5
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
nilikləri ilə diqqət çəkir. Kitabın üstünlüklərindən biri də
“söz-şəkilçi”lərin tədqiqata cəlb olunması, onların linqvis-
tik təhlil müstəvisinə gətirilməsidir. Söz-şəkilçilər dilçiliyin
az öyrənilən mövzularından biri olub, bu günə kimi sistemli
tədqiqata cəlb olunmamışdır. Orta və ali məktəb dərsliklə-
rində də əsasən, bu məsələyə münasibət bildirilməmişdir.
Yalnız ayrı-ayrı mövzuların tərkibində (bax: 29.,101; 39.,110),
yaxud da məqalə səviyyəsində yanaşılmışdır. Bədii mətn-
lər üzərində aparılan müşahidələr, müxtəlif dil faktlarının
tədqiq olunması göstərir ki, müasir Azərbaycan dilində
söz-şəkilçilərin öyrənilməsinə, onların omonimlik, antonim-
lik, sinonimlik kimi xüsusiyyətlərinin müəyyən edilməsinə
böyük ehtiyac vardır. Hazırda dilimizdə söz-şəkilçi funk-
siyasına malik olan morfemlər arasında sözdüzəlici şəkil-
çilər üstünlük təşkil edir ki, onların da kəmiyyət etibarı ilə
böyük bir qismi qeyri-məhsuldar şəkilçilərin payına düşür.
Kitabın II fəslinin sonunda qeyri-məhsuldar şəkilçilər ara-
sında söz-şəkilçi kimi işlənən yüzdən artıq morfem vermi-
şik. Həmin morfemlərin də bir qrupu həm şəkilçi, həm də
söz vəzifəsində müvafiq cədvəldə praktik nümunələr əsa-
sında izah olunmuşdur. Qeyd edək ki, tədqiqtın obyekti
əsasən, qeyri-məhsuldar şəkilçilər olduğu üçün, digər söz-
düzəldici (leksik) və sözdəyişdirici(qrammatik) şəkilçilərə
mənsub olan söz-şəkilçilərə münasibət bildirilməmiş, onlar
haqqında fikir söylənməmişdir.
Kitabın bu nəşri 430-dan artıq qeyri-məhsuldar şəkil-
çini əhatə edir. Eyni zamanda məhsuldarlığından asılı ol-
mayaraq bir qrup şəkilçiyə, onların dildəki funksiyasına,
ifadə etdikləri semantik çalarlar ilə əlaqədar münasibət
bildirilmişdir. Bu şəkilçilər arasında elələri vardır ki, onlar
6
İlkin Əsgər
tədqiqat müstəvisinə ilk dəfə gətirilir. Məsələn, dialekt və
şivələrimizdə, danışıq dilimizdə, məişət üslubumuzda elə
sözdüzəldici şəkilçilər var ki, ədəbi dildə onlardan istifadə
olunmur. Bu şəkilçilər arasında qeyri-məhsuldar şəkilçilər
xüsusi əhəmiyyət kəsb edir və bu şəkilçilər ayrı-ayrı dialekt
və şivələrimizdə sözyaratma prosesinə təkan verir.
Qeyri-məhsuldar şəkilçilər mənşəyinə görə, milli, Ərəb-
fars və Rus-avropa mənşəli olmaqla 3 qrupa ayrılırlar. Qeyd
edək ki, bu şəkilçilərin bir qismi mənbə dildə müstəqil lek-
sik mənaya malik olub, müstəqil söz kimi işləndiyi halda
müasir dilimizdə şəkilçi kimi çıxış etməkdədir. “Müəyyən
sözlərlə birlikdə Azərbaycan dilinə gələn, lakin tədricən
şəkilçiləşməyə doğru inkişaf edən və yeni söz yaratmaqda
əsil milli sözlərimizə qoşulan alınma sözlərdir ki, belələri
tarixən həmin vəzifədə işlənmiş, bütün dövrlərdə asanlıqla
söz kökündən ayrıla bilmişdir”. (39.,110)
Məsələn, –xana,-dar,-saz,-bənd,-pərəst,-abad,-zad,-zadə,-a-
miz,-bər,-nüma,-əsər,-kar,-for,-post və s. kimi Ərəb-fars mən-
şəli, Rus və avropa mənşəli qeyri-məhsuldar şəkilçilər
mənbə dildə müstəqil söz kimi işlənirlər.
Müasir Azərbaycan dilindəki sözdüzəldici şəkilçilər
qeyri-məhsuldar şəkilçilər də daxil olmaqla müvafiq nitq
hissələri ilə işlənməsinə görə, bir-birindən əsaslı şəkildə
fərqlənir. S.Cəfərov onları nitq hissələri üzrə aşağıdakı
kimi qruplaşdırmışdır:
1)
Ad düzəldən şəkilçilər
a) adlardan ad düzəldənlər;
b) feillərdən ad düzəldənlər.
7
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
2. Feil düzəldən şəkilçilər
a) adlardan feil düzəldənlər;
b) feillərdən feil düzəldənlər.
3. Zərf düzəldən şəkilçilər
a) adlardan zərf düzəldənlər;
b) feillərdən zərf düzəldənlər.
Zərf düzəldən qeyri-məhsuldar şəkilçilər dilimizin inki-
şafının bütün mərhələlərində kəmiyyət etibarı ilə azlıq təş-
kil etdiyindən əsərdə bu qrup şəkilçilər ad düzəldən qey-
ri-məhsuldar şəkilçilərin tərkibində verilmişdir.
Tədqiqatın yeniliklərindən biri də, Azərbaycan dili üçün
xarakterik olmayan iç şəkilçilərin qeyri-məhsuldar şəkil-
çilər sırasında verilməsidir. –a, -ə,-ha,-ba,-bə kimi infikslər
həm orta məktəb, həm də ali məktəb dərsliklərində “şəkil-
çi”, “birləşdirici” başlıqları altında verilmiş, məhsuldarlı-
ğı haqqında isə əsaslı fikir söylənilməmişdir. Bu şəkilçilər
adətən, təkrar olunan iki sözün arasında işlənərək quru-
luşca mürəkkəb sözlər əmələ gətirir. İnfikslər dilimizin söz
yaradıcılığı prosesində zəif iştirak edir, isim, sifət, zərf kimi
nitq hissələrinə aid quruluşca mürəkkəb leksik vahidlər
əmələ gətirir. Məsələn:
Adətimiz daş idi dəva günü,
Tullardıq əldə sapan qıjhaqıj!
Hər kəsə dəysəydi edərdi haman
Bir neçə gün ahü fəğan, ufhauf!
Mərhəm olurdu, sağalırdı yara,
Əldə qalırdı yenə can sapbasağ!
8
İlkin Əsgər
İmdi revolverdi, dönüm başına,
Nagəh olur gülləfəşan partapart!
Onda görürsən yıxılıb yanbayan
Bir neçə növrəstə cəvan laybalay!
Tuf belə dövranə ki, bədtər olur
Seyri-fələk, dövri-zəman ilbəil!
Milləti-islam qırır bir-birin,
Allah, aman, bu nə yaman qırhaqır!
Qardaşa bax, qardaşını öldürür,
Vəhşi olub əhli-cəhan sərbəsər!
Milləti gördükcə belə hərcü mərc
Könlüm olur dopdolu qan qatbaqat...
(M.Ə.Sabir).
Sabirin bu şeirində qıjhaqıj, ufhauf, sapbasağ, parta-
part, yanbayan, laybalay, ilbəil, qırhaqır, sərbəsər, qat-
baqat kimi sözlər –a,-ha,-ba,-bə qeyri-məhsuldar infikslə-
rinin iştirakı ilə yaranmışdır.
Dilçilik ədəbiyyatlarında bu şəkilçilərin dilimizin daxi-
li imkanları hesabına yarandığı göstərilir. M.Adilov yazır:
“Beləliklə, aydındır ki, bir sıra təkrar konstruksiyalarda
özünü göstərən “ba”, “bə” ünsürlərini fars dilindəki “ba”,
“bə” ünsürləri ilə qarışdırmaq olmaz. Əvvələn, fars dilinə
məxsus həmin ünsürlər yarımçıq təkrarların (dübbədüz,
qıpqırmızı, darbadağın kimi sözlər nəzərdə tutulur- İ.Ə ) arasın-
da işlənməz... Nəhayət, dilimizdə sifətlərin hətta tam tək-
rarında işlənən “ba”, “bə” ünsürləri də alınma hesab oluna
bilməz”.(69.,72).
Başqa sözlə desək, dilimizin daxili imkanları hesabına
yaranan –ba,-bə kimi qeyri-məhsuldar iç şəkilçilər sözün
Dostları ilə paylaş: |