İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə32/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
68
Ziusudra  şəhər  əhalisini toplayır və böyük bir gəmi düzəltmələrini  əmr edir, lakin öz məqsədini adamlara 
açmır. Gəmi suya salındıqdan sonra, Ziusudra gəmiyə quş  və heyvan nümunələrini, öz ailəsini yerləşdirir. 
Müəyyən edilən gün daşqın başlayır, su uca dağların zirvəsini belə tutur. Yeddi gün, yeddi gecə daşqın 
tüğyan edir. Tufandan sonra Utnapiştim gəminin qapısını açır və hər yanı suya qərq olmuş görür. Utnapiştim 
göyərçini havaya buraxır, lakin quş quru yer tapmayıb geri qayıdır. Nəhayət, ancaq qarğa qayıtmır. Gəmi 
Nisir dağının zirvəsinə yaxınlaşır və oraya yan alır. Ziusudra (yaxud Utnapiştim) qurbangah düzəldib 
allahların şərəfinə mədh söyləyir. Allahlar qurbangahın ətrafına toplaşırdılar. Enlil təəccüblənir ki, kimlərsə 
canını daşqından salamat qurtarmışdır. Enki (Ea) onu sakitləşdirib deyir: «İnsanların hamısını qırmaq olmaz. 
Onların sayını həmişə azaltmaq olar, ən güclü və ən məğrurlarını cəzalandırmaq olar. Onda yerdə qalanlar 
qorxar və dinmədən bizə xidmət edər». Anu və Enlil daşqından xilas olmuş Ziusudraya və onun arvadına 
allah həyatı», yəni əbədi həyat bəxş edirlər və ona Dilmun ölkəsində məskən verirlər. 
«Ümumdünya daşqını»  əfsanəsi müəyyən hadisənin  əksi kimi, təbii hadisənin  əksi kimi meydana 
gəlmişdi. Ola bilsin ki, qədim  İkiçayarasında Dəclə  və  Fərat çaylarının aşıb-daşması faciəli daşqına səbəb 
olmuşdu. Xilas olmuş adamlar bu daşqını allahların əməli ilə bağlamışdılar. İngilis arxeoloqu Leonard Vulli 
Ur şəhərinin qazıntıları zamanı üst və alt mədəni təbəqə 2.5 m qalınlığında çay daşları və torpaq çöküntüləri 
etmişdi. Bu lay bəzi düşərgələrdə 3.5 m-ə çatırdı. Qazıntılar aşkar etdi ki, Ubeyd dövründə  Cənubi 
İkiçayarasında böyük insan tələfatı ilə  nəticələnən fəlakətli daşqın baş vermişdi. Belə ehtimal edirlər ki, 
daşqın haqqında əfsanəni ubayidlər yaratmış, onlardan isə şumerlər mənimsəmişlər. 
Şumer əsatirləri əsasən sinfi cəmiyyətə xas olan hadisələri əks etmiş, allahların ali hakimiyyət uğrunda 
mübarizəsini, məhsul bolluğu yaratmaq tədbirlərini, adi həyati məsələlərinə münasibətlərini  şərh etmişdir. 
Allahlar, xüsusilə Enki və Enlil əfsanələrin qəhrəmanı kimi çıxış edirlər. Onlar həm kainatın və planetin təbii 
qaydaya salınmasına (dünyanın yaradılması, ulduz və planetlərin düzülməsi və s.), yer üzündə 
(İkiçayarasında) əmin-amanlığın bərqərar olmasına, insanların məskunlaşdırılmasına,  insanlar arasında ilahi 
qüvvələrə sitayiş  və qurbankəsmənin müəyyənləşdirilməsinə, hətta  əmək alətlərinin icadına qayğı ilə 
yanaşırdılar. Allahlar həm də istədikləri vaxt əhalini qırğına verirdilər. Eyni zamanda əfsanələr ilahi 
qüvvələrin qüdrətini təbliğ edərək, əhalini daima qorxu altında qalmağa, itaətkar olmağa, allahların iradəsini 
sözsüz yerinə yetirməyə çağırırdılar.  Əsatirlər həqiqi həyat hadisələrini dini donda izah edirdilər. Qədim 
şumerlər dünya və  həyat qaydalarını dini boyasız təsəvvür etmirdilər.  İkiçayarası  əfsanələri Ön Asiya 
xalqlarının dini təsəvvürlərinə güclü təsir göstərmişdi. 
İkiçayarasında meydana gəlmiş ən qədim yazı növü piktoqrafiya (şəkil yazı) olmuşdu. Bu yazı sistemi 
şəkli və  şərti işarələrdən ibarət idi. Şəkil yazı vasitəsilə bütöv fikri ifadə etmək mümkün deyildi, çünki 
işarələr bu və ya digər  əşyanı, heyvanı  və insanı  təsvir edirdi. Piktoqrafik yazı üsulu dilin qrammatik 
formalarını bildirmirdi. Piktoqrafiya vasitəsilə sadə əməliyyat tələb edən təsərrüfat sənədləri tərtib olunurdu. 
Belə  sənədlərdə idxal və ixrac olunan malların, davarın və s. hesabı aparılırdı. Daha geniş  və mürəkkəb 
məzmunlu ifadələri  şəkli işarələrlə yazmaq mümkün deyildi. Mətn  şəkli işarələrə  əsasən oxunurdu. Əgər 
mədaxil hesablanırdısa, onda mətndə  əşyanın, rəqəmlərin və anbarın işarələri yazılırdı. Adətən mətnin 
sonunda təsərrüfata daxil olmuş malların yekun rəqəmi göstərilirdi. «Ulduz», «ev», «at», «sünbül» (arpa), 
«en», «ayaq» və mənaları bunlara oxşar rəsmlər ilə göstərirdilər. «Su» mənası dalğavarı cizgilərlə bildirilirdi. 
Piktoqrafik yazılar hələ tam oxunulmayıb. Bir çox şəkli işarələrin mənası başa düşülmür.  Əsasən rəqəm 
bildirən şəkli işarələri nisbətən asanlıqla mənalandırmaq mümkün olmuşdur. 
Piktoqrafik yazı növü təsərrüfat hesablamaları aparmaq üçün ilk vaxtlar müsbət rol oynayır. Lakin 
təsərrüfatın getdikcə inkişafı dilin qrammatik və fonetik cəhətlərini  əks edən geniş ifadəli yazı növünə 
tələbatı artırdı.  Şumerlər tədricən yeni yazı növü ixtira etdilər. Buna mixi yazılar adı verilmişdi.  İraq 
ərazisində aşkar edilmiş belə mətnləri yerli əhali «mismarı yazılar» adlandırırdı. Bu yazının işarələri mıxvarı, 
yaxud mismar şəkilli idi. Mismarı oxşar işarələrin biri-birinə calaşdırılması ilə müxtəlif hecalı  və fonetik 
mənalar yaradırdılar. Gil kitabələr üzərində şəkli işarələrin sürətlə yazılması onların görünüşünü dəyişdirdi. 
Adətən mətn ucu iti qamış və daş qələmlə gil kitabələrə yazılırdı, əslində həkk olunurdu. Həkk olunmanın 
gedişində şəkli işarələr tədricən pazvarı, mismara oxşar görkəm alırdı. İşarənin əvvəlki şəkli forması itirdi. 
Nəticədə işarələrin görkəminə görə, mixi, yaxud mismari adlandırılan yeni yazı növü meydana gəlmişdi. E.ə. 
təqribə III minilliyin ortalarında  şumer yazısı artıq mixi (mismarı) yazı sisteminə çevrilmişdi. Bu yazı 
növünün yaradılması şumerlərin əldə etdiyi böyük nailiyyətlərdən biri hesab edilər bilər. 
Mixi (mismarı) yazı növü 600-dən çox işarəyə malik idi. Demək olar ki, işarələrin əksəriyyətinin bir 
neçə, bəzən ona qədər oxunuşu vardı. Məsələn, «ayaq» mənasını daşıyan işarənin du, qin, qub, qup, ra, tum, 
yaxud «dağ» mənasını daşıyan işarənin kur, mat, şad, qin, şat, nad, lad, lat kimi hecalı oxunuşları vardı. Eyni 
bir mixi işarənin çoxmənalı olması uzun müddət və bəzən indi də qədim mətnlərin dəqiq oxunulması işində 
əngəl törədirdi. Davamı müasir dillərdə  təmsil olunmuş  və mixi işarələrlə yazılmış  qədim yazılar (akkad 
sami dili, het hind-Avropa dili, qədim fars dili) müəyyən müşküllüyə baxmayaraq oxunuldu və başa düşüldü. 
Lakin  şumer və müasir dillərdə davamı (qohumluğu) olmayan, yaxud müəyyən edilməyən başqa dillərin 
mixi yazı növü əsasında oxunulub dərk edilməsi bir çox hallarda şərti xüsusiyyət daşıyır. Şumer mətnlərində 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə