İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin


qabiliyyətləri,  guya,  kəlləsinin  quruluşundan  asılıdır.  Bu  “nəzəriyyə”  bir



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə226/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   223   224   225   226   227   228   229   230   231

qabiliyyətləri,  guya,  kəlləsinin  quruluşundan  asılıdır.  Bu  “nəzəriyyə”  bir 

zamanlar müəyyən elmi dairələrdə müvəffəqiyyət belə qazanmışdı. 

Səh.  61: 

“Bir  gül  kimi  yaşadı...”  -

  fransız  şairi  Malerbin  (1555-1628) 

“Provans  Eksi  dvoryanlanndan  cənab  Düperyeyə  qızının  ölümü  münasibətilə 

təsəlli” şerindən bir parça 

Səh. 64: 

Taleyran

 (1754-1838) - məşhur fransız diplomatı; Balzak böyük zəka 

və  diplomat  istedadına  misal  olaraq  onun  adını  tez-tez  çəkirsə  də,  bu 

qabiliyyətlərə görə Taleyranm prinsipsizliyini, mənfəətpərəstliyini və məqsədinə 

nail olmaq üçün hər şeyə əl atdığını unudur. 

Səh.  67: 

Şaranta  —

  Fransanın  cənub-qərbində  çay;  Şaranta  departa- 

mentinin adı da bu çaym adı ile əlaqədardır. 

Səh.  69: 

Şərqi  Hindistan  kompaniyası  -

  İngiltərə  və  Hollandiyada  olduğu 

kimi,  Fransada  təşkil  edilmiş  bir  şirkətdir.  Bu  şirkətin  qayəsi  Hindistan  və 

İndoneziya  ilə  ticarət  olmuşdur,  əslində  isə  bu  şirkətlər  müstəmləkə  əsarətinin 

vasitələrindən biri idi. 

Səh. 86: 

Seksiya -

 birinci fransız buıjua inqilabı dövründə Paris rayonlarına 

deyirdilər. 

Səh.  86: 

İctimai  qurtuluş  komitəsi  -

  1793-cü  ildə  təşkil  edilmiş  yako-  binçi 

diktaturası  hökumətinin  rəhbər  orqanıdır.  Bu  komitə  əks-inqilabla  amansız 

mübarizə  aparırdı.  Hersoginya  de  Lanjenin  yakobinçilər  diktaturası 

nümayəndələrinə  və  orqanlarına  verdiyi  qiymətdə  inqilaba  qarşı  irsi  bir  nifrət 

duyulur. 

Səh.  89: 

Ariadnanın  sapı  -

  yunan  əsatirindən  alınmış  bu  ifadə  mürəkkəb, 

çətin vəziyyətdən çıxmaq üçün yol, çarə mənasında işlədilir. 

Səh.  97: 

“Qorio...  Paris  Dolibanlarına  bənzərdi”  -  Doliban

  -  XVIII  əsr 

fransız  yazıçısı  Defoıjun  “Kar”  adlı  komediyasının  əsas  personajı;  qızını 

ehtirasla sevən və ona namünasib bir yer tapmış olan sadədil ata mənasındadır. 

Səh. 98: 

“Müqəddəs Roma imperiyası ” baronu -

 Napoleon fəthlərinə qədər 

“Müqəddəs  Roma  imperiyası”  adlanan  Almaniya  cürbəcür  mənsəblər,  xüsusilə 

baron  mənsəbi  satmaqla  məşğul  olardı.  Bu  mənsəbləri  iri  buıjuaziya  həvəslə 

satm alardı. 

Səh.  103: 

Pompeya  və  Kerkulanum  -

  79-cu  ildə  Vezuvi  vulkanının  odlu 

püskürməsi nəticəsində torpaq altında qalan iki Roma şəhərinin adları 

Səh. 105: 

Qalionlar -

 xüsusi İspaniya gəmilərinə deyirlər ki, ispaniyalılar bu 

gəmilərdə  XV-XVIII  əsrlərdə  Amerika  hindularından  qarət  etdikləri  qızılı 

daşıyardılar. 

Səh.  106: 

Mürat  İoaxim

  (1771-1815)-  Napoleonun  kürəkəni,  cəsarətli  və 

qızğın  bir  adam idi. Birinci  Fransa  buıjua  inqilabı  dövründə  adi  süvari  olduğu 

halda, az bir zamanda irəli gedib, general olmuşdu. Napoleonun vaxtmda marşal, 

sonra  isə  Neapol  kralı  olmuşdur.  1815—ci  ildə  Neapol  Burbonlan  hakimiyyət 

başma  qayıtdıqdan  sonra,  Mürat  yenidən  taxtı  qaytarmaq  üçün  təşəbbüs 

göstərmişsə də, həbs edilmiş və güllələnmişdi. 

655 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Səh. 107: 



Silvestr gününə qədər

 

-yəni dekabrın 31-nə qədər. 



Səh.  110: 

Benvenuto  Çellini

 

(1500-1571)  -  məşhur  italyan  heykəltəraşı  və 



zərgəri.  “Xatirələr”  adlı  maraqlı  əsərində  macəra  ilə  dolu  həyatından  canlı  və 

parlaq şəkildə bəhs edir. 

Səh.  111: 

Sen-Klu  torları 

-

  Parisin  aşağı  tərəfində,  Sen-Klu  şəhərinin 

yaxınlığında  Sena  çayına  tordan  bir  hasar  çəkilmişdi.  Bu  torlar  suda 

boğulanların meyitlərini saxlayırdı. 

Səh.  112: 

Səsverilmə  vərəqəsində  Villel  əvəzində  Manuel  oxumaq  - 



zamanlar qraf Villel nümayəndələr  palatasında sağ royalist partiyasına mənsub 

olduğu  halda,  Manuel  mürtəce  hökumətə  qarşı  müxalifət  təşkil  edən  burjua-

liberal partiyasına mənsub idi. 

Səh.  114: 

Lonşan 

-

  Paris  yaxınlığında  gəzinti  yeridir.  Orta  xiyaban  - 

kübarların getdiyi yola deyilirdi. 

Səh.  115: 

Obri  Fransua

 

(1749-1802)  -  yakobinçilər  diktaturası  dövründə 



Konvet  üzvü  olmuşdur.  9  termidordan  sonra,  yakobinçilərə  yaxın  olmaqda 

ittiham edilən zabitləri təqib edərdi. Napoleon da bu sıraya daxil edilmişdi. 

Səh.  117: 

Göy  siferblat 

-

  həqiqətən  o  zamanlar  bu  adda  ucuz  bir  aşxana 

varmış. 

Səh.  117: 

Quronlar  və  illinoylar 

-

  Şimali  Amerika  hindu  tayfalarıdır; 

sonralar amerikalılar tərəfindən qırılmışdır. 

Səh.  118: 

Luara  ordusu  polkovniki 

-

  Luara  ordusu  Vaterloo  məğlubiy-

yətindən  sonra  salamat  qalan  və  Napoleona  sadiq  olan  qoşun  hissələrinə 

deyilirdi.  Vaterloodan  sonra  Parisdən  uzaqlara  aparılmış  və  bir  müddət  Luara 

sahillərində saxlanıldıqdan sonra buraxılmışdı. 

Səh.  119: 

Lafayet  Mari  Jozef

 

(1757-1834)  -  Fransanın  kral  sülalələri 



içərisində  ən  qüdrətlisi  Burbonlar  olmuşdur.  Onun  əsasını  qoyan  XIV  Henrix 

Burbon  1610-cu  ildə  katolik  rahibi  Ravalyak  tərəfindən  öldürülmüşdür.  XVIII 

əsrin  Fransa  burjua  inqilabı  Burbonlar  sülaləsini  taxtdan  saldı;  kral  XVI  Lui 

Konventin  qərarıyla  1793-cü  ildə  edam  edildi.  Mari  Jozef  Lafayet  (1757-1834) 

1793 və 1830-cu illərdəki inqilabların iştirakçısı, Bastiliyanın alınmasındın sonra 

(1789)  milli  qvardiyanın  komandiri  təyin  edildi  və  inqilabın  sonrakı  inkişafını 

dayandırdı.  Liberalların  gələcək  başçılarından  olan  Lafayet  1830-cu  il  inqilabı 

zamanı Lui Filippin taxta oturmasına kömək etmişdir. 

Səh. 123: 

Fizionomist 

-

 surətşünas; insanın hərəkətlərinə və mimikasına görə 

daxili vəziyyətini təyin edən 

Səh. 124: 

Tüilri 

-

 Fransa krallarının Parisdəki yaşayış yeri. Burada saray ilk 

dəfə 1564-cü ildə tikilmişdir. Sonralar kral üsuli-idarəsi Versala köçürülmüşdü. 

Səh. 124: 

Saray frontonları 

-

 saray fasadının üst hissəsi 

Səh. 126: 

Lakedemon

 

- qədim yunan şəhər-dövlətlərindən birinin - Spartanın 



coğrafi, tarixi, eləcə də rəsmi adıdır. 

656 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə