İlham A.Mazanlı_________________________________________________________
117
tərkibində olarkən Azərbaycanda milli hissin həmişə özünü
açıq şəkildə büruzə verməsi, xüsusilə XX əsrin ikinci
yarısında milli hərəkatın güclənməsi, millətlərarası
ziddiyyətlərin dərinləşməsi, SSRİ-nin parçalanması və s.
məsələlər milli özünüdərki kəskin və müstəqil problem kimi
həmişə ön plana çəkmişdir. Keçmişdəki müstəmləkə və
yarımmüstəmləkə ölkələrində millətçiliklə yanaşı, bütün
yeni mütərəqqi mənəvi və ideoloji xarakter daşıyan
faktorlar açıq-aşkar fəaliyyət göstərir, milli oyanışın
yollarına və metodlarına daha çox təsir edirdi. Milli şüurun
yüksək dərəcədə inkişafı səviyyəsinə çatmış Avropanın
əksər ölkələrində millətçilik son dərəcə mürtəce hərəkət
kimi qiymətləndirilir.
Müasir dövrdə millətçilik simasız, prinsipsiz, həm
də bir növ qəsdən qəlizləşdirilmiş məzmun kəsb edərək
başqa şəraitə uyğunlaşa və başqa şəklə düşə bilən, eqoizmi
və milli maraqlara zidd saxta vətənpərvərlik çağırışları ilə,
milli maraq və dəyərlərlə öz simasını gizlətməyə cəhd
göstərən bir təzahür kimi də özünü büruzə verir, milli rəmz
və şüarlarla milli xarakterli aksiyalar həyata keçirir, özünü
milli şüurla eyniləşdirmək üçün xüsusi canfəşanlıq göstərir.
Millətçilik həmçinin xalqlar arasında milli qırğın və
yadlaşma münasibətlərini formalaşdıran bir amil kimi də
nəzərdən keçirilir. Milli özünüdərk milli dirçəlişin və
tərəqqinin həyata keçirilməsinin şərtlərini və formalarını
müəyyən edir və dərk edir ki, milli tərəqqinin mənbəyi
təkcə milli dəyərlər və milli özünüdərkin daxili potensiyası
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
118
deyil, daha çox beynəlmiləlləşmə və onunla şərtləşən
inteqrasiya prosesləri, eyni zamanda transnasional
əməkdaşlıq bu prosesin əsas hərəkətverici qüvvəsi hesab
olunur.
Milli şüur və millətçilik bir-birinə tamamilə zidd
təzahürlərdir. Millətçilik ümummilli maraqlar haqqında
yalnız mənasız diskurslar irəli sürür, milləti tarixin ümumi
inkişafından kənarda və sinfin fövqündə duran yüksək
ictimai birlik forması kimi, onun tərkib hissəsi olan
siniflərin və sosial qrupların maraqlarının oxşar harmonik
birliyi kimi nəzərdən keçirir. Həqiqətdə isə o, ayrı-ayrı
sosial qrupların dar, eqoist və s. bu kimi maraqlarının
müdafiəçisi kimi çıxış edir, korporativ maraq və məqsədləri
ümumilli ideologiyadan üstün tutur. Millətçilik milləti
tənəzzülə və durğunluğa sürükləyir, xalqı siyasi və mənəvi
həyatdan təcrid edir, başqa millətlərlə əməkdaşlıq etmək
kimi pozitiv və mütərəqqi bir prosesdən kənarda qoyur.
Millətçilik bütün bunlara nail olmadıqda isə, cəmiyyətdə
düşmənçiliyi yaymaq, qonşularla münaqişə və ixtilaf
yaratmaq və s. kimi zərərli manevrlər etməklə məşğul olur.
Millətləri ixtilafa və toqquşmaya sövq edən, zorakılığa
söykənən millətçilik cəmiyyət üçün böyük təhlükələr
törədir.
Öz millətinin qeyri-adiliyini, başqa millətlərdən
üstünlüyünü təbliğ edən, xalqı haqqında layiq olmadığı
müsbət təsəvvürlər yaradan gizli millətçilik cəmiyyət üçün
daha təhlükəlidir. Öz xalqı haqqında reallıqdan uzaq, qeyri-
İlham A.Mazanlı_________________________________________________________
119
elmi mülahizələr irəli sürmək, xalqının nümayəndələrinin
anadangəlmə xüsusi keyfiyyətlərə və fitri istedada malik
olmaları, xalqının tarixinin və mədəniyyətinin daha qədim
və zəngin olması və s. bu kimi mövzular ətrafındakı
polemikalar milli eqoizmdən başqa bir şey deyildir.
Millətçilik müasir dövrdə tarixin inkarolunmaz faktlarını
kənara atıb keçmişdə baş vermiş hadisə və faktları,
qonşularla mövcud olan çoxəsrlik qarşılıqlı əlaqələri nəzərə
almadan və yada salmadan onları təhrif olunmuş bir
formada izah edir.
Millətçiliyin psixoloji təzahür və xüsusiyyətləri daha
qorxuludur. O, stereotipləri, irrasional, ağlazidd hissləri,
neqativ halları əvvəlcədən başqa xalqlara qarşı
istiqamətləndirir, insanları “bizimkilər” və “onlar” kimi
qruplara bölür və bilavasitə KİV-in iştirakı ilə rəqib,
istismarçı, düşmən obrazı formalaşdırır. İnsanların isə
müəyyən bir hissəsi bu obrazları qeyri- şərtsiz qəbul edir,
özlərinin praqmatik və eqoist məqsədləri üçün istifadə edir.
Keçmiş SSRİ-də, eyni zamanda Avropanın keçmiş
sosialist ölkələrində millətçilik ictimai-siyasi həyatı kəskin
şəkildə mürəkkəbləşdirən daha bir xüsusiyyət kəsb etmişdir.
İqtisadi tənəzzül və sosial gərginliyin artması, milli və
millətlərarası münaqişələrin çoxalması, demokratik institut-
ların və ənənələrin dağılması, cəmiyyətin bütün qatlarında
ideologiyasızlaşma prosesinin bərqərar olması mənəviyyat
sahəsində də müəyyən bir boşluq əmələ gətirmişdir. Adətən,
millətçilik bu cür hallardan istifadə edərək, özünün bütün
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
120
komponentləri ilə bu boşluğa müdaxilə edə bilir və bunun
da nəticəsində davakar millətçiliyin inkişafı üçün münbit
şərait yaranır.
Sosializmin süqutundan sonra meydana gəlmiş yeni
siyasi qüvvələr və liderlər öz proqramları və şüarları ilə
kommunist rejimindən sonra yaranmış vəziyyəti saxlamağa
və möhkəmləndirməyə can atır, millətçilikdən öz
hakimiyyətlərinin ictimai dayağı kimi istifadə etməyə
çalışırlar. Müxalifətdə olan qüvvələr də millətçilik ruhunda
tərtib olunmuş proqramlarla çıxış edirlər. Millətçilik, eyni
zamanda, ciddi sosial münaqişələri söndürməyə (bu proses
təcrübədə bir neçə dəfə müşahidə olunmuşdur), gərgin
ictimai-sosial ziddiyyətləri millətlərarası
gərginlik
istiqamətinə yönəltməyə də qadirdir.
Millətçilik sovet hakimiyyətinin mövcud olduğu
bütün illərdə məişət səviyyəsində özünü daim nümayiş
etdirmiş, siyasət sahəsində isə tam şəkildə aradan
qaldırılmamışdır. İmperiya təfəkkürünə və ideyalarına
qulluq edən bir siyasət və ideoloji cərəyan olan bolşevizmin
isə qayəsini millətçilik təşkil etmiş, bəzi siyasi və ya da
millətçi qüvvələr “millətçiliyə qarşı mübarizə” pərdəsi
altında özlərinin məkrli məqsədlərini həyata keçirmişlər.
Millətçiliyn “separatçı variantının meydana
gəlməsinə qarşı mübarizə aparan” bolşevizm onun “sovet”
variantını yaratmış, velikorus və hakim dövlətçilik oyunu
oynamışdır.
Dostları ilə paylaş: |