DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Birisi öz taleyindən şikayət edən kimi o, dərhal öz köməyini təklif
edərdi. Dəfələrlə madam Vokeyə və bir neçə kirayənişinə borc pul
belə vermişdi. Lakin o, xeyirxah adama oxşasa da, qətiyyətlə dolu
qəribə, dərin baxışları ilə hamıda elə bir dəhşət oyadırdı ki, ondan
borc pul alanlar borcu qaytarmamaqdansa, ölməyi üstün tuturdular.
Onun ancaq tüpürcəyini tullamaq adəti belə sarsılmaz bir
soyuqqanlığa malik olduğunu göstərirdi. Onun nəzərləri, elə bil, ciddi
bir hakim kimi hər bir məsələnin, hər bir hissin, hər bir vicdanın
dərinliyinə qədər enmək iqtidarında idi. O, adətən, gününü belə
keçirərdi: səhər yeməyindən sonra evdən çıxar, nahar vaxtı geri
dönər, sonra yenə gedərək bütün axşamı görünməz, ancaq gecəyarısı
qayıdardı. Madam Vokenin etibarı sayəsində ehtiyat açarı həmişə
yanında idi. Bu iltifat ancaq Votrenə göstərilərdi. Onun dul arvadla
yaxşı münasibəti vardı: həmişə Vokeyə “cici” deyər, belindən tutub
qucaqlardı. Voke bu yaltaqlanmağın mənasını başa düşməzdi. Madam
Voke açıq ürəklə elə zənn edirdi ki, onu qucaqlamaq sadə şeydir,
halbuki onun kimi ağır bir kötüyü qucaqlamaq üçün Votrenin əlləri
kifayət qədər uzun görünürdü. Onun daha bir xüsusiyyəti vardı: o,
səxavət göstərərək, ayda on beş frank “qloriya”
1
üçün verər və
şirniyyatla içərdi. Paris həyatının qasırğasına düşən bu gənclər kimi o
qədər də diqqətsiz olmayan adamlara və eləcə də özlərinə aid
olmayan hər şeyə qarşı tamamən laqeyd görünən bu qocalara
Votrenin göstərdiyi bu ikimənalı təsir, çox ehtimal ki, onları
kifayətləndirməzdi. Votren, ətrafındakı bütün adamların işlərini bilir,
yaxud duyurdu; halbuki heç kəs onun nə ilə məşğul olduğunu və nə
fikirləşdiyini dərk edə bilməzdi. Zahiri xeyirxahlığı, daimi iltifatı və
şən təbiəti özü ilə başqaları arasında sədd çəkdiyi halda, Votren bəzən
xasiyyətinin qorxunc cəhətini büruzə verərdi. Yuvenal* kimi
hazırcavablıqla coşar, qanunlara məmnuniyyətlə istehza edər, kübar
cəmiyyəti qırmanclayar, onun daxili ziddiyyətlərini ifşa edərdi. Bu isə
onun qəlbində ictimai intizama qarşı kinli bir küskünlüyün
çırpındığını və həyatının dərinliklərində böyük bir sirr dəfn edilmiş
olduğunu göstərirdi.
Madmazel Tayfer oğrun baxışlarını və gizli həsrətlərini bu qırx
yaşlı kişi ilə gənc tələbə arasında bölürdü. Bəlkə də, heç düşünmədən
onu cəzb edən birinin qüvvəti, digərinin isə gözəlliyi idi.
1
Qloriya -
konyak, yaxud rom qarışdırılmış qəhvə
28
downloaded from KitabYurdu.org
Bununla belə, heç birinin qızla maraqlanmadığı görünürdü. Lakin
sadəcə bir təsadüf bu gün olmasa da, sabah Viktorinanın vəziyyətini
tamamilə dəyişə bilər, bu gün yoxsul olan bir qız sabah varlı gəlin ola
bilərdi. Ancaq bütün bu şəxsiyyətlərin arasında bir nəfər belə zəhmət
çəkib hər birinin müsibətində nə qədər həqiqət və nə qədər uydurma
olduğunu yoxlamaq istəmirdi. Hamı bir- birinə qarşı öz şəxsi
vəziyyətindən doğan qarşılıqlı bir qeydsizlik və şübhə ilə yanaşırdı.
Hər kəs çəkdiyi iztirabları yüngülləşdirməkdə aciz olduğunu düşünür
və bu iztirablarını bir-birinə söylədikdən sonra artıq mərhəmət
badəsini son damlasına qədər boşaltmış olurdu. Qocalmış ər-arvad
kimi onlann bir-birinə söyləyəcək sözləri qalmamışdı. Bu surətlə
onların münasibətləri yalnız xarici əlaqədən, heç bir şeylə
yağlanmamış çarxların hərəkətindən ibarət idi. Hər biri küçədə sədəqə
istəyən kor dilənçinin yanından başını belə çevirmədən keçər,
həyəcan keçirmədən başqasının başına gələn müsibətlərə qulaq asar,
səfalət məsələsinin həllini ancaq ölümdə görərdi. Ən dəhşətli can
çəkişməsinə bəslədikləri bu qeydsizliyə səbəb də həmin səfalət idi.
Ürəkləri xarabazara dönmüş bu insanların arasında ən xoşbəxt bir
insan vardısa, o da ancaq bu xüsusi səfalət evində hökm sürən madam
Voke idi. Şaxtada da, quraqlıqda da, yağış yağanda da, hər zaman
dilsiz və lal olan, səhra kimi bomboş bir çölə çevrilən bu balaca bağça
ancaq madam Vokenin nəzərində gözəl çəmənzara bənzəyirdi. Dükan
taxtapuşu kimi ucuz rəng iyi verən bu sarı və kədərli ev ancaq onun
nəzərində gözəl və cazibədar görünürdü. O, bu zindan bucaqlarının
sahibi idi. O, əbədi katorqaya məhkum edilmiş bu məhbuslara yemək
verir, onları ehtiramlı bir itaət altında idarə edirdi. Bu zavallılar
Parisin hansı bir bucağında bu qiymətə təzəcə, qann doyuzduracaq
yemək, yaxud sığınacaq tapa bilərdilər? Bu yeri zərif, yaxud rahat
şəklə salmaq mümkün olmasa da, hər halda, cansağlığını pozmayan
təmiz hala salmaq mümkün idi. Əgər madam Voke dəhşətli haqsızlığa
yol vermiş olsaydı belə, bu fələkzadələrin dözməkdən başqa çarələri
yox idi.
Bu cür insan birləşmələrində insan cəmiyyətinin tərkib hissələri
öz ifadəsini tapmalıdır və burada kiçik bir həcmdə tapmışdı da.
Adətən, məktəblərdə və dərnəklərdə olduğu kimi, burada da on səkkiz
pansioner arasında zəlil, səfil bir nəfər tapılmışdı ki, bütün
29
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
istehzalar, kinayələr onun üzərinə yağdırılırdı. Ejen Rastinyakın bu
evdə yaşadığı ikinci ilin başlanğıcında, iki il daha aralarında
yaşamağa məcbur olduğu bu insanların içərisində onun nəzər-
diqqətini ən çox cəlb edən də həmin şəxs idi. Hamının istehza etdiyi
bu şəxs keçmiş vermişel fabrikinin sahibi Qorio ata idi, halbuki
rəssam, ya ədib onu görmüş olsaydı, çəkdiyi lövhənin mərkəzində
onun simasını yerləşdirərdi. Bu ən qoca kirayənişinə qarşı bəslənilən
kinlə qarışıq nifrəti, mərhəmət hissi ilə qarışıq təqibi, özgənin
fəlakətinə bəslənilən bu hörmətsizliyi doğuran səbəb nə ola bilərdi?
Bəlkə də, səbəb onun özü idi, bəlkə, onun təbiətində qəribəlik və
gülməli adətlər vardı? İnsanlar gülünc vərdişləri eyibdən daha çətin
bağışlayırlar. Bütün bu məsələlər bir çox ictimai haqsızlıqlarla
əlaqədardır. Bəlkə də, insan təbiətində belə bir xüsusiyyət vardır ki, o
gərək həqiqətən zəlil, aciz, yaxud zəif olduğundan, hər şeyə
dözənlərin səbrini həmişə imtahandan keçirsin. Məgər biz başqasının,
yaxud bir şeyin üzərində öz qüvvətimizi göstərməyi sevmirikmi?
Küçə uşağı kimi əlsiz-ayaqsız bir məxluq belə, şaxta gücləndiyi
zaman bütün evlərin qapı zənglərini çalar, yaxud hələ tərtəmiz olan
bir heykəlin üzərinə dırmaşaraq, onun üstündə öz adını cızmağı sevər.
Qorio atanın indi yaşı yetmişə yaxın idi. O, 1813-cü ildə ticarət
işlərindən əl çəkdikdən sonra madam Vokenin evində yerləşmişdi.
Əvvəlcə madam Kutürün indi yaşadığı mənzili kirayəyə götürmüşdü
və bütün pansion üçün min iki yüz frank pul verirdi. Elə zənn etmək
olardı ki, Qorio üçün yüz frank artıq, ya əskik verməyin heç bir
əhəmiyyəti yox idi. Madam Voke, guya, bu yaramaz ev əşyasına, sarı
kolenkor pərdələrdən, laklı, triplə döşənmiş kreslolardan, yapışqanlı
boya ilə rəngləməkdən və şəhər civarındakı meyxanalarda belə
bəyənilməyən divar kağızlarından ibarət olan bir təmirə, guya, sərf
etdiyi pulu ödəmək üçün Qoriodan qabaqcadan bir qədər məbləğ alıb
bu mənzilin üç otağını təzələmişdi. Bəlkə də, hələ o zaman ehtiramla
cənab Qorio adlanın Qorio ata bu qədər yüngül bir səxavət göstərərək
tələyə düşdüyü üçün madam Vokedə onun haqqında belə bir rəy
yaranmışdı ki, guya, o, əməli işlərdən qətiyyən başı çıxmayan axmaq
bir adamdır. Qorio ticarəti atmış olsa da, heç şeydə özünə korluq
verməyən varlı tacir kimi özü ilə bərabər çoxlu paltar və gözəl şeylər
gətirmişdi. Madam Voke
yarımholland
kəta
30
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |