İllİk hesabat annual RepoRt



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix16.08.2018
ölçüsü2,74 Mb.
#63562
1   2   3   4   5   6   7   8   9   ...   38

İllik hesabat 2008

8

amrahbank

zərbaycan iqtisadi inkişaf sürətinə, biznes mühitinin şəffaflığına, iqtisadi 

islahatların həyata keçirilməsinə və digər göstəricilərə görə dünyada lider 

mövqeyini qoruyub saxladı. həyata keçirilən iqtisadi islahatlar ölkənin sürətli iqti-

sadi tərəqqi yolunda olduğunu, eləcə də bu islahatların konkret məsələlərin həllinə 

yönəldiyini və dövlətimizin uzunmüddətli inkişafını təmin etdiyini bir daha sübut 

etdi. 2008-ci ilin ikinci yarısında özünü daha qabarıq şəkildə büruzə verən qlobal 

iqtisadi böhrana baxmayaraq, iqtisadi inkişaf templəri hökumətin uğurlu siyasəti 

sayəsində əvvəlki tək qorunub saxlanıldı. Ötən ilin ən əhəmiyyətli hadisələrindən 

biri  Dünya  bankı  və  beynəlxalq  Maliyyə  Korporasiyası    tərəfindən  hazırlanan 

“Doing business - 2009” hesabatında Azərbaycanın 96-cı yerdən sıçrayışla 33-cü 

yerə yüksəlməsi, 181 ölkə arasında biznesin aparılması şərtlərinin yaxşılaşdırılması 

sahəsində bir nömrəli islahatçı ölkə kimi tanınmasıdır. 



2008-cİ İLdƏ öLkƏ üzrƏ ƏsAs mAkroİqtİsAdİ GöstƏrİcİLƏr 

Ölkənin inkişafını xarakterizə edən əsas makroiqtisadi göstərici - Ümumi Daxili 

Məhsul (ÜDM) istehsalı 10,8 % və ya müqayisəli qiymətlərlə 3,7 milyard manat 

artaraq  38  milyard  manata  çatıb.  son  illərdə  qeyri-neft  sektorunun  inkişafını 

təmin etmək istiqamətində aparılan məqsədyönlü iqtisadi siyasət real nəticələrini 

verməkdədir. belə ki, ÜDM-nin real həcmi 2008-ci ildə 2003-cü il ilə müqayisədə 

2,6 dəfə, o cümlədən qeyri-neft sektoru 77,4 %, neft sektoru isə 4,2 dəfə artıb.

Digər  bir  sevindirici  məqam  ölkəmizin  son  beş  ilin  yekunlarına  əsasən,  iqti-

sadi  artıma  görə  dünya  liderinə  çevrilməsidir.  2003-cü  illə  müqayisədə  dünya 

iqtisadiyyatı ümumilikdə 25,4 %, o cümlədən AbŞ-da 13,3 %, Avropa İttifaqında 

13,7  %,  MDb  ölkələrində  45,4  %,  Çində  66,5  %  artdığı  halda,  Azərbaycan 

iqtisadiyyatı 2,6 dəfə artıb.

2008-ci ildə Azərbaycan xarici ticarət tərəfdaşlarının sırasını xeyli genişləndirib, 

müxtəlif  dövlətlər  və  beynəlxalq  təşkilatlarla  fəal  iqtisadi  əlaqələr  qurulub.  İl 

a

Ölkənin inkişafını xarakterizə 



edən əsas makroiqtisadi göstərici 

- Ümumi Daxili Məhsul (ÜDM) 

istehsalı 10,8 % və ya müqayisəli 

qiymətlərlə 3,7 milyard manat 

artaraq 38 milyard manata çatıb.



9

Annual Report 2008    

zerbaijan managed to maintain leading positions in the world for the pace 

of  economic  development,  transparency  of  the  business  environment, 

implementation of economic reforms and other indicators. The economic reforms 

have  confirmed  again  that  the  country  is  on  a  path  towards  rapid  economic 

progress, that the reforms aim to resolve specific problems and ensure long-term 

development  of  our  state.  Despite  the  global  financial  recession,  which  became 

particularly tangible in the second half of 2008, the rate of economic development 

was maintained at the previous level due to the government’s effective policies. One 

of the most remarkable events of last year was Azerbaijan’s major leap from the 96th 

to the 33rd place in “Doing business-2009” report prepared by the World bank 

and the International Finance Corporation that  Azerbaijan was recognized as the 

first reformist country out of 181 countries for the level of business environment 

improvements. 

kEy mAcroEconomic indicAtors for 2008 

The key macroeconomic indicator characterizing development, the Gross Domes-

tic Product (GDP), has increased 10.8%, or by AZN 3.7 bn in comparable prices, 

to reach AZN 38.0 bn. The economic policy of recent years targeting non-oil sector 

development is already yielding results. For instance, the real volume of GDP has 

risen 2.6 times in comparison with 2003, including 77.4% in the non-oil sector. The 

oil sector has expanded 4.2 times.

Another gratifying fact is that Azerbaijan has turned into a world leader for the 

level  of  five-year  economic  growth.  Whereas  the  world  economy  has  enhanced 

by 25.4% as compared to 2003, including the Us economy 13.3%, eU 13.7%, CIs 

countries 45.4% and China 66.5%, Azerbaijani economy has increased 2.6 times.

In 2008, Azerbaijan considerably increased the number of its foreign trade partners 

and established active economic relations with different states and international 

a

The key macroeconomic indicator 



characterizing development, the 

Gross Domestic Product (GDP), 

has increased 10.8%, or by AZN 

3.7 bn in comparable prices,  

to reach AZN 38.0 bn.



İllik hesabat 2008

10

amrahbank

ərzində  respublikanın  rezident  və  qeyri-rezidentləri  tərəfindən  140  ölkə  ilə 

aparılan xarici ticarət əməliyyatlarının həcmi 55 milyard AbŞ dolları olub.   

Ötən il insanların yaşayış səviyyəsi və rifah halının yaxşılaşması istiqamətində cid-

di addımlar atılıb. hökumətin yoxsulluğun səviyyəsinin azaldılmasına yönəlmiş 

siyasəti bu göstəricinin ildən-ilə aşağı düşməsi ilə nəticələnir. 2008-ci ildə ölkə 

iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 2007-ci ilin orta aylıq əmək 

haqqına nisbətən 24,2 % artaraq 268 manat təşkil edib.  

Azərbaycanın  maliyyə  imkanlarının  durmadan  artması  iqtisadi  inkişafın  yeni 

mərhələsinin səciyyəvi xüsusiyyətlərindən biridir. bu özünü, ilk növbədə, dövlət 

büdcəsinin artmasında göstərir. büdcəmizin artması dövlətə genişmiqyaslı sosial 

və  infrastruktur  layihələrini  həyata  keçirmək  imkanı  verir.  2008-ci  ildə  dövlət 

büdcəsinin mədaxil proqnozu 10484 milyon manat proqnoza qarşı 10762,7 mil-

yon manat və ya 102,7% icra olunub ki, bu da 2007-ci illə müqayisədə 4756,1 mil-

yon manat və ya 79,2% çoxdur. Dövlət büdcəsinin artımı ən çox iqtisadi fəaliyyətlə 

bağlı  sahələrdə  olub.  bu  il  həmçinin,  səhiyyə  xərcləri  37,7%,  kənd  təsərrüfatı 

xərcləri 30,3%, müdafiə xərcləri 24%, təhsil xərcləri isə 21,9% həcmində artıb. 

Ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayedə davamlı inkişaf müşahidə olu-

nub, məhsul istehsalının real həcmi 2008-ci ildə 2007-ci ilə nisbətən 6%, son beş 

ildə isə 2,5 dəfə artıb. Genişmiqyaslı iqtisadi islahatlar nəticəsində ölkədə sənayenin 

inkişafı üçün əlverişli institutsional və investisiya mühiti yaradılıb, müəssisələrin 

istehsal potensialı genişləndirilib və onların infrastruktur təminatı yaxşılaşdırılıb. 

Ötən il ölkənin tikinti sektoru durmadan inkişaf edib, irili-xırdalı yüzlərlə layihə 

həyata  keçirilib.  Respublika  iqtisadiyyatının  inkişafında  böyük  əhəmiyyət  kəsb 

edən  bir  çox  yol-nəqliyyat,  transmilli  layihələr  istismara  verilib.  Paytaxtda  iri 

yol-nəqliyyat keçidləri tikilib, həmçinin park və ictimai yerlərin abadlaşdırılması 

işləri  başa  çatdırılıb.  bakı-tbilisi-Qars  dəmiryol  qolunun  inşası  layihəsi 

gerçəkləşdirilməyə başlayıb. 

AzƏrbAycAnin bAnk sEktoru 2008-Cİ İLdƏ

son illərdə bank sistemində müşahidə olunan dinamik inkişaf 2008-ci ildə də davam 

etdi, beynəlxalq bazarlarda böhranın dərinləşməsinə baxmayaraq, maliyyə sabitli-

yi  qorunub  saxlanıldı.  bankların  maliyyə  ehtiyatlanması  səviyyəsinin  artırılması 

məqsədi  ilə  bank  sektorunun  aktivlərinin  keyfiyyətinə  və  təminatlılığına  tələblər 

artırıldı. Nəticədə, banklar mövcud vəziyyətdə riskləri yenidən qiymətləndirərək, 

öz strategiyalarına düzəlişlər etdilər, bank sisteminin göstəricilərində qlobal şəraitə 

2003


2004

2005


2006

2007


2008

20

64

35,4

67,8

78

52,7

2003


2004

2005


2006

2007


2008

1014,1

1663

2252

3788

6725,7

10274

mln. AZN

artım tempi, %-lə

AKTİVLƏR


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə