136
İLL
İK
HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
ùSANTYAQO PRİNSİPLƏRİú
137
ƏLAVƏ
SUVEREN FONDLAR (SF)
“SANTYAQO PRİNSİPLƏRİ”
ÜMUMİ QƏBUL OLUNMUŞ PRİNSİP VƏ NORMALAR (ÜQPN)
ÜZRƏ QİYMƏTLƏNDİRMƏ
Aprel, 2013
Prinsiplər/Alt-prinsiplər
Cavablar
A. Hüquqi Əsaslar, Məqsədlər və Makroiqtisadi Siyasətlə Əlaqələndirmə
Prinsip 1.
SF-in hüquqi əsasları möhkəm olmalı, onun
effektiv fəaliyyətini və məqsədlərinə nail
olmasını dəstəkləməlidir.
Alt-prinsip 1.1.
SF-in hüquqi əsasları SF-in və onun
əməliyyatlarının hüquqi cəhətdən
möhkəmliyini təmin etməlidir.
Alt-prinsip 1.2.
SF-in hüquqi bazasının və strukturunun, eləcə
də SF ilə digər dövlət orqanları arasında hüquqi
əlaqələrin əsas xüsusiyyətləri ictimaiyyətə
açıqlanmalıdır.
ARDNF-nin hüquqi əsasları Azərbaycan
Respublikası Prezidentinin Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Dövlət Neft
Fondu haqqında Əsasnamə”də (bundan sonra
“ARDNF-nin Əsasnaməsi”) aydın şəkildə təyin
olunmuşdur.
ARDNF büdcədənkənar dövlət təsisatı, hüquqi
şəxsdir və onun fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları,
Prezidentin fərman və sərəncamları və
“ARDNF-nin Əsasnaməsi” rəhbər tutulur.
ARDNF-nin hüquqi əsasları, strukturu və digər
dövlət qurumları ilə əlaqələrinə dair bütün
hüquqi sənədlər ictimaiyyətə açıqlanır və
Fondun rəsmi internet səhifəsindən əldə oluna
bilər.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/content/25
http://www.oilfund.az/az/content/13
Prinsip 2.
SF-in fəaliyyətinin məqsədi aydın şəkildə
müəyyən olunmalı
və ictimaiyyətə
açıqlanmalıdır.
ARDNF-nin yaradılmasının əsas məqsədi neft
və qaz sazişlərinin icrasından əldə olunan
gəlirlərin toplanmasını və səmərəli idarə
olunmasını təmin etməkdir.
ARDNF-nin əsas vəzifələri ölkədə makroiqtisadi
stabilliyin (valyuta daxilolmalarının mənfi
təsirlərinin neytrallaşdırılması) qorunması
və vəsaitlərin indiki və gələcək nəsillər üçün
toplanıb artırılmasıdır.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/content/25/9
http://www.oilfund.az/az/content/3
Prinsip 3.
SF-in fəaliyyətinin ölkədə birbaşa
makroiqtisadi təsirləri olarsa, bu fəaliyyətin
ümumi makroiqtisadi siyasətin tərkib hissəsi
olmasını təmin etmək məqsədi ilə, o, yerli
maliyyə və pul-kredit orqanları ilə yaxından
əlaqələndirilməlidir.
ARDNF-nin qanunvericiliyinə əsasən Fondun
vəsaitləri Azərbaycan Respublikası daxilində
investisiya edilə bilməz. Fondun xərcləri
Milli Məclis tərəfindən təsdiq olunan icmal
büdcənin tərkib hissəsidir.
Büdcə Sistemi Haqqında qanuna əsasən
icmal büdcə müvafiq dövlət qurumları ilə
(Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və
s.) məsləhətləşmələr və ARDNF-nin iştirakı ilə
hazırlanır.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/content/25/154
http://www.oilfund.az/az/content/25/156
138
ƏLAVƏ
İLL
İK HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
ùSANTYAQO PRİNSİPLƏRİú
139
Prinsip 4.
SF-in maliyyələşmə
və
vəsaitlərinin
xərclənməsinə dair ümumi yanaşmaya
uyğun olaraq dəqiq və ictimaiyyət üçün
açıq olan siyasət, qaydalar, prosedurlar və ya
mexanizmləri olmalıdır.
Alt-prinsip 4.1.
SF-in maliyyələşmə mənbələri ictimaiyyətə
açıqlanmalıdır.
Alt-prinsip 4.2.
SF-in vəsaitlərinin xərclənməsinə aid ümumi
yanaşma ictimaiyyət üçün açıq olmalıdır.
Fondun maliyyələşmə və vəsaitlərinin
xərclənməsinə dair prosedur qaydalar “ARDNF-
nin Əsasnaməsi” və “Azərbaycan Respublikası
Dövlət Neft Fondunun (büdcə) gəlir və xərclər
proqramının tərtibi və icrası qaydaları”nda
(bundan sonra “ARDNF-nin büdcəsinə dair
qaydalar”) aydın şəkildə müəyyən olunmuşdur.
Bu qaydalar Neft Fondunun rəsmi internet
səhifəsində yerləşdirilmişdir.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/content/25/154
http://www.oilfund.az/az/content/25/156
Prinsip 5.
SF-ə aid müvafiq statistik məlumatlar Fondun
ali idarəedici orqanına və ya lazım olan hallarda
makroiqtisadi məlumatlar sisteminə daxil
edilməsi məqsədi ilə digər lazımi orqanlara
vaxtlı-vaxtında təqdim olunmalıdır.
ARDNF-ə aid statistik məlumatlar aylıq əsasda
Prezident Administrasiyasına və Maliyyə
Nazirliyinə, rüblük və illik əsasda Dövlət Statistika
Komitəsinə göndərilir. Fond həmçinin özünün
gəlir və xərcləri ilə bağlı məlumatları Hesablama
Palatasına və digər müvafiq məlumatları Vergilər
Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və
digər əlaqəli dövlət orqanlarına təqdim edir.
Əlavə olaraq, Fond öz fəaliyyəti ilə bağlı müvafiq
məlumatları müntəzəm olaraq Dünya Bankına
və Beynəlxalq Valyuta Fonduna təqdim edir.
ARDNF-nin fəaliyyəti ilə bağlı bütün
məlumatlar (audit olunmuş illik hesabatlar,
rüblük hesabatlar və s.) Fondun rəsmi internet
səhifəsi vasitəsilə ictimaiyyətə çatdırılır.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/content/25/154
http://www.oilfund.az/az/account
B. İnstitusional əsaslar və İdarəetmə strukturu
Prinsip 6.
SF güclü idarəetmə strukturuna malik olmalı və
bu idarəetmə strukturu Fondun məqsədlərini
həyata keçirmək üçün hesabatlılıq və əməliyyat
müstəqilliyini dəstəkləyən rol və öhdəliklərin
aydın və effektiv bölgüsünü təmin etməlidir.
ARDNF-nin üç-pilləli idarəetmə strukturu var
və ölkə Prezidenti ali idarəetmə səlahiyyətlərinə
malikdir.
ARDNF-nin fəaliyyətinə nəzarəti Baş Nazirin
sədrlik etdiyi Müşahidə Şurası həyata keçirir.
Müşahidə Şurasının digər üzvləri Milli Məclis
sədrinin müavini, Maliyyə Naziri, İqtisadi İnkişaf
Naziri, Mərkəzi Bankın İdarə Heyətinin sədri,
İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri
və Milli Elmlər Akademiyasının Prezidentidir.
ARDNF-nin əməliyyat idarəetməsi İcraçı
direktora həvalə olunmuşdur. Ölkə Prezidenti,
Müşahidə Şurası və İcraçı direktorun hüquq və
vəzifələri “ARDNF-nin Əsasnaməsi”ndə aydın
şəkildə göstərilmişdir.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/content/25/154
Prinsip 7.
Ali idarəedici orqan SF-in məqsədlərini
müəyyən etməli, aydın şəkildə müəyyən
olunmuş prosedurlara əsasən Fondun
idarəetmə orqan(lar)ının üzvlərini təyin etməli
və SF-in əməliyyatları üzərində nəzarəti həyata
keçirməlidir.
ARDNF-nin məqsədləri Azərbaycan
Respublikası Prezidenti tərəfindən təsdiq
edilmiş “ARDNF-nin Əsasnaməsi”ndə aydın
şəkildə müəyyən edilmişdir. Ölkə Prezidenti
Fondun Müşahidə Şurasının üzvlərini və İcraçı
direktoru təyin edir.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/content/25/154