İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə34/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   30   31   32   33   34   35   36   37   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ejen öz-özünə: “Bəli, bəli, - deyirdi, - sərvət, nə olur-olsun, sər-



vət! Heç bir cavahirat bu vəfalı məhəbbəti əvəz edə bilməz. Ah, mən 

onlara bütün dünyanın səadətini birdəfəlik vermək istərdim!” 

Bir az sükutdan sonra yenə dedi: 

“Min  beş  yüz  frank!  Bu  pulun  hər biri  hədəfə dəyməlidir!  Lora 

haqlıdır.  Doğrudan  da,  köynəklərimin  hamısı  sadə  kətandan  tikil-

mişdir.  Başqasına  səadət  bəxş  etmək  üçün  qız  oğru  kimi  hiyləgər 

olur.  Safürəkli  bacım  mənim  qayğımı  çəkir.  O,  bu  dünyadakı 

günahları anlamayan, lakin bağışlayan bir mələkdir”. 

Artıq yüksək cəmiyyətə onun yolu açılmışdı. Dərhal dərzi çağı-

rılmış,  danışdırılmış,  tabe  edilmişdi.  Rastinyak  Maksim  de  Trayı 

görər-görməz  gənclərin  həyatında  dərzinin  necə  böyük  təsiri 

olduğunu  anlamışdı.  Əfsus!  Dərzi  haqqındakı  məfhumların  arasında 

orta  hədd  yoxdur.  Dərzinin  işindən  məlum  olur  ki,  o  ya  sənin 

dostundur,  ya  da  qatı  düşmənin.  Ejenin  tapdığı  dərzi  öz  sənətinin 

qanun-qaydalarını  bildiyindən,  başa  düşürdü  ki,  özünə,  gənclərin 

bugünkü həyatı ilə gələcək həyatı arasında bir halqa kimi baxmalıdır. 

Minnətdar  Rastinyak,  sonralar  məzəli  sözlər  söyləməkdə  mahir 

olduğundan, bu dərzi haqqında söylədiyi sözlə onun karyerasını təmin 

etmişdi; Rastinyak demişdi: 

-  Onun  tikdiyi  iki  şalvar  ildə  iyirmi  min  mədaxil  verən  nişanlı 

tapmağa imkan vermişdi. 

Min  beş  yüz  frank  və  ürəyin  istədiyi  qədər  paltar!  Bu  dəqiqədə 

yoxsul  cənublu  heç  nəyə  şübhə  etmirdi.  Nahar  etmək  üçün  aşağıya 

düşərkən, bir az pulu olan gənclərə məxsus görünüşü vardı. Tələbənin 

cibinə  pul  düşər-düşməz,  dərhal  kefi  fantastik  bir  zirvəyə  qalxar: 

dərhal  yerişi  yaxşılaşar,  o,  öz  hərəkətləri  üçün  bir  istinadgah  tapar, 

hər şeyə açıq gözlə baxar, hərəkətlərində sürət əmələ gələr. Dünən o, 

qorxaq,  miskin,  hər  təhqirə  dözən  bir  gənc  idi,  bu  gün  isə  lap  baş 

naziri döyməyə qadirdir. O artıq fövqəladə hal keçirir: o, hər şeyi arzu 

edir və hər şeyi etmək iqtidarındadır; arzuları bir- birinə qarışır, şad, 

səxavətli,  həyəcanlı  görünür.  Bir  sözlə,  qanadsız  bir  quş  qanadlanıb 

fəzalarda  uçurdu.  Pulsuz  tələbə,  min  bir  təhlükədən  keçərək  sümük 

oğurlayan,  gəmirə-gəmirə  sümüyün  iliyini  soran  və  yenə  yoluna 

davam edən bir it kimi, nəşədən bir zərrə götürüb, atüstü istifadə edər. 

Lakin  cibində  içi  dolu  kisəsi  cingildəyən  bir  gənc  nəşəni  uzadar, 

özündən məmnun qalar, göylərdə 

104 

downloaded from KitabYurdu.org




uçar,  “yoxsulluq”  sözünü  belə  unudar.  Bütün  Paris  onun  ixtiyarın-

dadır. Bu elə bir dövrdür ki, bu dövrdə hər şey parlayır, qığılcım və 

alov  saçır.  Kişilərin  və  arvadların  bihudə  sərf  etdikləri  coşqun  bir 

qüvvənin cövlan etdiyi dövr! Həyatın zövqlərini yalnız qat-qat artıran 

borclar,  təhlükələr!  Senanın  Sen-Jak  küçəsi  ilə  Sen-Pyer  küçəsi 

arasındakı  sol  sahilini  tanımayanlar  insan  həyatında  heç  şey  başa 

düşməzlər. 

Rastinyak  hərəsi  bir  liara  olan  bişmiş  armudları  Vokenin  pan- 

sionunda yediyi zaman düşünürdü: 

-

 



Ah!  Paris  xanımları  bilsəydilər,  məhəbbət  axtarmaq  üçün 

buraya gələrdilər! 

Bu  zaman  “Kral  poçt  idarəsi”nin  qasidi  şəbəkəli  bağ  qapısının 

zəngini  çalıb,  yemək  otağına  daxil  oldu.  O,  cənab  Ejen  de  Rastin- 

yakı  xəbər  aldı,  ona  iki  kisə  verərək,  imza  atmaq  üçün  qəbz  təqdim 

etdi.  Votrenin  gözləri  parladı:  Rastinyaka  elə  baxdı  ki,  elə  bil,  onu 

qamçı ilə vurdu. 

Votren: 


-

 

İndi  sizin  şpaqa  döyüşü  və  güllə  atmaq  dərslərinin  haqqını 



vermək üçün pulunuz var, - dedi. 

Madam Voke, kisələri nəzərdən keçirib: 

-

 

Qalionlar* gəlib çıxdı! - dedi. 



Madmazel  Mişono  hərisliyini  büruzə  verməmək  üçün  pula  tərəf 

baxmaqdan ehtiyat edirdi. 

Madam Kutür: 

-

 



Ananız səxavətlidir, - dedi. 

Puare təkrar etdi: 

-

 

Ananız səxavətlidir. 



Votren dedi: 

-

 



Bəli, anacığaz öz qanını vermişdir. İndi atınızı çapa bilərsiniz

cəmiyyətdə  dolaşa  bilərsiniz,  qarmaqla  varlı  nişanlı  tapa  bilərsiniz, 

saçları şaftalı çiçəkləri ilə bəzənmiş qrafinyalarla rəqs edə bilərsiniz. 

Lakin mənim məsləhətimi unutmayın, cavan oğlan: güllə atmağa tez-

tez gedin. 

Votren  düşməni  hədəfə  alan  adam  kimi  hərəkət  etdi.  Rastinyak 

qasidə  bəxşiş  vermək  istədisə  də,  cibində  bir  şey  tapmadı.  Votren 

cibini yoxlayıb qasidə iyirmi su atdı. Tələbəyə baxaraq: 

-

 

Siz hər vaxt kredit götürə bilərsiniz, - dedi. 



105 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Rastinyak  ona  təşəkkür  etməyə  məcbur  oldu.  Halbuki  Ejen, 



madam  de  Boseanın  yanından  gəldiyi  gün  Votrenlə  toqquşduqdan 

sonra artıq bu adamdan zəhləsi gedirdi. Votrenlə Rastinyak bir həftə 

bir-birinə  rast  gələndə  salamlaşmaz,  ancaq  bir-birinin  hərəkətlərini 

izləyərdilər.  Ejen  nahaq  yerə  özlüyündə  bunun  səbəbini  aydınlaş-

dırmaq istəyirdi. Şübhəsiz, düşüncələr, onları doğuran qüvvəyə uyğun 

məsafədə  təsir  göstərir  və  mortiradan

1

  çıxan  bir  mərmini  idarə  edən 



qüvvə  kimi,  riyaziyyat  elminin  müəyyən  qanununa  əsasən,  beyinin 

göndərdiyi  hədəfə  vurur.  Bunların  təsiri  müxtəlif  ola  bilər.  Bəzi 

yumşaq  təbiətli  insanlarda  yad  fikirlər  dərinləşdikdən  sonra  təxribat 

başlayır.  Bununla  belə,  yaxşıca  silahlanmış  təbiətlərə  -  bürünclə 

zirehlənmiş  kəllələrə  rast  gəlmək  mümkündür  ki,  başqa  bir  adamın 

iradəsi  onlara  toxunduğu  zaman  əzilib  məhv  olur,  daş  divara  dəyən 

güllə  kimi  yerə  düşür.  Bundan  başqa,  zəif  və  xəmir  kimi  yumşaq 

təbiətlər  də  var:  yad  fikirlər  xəndəyin  yumşaq  torpağına  girən 

mərmilər  kimi  taqətdən  düşmüş  halda  bu  təbiətlərə  sancılır. 

Rastinyakın başı, içi barıtla dolu və bir qığılcımdan belə partlayacaq 

başlardan  idi.  Onun  qəlbində  gənclik  çılğınlığı  həddən  çox  idi; 

iradəmizdən asılı olmadan, bizi öz təsiri altına alan qəribə hadisələrlə 

qaynadığı  halda,  fikirlərin  və  hisslərin  təsiri  altına  düşməmək  qeyri-

mümkün görünürdü. Rastinyakın mənalı gözləri vardı. Ağıl və hissin 

qüvvəsi  ilə  aldığı  ikiqat  təəssüratında,  hər  hansı  bir  zirehin  zəif 

nöqtələrini  bir  an  içində  tapmaq  iqtidarında  olan  mahir  şpaqa 

döyüşçüləri  kimi,  xüsusi  qabiliyyət  sahibi  olan  insanlarda  bizi 

heyrətləndirən  çeviklik,  genişlik  duyulurdu.  Son  ay  müddətində 

Rastinyak məziyyətlərlə bərabər, bir çox nöqsanlar da mənimsəmişdi. 

Nöqsanların  artmağına  səbəb  cəmiyyətin  tələbləri  və  getdikcə  artan 

arzuları  təmin  etmək  ehtiyacı  idi.  Cənub  qızğınlığı,  hər  halda,  onun 

məziyyətlərindən sayılırdı. Bu qızğınlıq onu Luara çayının o tayından 

gəlməyə,  maneəni  dəf  etmək  üçün  mübarizəyə  atılmağa,  bir  yerdə 

mütərəddid  dayanmamağa  vadar  edirdi.  Şimal  əhalisi,  adətən,  bu 

xüsusiyyətə bir nöqsan kimi baxar. Şimallıların fikrinə görə, qızğınlıq 

Müratın* yüksəlişinə səbəb olsa da, onun məhvinə də səbəb olmuşdu. 

Buradan  belə  bir  nəticə  çıxarmaq  mümkündür:  cənublu  şimallıların 

zirəkliyini  və  Luaranın  o  tayında  yaşayan  əhalinin  cəsarətini  özündə 

birləşdirdiyi zaman, 

1

 

Mortira -

 qısa lüləli top 

106 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə