 

-

  qədimdə  Kiçik  Asiya  sahillərində  Egey  dənizini  ətrafdakı 

adalarla birləşdirən əyalət 

Səh.  297: 

Pryap 

-

  yunan  əsatirində  məhsuldarlıq,  bərəkət,  həzz  tanrısı; 

Pryapın şərəfinə  təşkil  edilmiş  ziyafət  şənlikləri  (les  priapyes)  son  dərəcə azğın, 

özbaşına hərəkətlərlə müşayiət edilərmiş. 

Səh.  297: 

Tibül 

-

  Qədim  Roma  şairi  (təxminən,  e.ə.54  -  b.e.19);  məşhur 

elegiyalann müəllifi 

Səh. 297: 

Yuliya 

-

 Roma imperatoru Avqustun qızı Yuliya nəzərdə tutulur; o, 

gözəlliyi və məhəbbət macəraları ilə məşhurdur (e.ə. I əsrin sonu  - b.e. I əsrinin 

əvvəli) 

Səh.  297: 

Siseron  Mark  Tulli

 

(e.ə.  106-43)  -  Roma  dövlət  xadimi,  görkəmli 



natiq 

Səh. 297: 

Senatus Populusque Romanus 

-

 Roma xalq senatı 

(lat.) 

Səh.  297: 

Liktor 

-

  Roma  respublikasında  yüksəkvəzifəli  şəxslərin  fəxri 

mühafizi 

Səh. 298: 

Benvenuto Çellini

 

(1500-1571) - italiyalı heykəltəraş və zərgər 



Səh.  298: 

Kurtizanka 

-

  yüksək  zümrəyə  mənsub  yüngüləxlaqlı,  macə-  raçı 

qadın 

Səh.  298: 

Fransisko  Pisarro

 

(1475-1541)  -  ispaniyalı  macəraçı,  fırıldaqçı, 



Perunu fəth edən, bu ölkənin yerli əhalisinin müqavimətini amansızcasına qıran 

istilaçı 

Səh.  298: 

Frederik  Ruyş 

-

  hollandiyalı  alim,  anatom;  o,  eybəcər  insan 

cəsədlərinin  və  aztapılan  əntiq  şeylərin  böyük  kolleksiyasını  yaratmışdır.  Bu 

kolleksiya  1717-ci  ildə  I  Pyotr  tərəfindən  Peterburqda  nadir  şeylər  saxlanılan 

muzey üçün alınmışdır. 

Səh.  299: 

Lara 

-

  ingilis  şairi  Bayronun  (1788-1824)  eyniadlı  poemasının 

qəhrəmanı; ədalətsiz qanunlara qarşı üsyan edən məğrur insan 

Səh.  299: 

David  Tenirs

 

(1610-1690)  -  məişət  rəsmləri  çəkən  hollandiyalı 



rəssam 

660 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə