İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə37/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   33   34   35   36   37   38   39   40   ...   231

Bir  də,  sizin  diqqətinizi  bir şeyə  də  cəlb  etmək  şərəfindəyəm:  bütün 

Fransada  ancaq  iyirmi  general-prokuror  yeri  var,  halbuki  bu  yeri 

tutmaq  istəyənlərin  sayı  iyirmi  min  nəfərdir,  bunların  içərisində  isə 

bir  pillə  belə  qalxmaq  üçün  öz  ata-anasını  sata  biləcək  cibgirlər  də 

var.  Bu  peşə  sizin  xoşunuza  gəlməyə  bilər,  başqa  bir  peşə  axtaraq. 

Bəlkə, baron de Rastinyak vəkil olmaq niyyətindədir? Çox gözəl, çox 

gözəl! Lakin Parisdə vəkilə iş tapmaq üçün on il gözləməli, ayda min 

frank  xərcləməli,  kitabxana,  qəbul  otağı  saxlamalı,  cəmiyyətdə 

dolaşmalı,  boşboğazlıq  etməli,  vəkillərin  ətəklərini  öpməlidir.  Bu 

peşə  sizə  yaraşırsa,  mən  də  etiraz  etmirəm,  ancaq  bütün  Parisi 

axtarsanız,  əlli  yaşından  yuxarı  ildə  əlli  min  qazancı  olan  beş  nəfər 

vəkil  tapa  bilməzsiniz.  Yox,  yox!  Qəlbi  çirkabla  doldurmaqdansa, 

dəniz  qulduru olmaq  daha  yaxşıdır.  Bundan  başqa,  siz  pulu  haradan 

tapacaqsınız!  Bu,  o  qədər  də  əyləncəli  iş  deyildir.  Bizim  yeganə  bir 

imkanımız  var  ki,  o  da  arvadımızın  cehizidir.  Evlənmək  istəyir- 

sinizmi?  Evlənməkdənsə,  boynunuza  daş  salıb,  özünüzü  suya 

atmağınız yaxşıdır. Bir də, pul xatirinə evlənsəniz, bəs sizin namusu-

nuz, şərəfli adınız harada qalacaq? Bunun əvəzində yaxşı olar ki, elə 

bu  gündən  insan  əxlaqının  məşrut  qanunlarına  qarşı  üsyan  qal-

dırasınız. Pul üçün evlənmək, arvadın qarşısında sürünmək, anasının 

ayaqlarını  yalamaq,  donuzlan  belə  iyrəndirəcək  əclaflıqlara  yol 

vermək deməkdir. Tfu! Hələ xoşbəxt ola bilsəniz, yenə dərd yarıdır. 

Lakin  belə  izdivac  sizi  nəcis  borusuna  çevirəcəkdir.  Öz  arvadınla 

güləşməkdənsə, kişilərlə vuruşmaq yaxşıdır. Budur, gənc dostum, siz 

yolayrıcındasınız:  istədiyiniz  yolu  seçə  bilərsiniz!  Siz  artıq  bir  yol 

seçmisiniz:  siz  kuzinanız  de  Boseanı  ziyarət  etdiniz,  zinət  və  sərvət 

qoxusunu  duydunuz!  Qorio  atanın  qızı  qrafinya  de  Restonu  ziyarət 

etdiniz - bir Paris xanımının rayihəsini duydunuz. Siz onun yanından 

evə qayıtdığınız gün alnınızda yalnız bir söz yazılmışdı. O sözü mən 

asanca oxudum: yanb keçmək! Nə olur-olsun, yanb keçmək! Mən öz-

özümə  dedim  ki,  afərin  bu  oğlana,  lap  mənə  yaraşan  oğlandır.  Sizə 

pul lazım oldu. Pulu haradan tapa bilərdiniz? Siz bacılarınızın qanını 

içib, pul tapdınız. Bütün qardaşlar həmişə öz bacılannı qarət etmişlər. 

Şabalıdı  qızıl  puldan  daha  çox  olan  bir  əyalətdə  bu  min  beş  yüz 

frankın  necə  əldə  edildiyini  Allah  bilir!  Bu  pullar  qarətçi  əsgərlər 

kimi  hərəsi  bir  yana  dağılacaq. Bəs  onda  siz  nə  edəcəksiniz? Bəlkə, 

işləmək fikrindəsiniz? Lakin sizin düşündüyünüz iş Puare 

113 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

kimi adamlara Voke cicinin otağından başqa bir şey verməz. Bu saat 



sizin vəziyyətinizdə əlli min gənc vardır ki, tez varlanmaq məsələsini 

həll etmək üçün çırpınır, siz də bunların arasında ancaq bir vahidsiniz. 

Taleyinizi  özünüz  müəyyən  edə  bilərsiniz:  siz  dəhşətli  döyüşlərdən 

keçməli,  çox  çalışmalısınız.  Əlli  min  gəlirli  yer  tapmaq  mümkün 

deyil, siz bir-birinizi bankaya qoyulmuş hörümçəklər kimi gəmirməyə 

məcbursunuz.  Burada  insanların  özlərinə  necə  yol  açdıqlarını 

bilirsinizmi?  Bunun  üçün  parlaq  bir  düha,  yaxud  satın  ala  bilmək 

qabiliyyəti  lazımdır.  Bu  insan  yığınına  ya  bir  top  mərmisi  kimi 

girməli, ya da taun kimi arasından keçməli; namuslu yolla heç bir şey 

əldə  etmək  mümkün  deyildir.  İnsanlar  dahinin  qüdrəti  qarşısında 

səcdə edir və eyni zamanda, dahi hər bir şeyi tək özünə götürür deyə, 

ona  iftira  ataraq  nifrət  bəsləyirlər.  Lakin  o,  hələ  möhkəm  durduqca, 

onun qarşısında səcdə etməyə məcburdurlar. Müxtəsər, dahini çirkaba 

bulaşdırmaq mümkün olmadığı zaman, diz çöküb ona pərəstiş edirlər. 

Hər  yerdə  satqına  rast  gələcəksiniz,  halbuki  istedad  nadir 

şeylərdəndir.  Buna  görə  də  satqınlıq  hər  şeyi  özünə  tabe  edən  adi 

insanların  əlində  bir  silah  olmuşdur:  bu  silahın  təsirini  siz  hər  yerdə 

hiss  edəcəksiniz.  Siz  ərləri  vur-tut  altı  min  frank  alan  arvadların 

bəzəkli paltarlara on min frankdan artıq xərclədiklərini görəcəksiniz. 

Min  iki  yüz  frank  maaşı  olan  məmurların  mülk  aldıqlarını 

görəcəksiniz.  Siz  Fransa  perinin  oğlunun  karetində  gəzmək  üçün 

qadınların  özlərini  satdıqlarını  görəcəksiniz,  çünki  bu  karetdə 

Lonşanın*  orta  xiyabanından  keçmək  mümkündür.  Siz  bu  əbləh 

Qorio  atanın  qızının  imza  etdiyi  vekseli  ödəməyə  məcbur  olduğunu 

öz gözünüzlə görmüsünüz, halbuki onun ərinin ildə əlli min gəliri var. 

Sizinlə  mərc  gələ  bilərəm  ki,  Parisdə  iki  addım  atar-  atmaz  dərhal 

iblis fırıldaqlarına rast gələcəksiniz. Mən öz başımı bu kahı dəstəsinin 

qabağında mərcə qoyaram ki, sizin bəyəndiyiniz ilk qadın gənc, gözəl 

və  zəngin  olarsa,  mütləq  sizi  bir  arı  pətəyinə  sürükləyəcəkdir. 

Qadınlar  qanunlarla  daim  münaqişədədirlər  və  hər  bir  bəhanədən 

istifadə  edərək,  ərləri  ilə  müharibə  edirlər.  Paltar,  məşuq,  uşaq,  ev 

şeyləri, yaxud şöhrət üçün qadınların nə kimi sazişlərə girdiyini sizə 

nağıl  etməyə  başlasam,  çox  uzun  çəkər.  Hər  halda,  buna  əmin  ola 

bilərsiniz  ki,  xeyirxahlıq  qadınlar  arasında  nadir  şeylərdəndir.  Bax 

buna  görədir  ki,  namuslu  insan  hamıya  düşməndir.  Ancaq  sizcə, 

namuslu adam kimə deyirlər? Parisdə 

114 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə