Elmi redaktor:
Fikrət Ramazan oğlu Xalıqov
filologiya elmlər doktoru, professor
Rəyçilər:
Elbəyi Sadıq oğlu Maqsudov
pedaqoji elmlər doktoru, professor
Vaqif Tapdıq oğlu Qurbanov
pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent
Elşad Şərəfxan oğlu Abışov
filologiya üzrə fəlsəfə doktoru, dosent
Vahid Dumanoğlu
Bakı Şəhər üzrə Təhsil İdarəsi 323 saylı
tam orta məktəbin Azərbaycan dili
və ədəbiyyatı müəllimi, AYB-nin üzvü
İlkin Əsgər (İlkin Vahid oğlu Əsgərov). “Azərbaycan dilində
məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər”. Monoqrafiya.
Bakı, “Elm və təhsil” nəşriyyatı, 148 səh.
Kitab müəllifin “Morfoloji yolla söz yaradıcılığında qeyri-məhsuldar şə-
kilçilərin rolu” adlı monoqrafiyası əsasında yenidən işlənmiş və təkmilləşdi-
rilmişdir. Müasir Azərbaycan dilində işlənən nisbətən az məhsuldar və qey-
ri-məhsuldar şəkilçilərdən bəhs edir. Əsərdə əsasən, isim, sifət, zərf və feil
düzəldən qeyri-məhsuldar şəkilçilər milli, Ərəb-fars və Rus-avropa mənşəli
olmaqla qruplaşdırılmış, omonimlik, sinonimlik, antonimlik xüsusiyyətləri
haqqında məlumat verilmiş, onların söz yaradıcılığı prosesində iştirakı praktik
nümunələr üzərində göstərilmiş və dilimizdəki söz-şəkilçilər linqvistik təhlil
müstəvisinə cəlb olunmuşdur. Əsər tarixi və təsviri qrammatikanın nailiyyət-
lərinə əsaslanmaqla, söz yaradıcılığında qeyri-məhsuldar şəkilçilərin hazırkı
vəziyyətini əks etdirir.
Monoqrafiyadan abituriyentlər, ali məktəblərin filologiya fakültəsinin tələ-
bələri, magistrantlar, doktorantlar, müəllimlər, ümumiyyətlə ana dilimizlə ma-
raqlanan hər kəs istifadə edə bilər.
© Əsgərov İ.V - 2015
©
Elm və Təhsil, 2015
4602000000
N098 - 2015
qrifli nəşr
3
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
Müəllifdən, yaxud da
“Sözümün canı var”
Unudulmaz müəllimlərim Fərrux Həsənov və
Şəfəq Cabbarovanın əziz xatirəsinə ithaf edirəm.
Dilimizin formalaşmasında böyük rol oynayan söz yara-
dıcılığı prosesi dilin bütün inkişaf mərhələlərində mühüm
əhəmiyyət kəsb edir. Xüsusilə də, morfoloji yolla söz yara-
dıcılığı qədim tarixi köklərə malik olan ana dilimizi təkmil-
ləşdirir, lüğət ehtiyatını daha da zənginləşdirir.
Tarix boyu söz yaradıcılığı prosesində morfoloji yol-
la əmələ gələn leksik vahidlər digər yollarla əmələ gələn
sözlərdən üstün və məhsuldar olmuşdur. Morfoloji yolla
söz yaradıcılığının tədqiq olunmasına XX əsrin ikinci yarı-
sından başlayaraq dilçilikdə sistemli tədqiqatlar aparılmış,
monoqrafiyalar yazılmış, məqalələr həsr olunmuşdur. La-
kin bununla bərabər, dilçiliyimizdə bir sıra məsələlər öz
elmi həllini tapmamış, ayrı-ayrı tədqiqatçılar arasında fikir
ayrılığı yaratmışdır. Buna görə də bəzi dilçilik məsələləri
yeni yanaşma tələb edir.
Monoqrafiya tarixi və təsviri qrammatikanın nailiyyətlə-
rinə əsaslanmaqla, müasir Azərbaycan dilinin söz yaradı-
cılığında işlənən qeyri-məhsuldar şəkilçilər, onların dildə
rolu və əhəmiyyəti, işlənmə dairəsi, omonimliyi, sinonimli-
yi, mənşəyi, söz yaratma qabiliyyəti kimi aktual məsələləri
özündə əks etdirir. Dilimizdə rast gəlinən qeyri-məhsuldar