İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə224/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   220   221   222   223   224   225   226   227   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Dervil çıxdı. Öz idarəsinə gəldikdən sonra ikinci katibi Qodeşalı 



qrafinya  Ferronun  yanına  göndərdi.  Qrafinya  məktubu  oxuduqdan 

sonra  dərhal  qraf  Şaberin  vəkilinə  çatacaq  olan  pulları  verib  Qode- 

şalı yola saldı. 

1840-cı  ildə,  iyun  ayının  sonlarında  Qodeşal  (o  artıq  vəkil 

olmuşdu)  Dervil  ilə  birlikdə  Riyə  getmişdi.  Böyük  yoldan  Bisetrə

qədər  gedən  şoseyə  çatdıqda  yol  kənarındakı  qarağacların  altında, 



Salpetriyerdə

1  2


  yaşayan  yoxsul  və  düşkün  qadınlar  kimi,  burada  - 

Bisetrdə  ömür  sürən  və  yoxsulluğun  marşallığına  layiq  olan  ağsaçlı, 

arıq və qoca dilənçilərdən birini gördülər. Əlillər evində  yaşayan iki 

min  bədbəxtin  biri  olan  bu  adam,  yolun  kənarında  oturmuşdu  və 

bütün əlillərə tanış olan bir işlə məşğul idi: o, burunotudan bulaşmış 

yaylıqlarını  günəşin  qabağında  qurudurdu:  kim  bilir,  bəlkə  də,  bunu 

belə etməkdən məqsəd yaylığını yudurtmaq ehtiyacından xilas olmaq 

idi. Qocanın cazibəli üzü var idi. Əynində əlillər evindən verilmiş və 

dəhşətli bir livreyaya bənzəyən sarı mahud paltarı var idi. 

Qodeşal yoldaşına müraciət edərək: 

-

 

Bir baxın, Dervil, - dedi, - bu qocaya baxın! Bu qoca Almani-



yadan göndərilən qrotesklərə bənzəmirmi? Həm də bu məxluq, bəlkə 

də, xoşbəxt bir ömür sürür. 

Dervil lornetini çıxarıb dilənçiyə baxdı və heyrət bildirən qeyri- 

ixtiyari bir hərəkət edərək: 

-

 

Əzizim,  -  dedi,  -  bu  qoca  böyük  bir  dastandır,  yaxud 



romantiklərin  dediyi  kimi,  bir  dramdır.  Sən  qrafinya  Ferronu  tanı- 

yırsanmı? 

-

 

Bəli,  qrafinya  çox  ağıllı  və  xoş  təbiətli  bir  qadındır,  -  deyə 



Qodeşal cavab verdi, - yalnız həddindən artıq dindar görünür. 

-

 



Bax  bu,  Bisetr  sakini  qoca  səfil  -  onun  qanuni  əri,  sabiq 

polkovnik  qraf  Şaberdir.  Ehtimal  ki,  onu  qrafinya  buraya  yerləş-

dirmişdir.  Onun  gözəl  bir  evdə  deyil,  əlillər  evində  yaşamasına 

yeganə  bir  səbəb  varsa,  o  da  bu  qocanın  gözəl  qrafinyanı  bir  minik 

arabası  kimi  küçədən tutub özünə arvad  etdiyini  ona  xatırlatmasıdır. 

Qoca bunu söylərkən qrafinyanın bir pələng kimi ona odlu bir nəzərlə 

baxması indiki kimi yadımdadır. 

1

 

Bisetr -

 əlillər və dəlilər evi 

2

 

Salpetriyer -

 Parisdə sinir xəstəliyinə tutulmuş qadınlar üçün əlillər evi 

648 


downloaded from KitabYurdu.org


Bu  müqəddimə  Qodeşalda maraq  oyatdı.  Nəticədə  Dervil  bütün 

bu əhvalatı ona nağıl etdi. İki gün sonra, yəni bazar ertəsinin səhəri, 

iki  dost  Parisə  qayıdarkən  yenə  Bisetrə  doğru  baxdılar.  Dervil 

polkovnik Şaberlə görüşməyi təklif etdi. 

Yolu  yenicə  yarı  eləmişdilər  ki,  kəsilmiş  bir  ağacın  dirəyi 

üstündə oturan qocanı gördülər; o, əlindəki ağacla torpaq üzərində nə 

isə cızırdı. Diqqətlə ona baxdıqdan sonra qocanın əlillər evində deyil, 

başqa bir yerdə nahar etmiş olduğu anlaşılırdı. 

Qodeşal: 

-

 



Xoş gördük, polkovnik Şaber! - dedi. 

-

 



Şaber  yoxdur!  Şaber  yoxdur!  Mənim  adım  Giasintdir.  Mən 

insan deyiləm, mən 164-cü nömrə,  yeddinci mənziləm,  - dedi və bir 

uşaq, yaxud qoca rahatsızlığı və qorxusu ilə Dervilə baxdı. Sonra bir 

az  susub:  -  Siz  ölümə  məhkum  edilmiş  bir  adama  baxmaq  istə-

yirsiniz? - dedi. - O evlənməmişdir. O çox xoşbəxtdir. 

Qodeşal: 

-

 

Zavallı! - dedi... Tütün üçün sizə pul lazım deyil ki? 



Polkovnik Parisin küçə uşaqlarına məxsus bir sadəliklə əlini 

həriscəsinə  hər  iki  yad  adama  doğru  uzatdı.  İyirmifranklıq  bir  pul 

aldıqdan sonra küt bir nəzərlə təşəkkür etdi və: 

-

 



Yaxşı oğlansınız! - dedi. 

Sonra  əlindəki  ağacı  silah  kimi  çiyninə  alıb  durdu,  endirdi  və 

onları nişan alaraq gülə-gülə bağırdı: 

-

 



İki  topdan  atəş  aç!  Yaşasın  Napoleon!  -  bu  sözlərlə  ağacla 

havada Napoleonun adının baş hərflərini cızdı. 

Dervil: 

-

 



Yaraları elədir ki, o, ağlını itirir, uşaq halına düşür! - dedi. 

Bisetrin köhnə sakinlərindən biri bunu eşidib: 

-

 

CJşaq  halına  düşən  odurmu?  -  deyə  bağırdı.  -  Vay,  vay!.. 



Günlər olur ki, ona yaxınlaşmaq belə mümkün olmur. Bu dalaşqan - 

filosof və xəyalpərəstdir.  Lakin bu gün kefi kökdür. Min səkkiz yüz 

iyirminci  ildə  o  artıq  burada  idi.  O  zaman  bir  Prussiya  zabiti  öz 

karetini  Viljuner  yoxuşunda  buraxaraq  buraya  piyada  gəlmişdi.  Biz 

Giasintlə  bərabər  yolun  kənarında  oturmuşduq.  Zabit  yeriyə-  yeriyə 

bir rusla, yaxud buna bənzər birisi ilə söhbət edirdi; prussiyalı qocanı 

görcək zarafatla: 

-

 



Qoca nişançı, - dedi, - yəqin, Rosbaxda vuruşmusan? 

649 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Qoca isə cavabında: 



-

 

Mən o zaman hələ çox cavan idim, - dedi, - lakin bununla belə, 



İenada vuruşmağa qüvvəm çatdı

1



Prussiyalı  bu  cavabdan  sonra  daha  sual  vermədi,  o  saat  oradan 

əkildi. 


-

 

Nə  qəribə  tale!  -  Dervil  səsləndi.  -  Atılmış  yurdsuz  uşaqlar 



evindən çıxdıqdan sonra o, ölmək üçün qoca əlillər evinə düşür, bu iki 

qütb  arasındakı  müddətdə  isə  Misiri  və  Avropanı  fəth  etmək  üçün 

Napoleona yardım edir. 

Dervil bir az susandan sonra: 

-

 

Bilirsinizmi,  əzizim,  -  cəmiyyətimizdə  mövcud  quruluşa  hör-



mət bəsləyə bilməyən üç peşə var: əsgər, həkim və hüquqşünas. Bəlkə 

də,  onların  qara  geyinməsinə  səbəb  bütün  xeyir  işlərə  və  xülyalara 

matəm  tutmalarıdır.  Bunların  arasında  ən  bədbəxti  -  vəkildir.  Bir 

adamın  keşişi  axtarmasına  çox  zaman  peşmançılıq,  vicdan  əzabı  və 

etiqad  səbəb  olur,  bu  isə  onu  daha  cazibədar  və  daha  ülvi  edir;  bu 

amil  də,  öz  növbəsində,  vasitəçinin  ruhuna  təsəlli  verir:  keşiş  onu 

təmizə çıxarır, düzəldir, qəlbində dünyadan razılıq hissi oyadır. Lakin 

biz vəkillər eyni murdar hisslərin təkrar olunduğunu və heç bir şeyin 

onları  düzəltmədiyini  görürük;  bizim  idarələrimiz  təmizlənməsi 

mümkün  olmayan  çirkab  arxlarıdır.  Mən  öz  peşəmlə  məşğul  olmağa 

başladıqda nələr görmədim! Mən, iki qızı tərəfindən tərk edilmiş olan 

atanın ac və susuz bir halda talvarda can verdiyini görmüşəm, halbuki 

bu ata öz qızlarına qırx minlik renta vermişdi. Mən vəsiyyətnamələrin 

necə  yandırıldığını  görmüşəm.  Öz  uşaqlarını  qarət  edən  analar,  öz 

arvadlarının  şeylərini  oğurlayan  ərlər  görmüşəm.  Öz  oynaşlarıyla 

rahatca  yaşamaq  üçün  ərlərini  dəli,  gic  halına  salan  və  sevgidən 

istifadə edərək öz ərlərini öldürən qadınlar görmüşəm. Mən öz qanuni 

uşaqlarına, onları ölümə aparacaq meyillər aşılayan və bununla da öz 

oynaşından  olan  uşaqlarını  varlandırmaq  istəyən  analar  görmüşəm. 

Mən  bütün  gördüklərimi  sizə  söyləmək  iqtidarında  deyiləm.  Çünki 

mənim gördüyüm cinayətlər qarşısında məhkəmə və ədalət acizdir. 

1

  Saksoniyada  Rosbax  yaxınlığındakı  müharibədə  (1757)  Prussiya  kralı  Böyük 

Fridrix  müttəfiq  fransız-alman  qoşunları  üzərində  qələbə  çalmışdı.  İena 

yaxınlığındakı  vuruşmada  isə  (Saksen-Veymar  hersoqlugundaaır)  Napoleon  1806-cı 

ildə prussiyalılan məğlub etmişdi. Şaberin cavabının kəskinliyi bundadır ki, Napoleon 

lena vuruşmasından sonra Rosbax qələbəsi şərəfinə qoyulmuş abidəni uçurtmuşdu. 

650 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə