İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə34/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   30   31   32   33   34   35   36   37   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
70
əyməyəcək-de ona". Aratta hökmdarı Enmerkarın tələbini qəti rədd etdi, lakin qasid onu hədələməyə başladı. 
Qasid dedi ki, Arata hökmdarının Enmerkara itaət edəcəyini  İnanna vəd etmişdir. Bunu eşidən Arata 
hökmdarının ürəyi döyündü, özünü itirdi, cavab axtarmağa başladı. Nəhayət o, cavab verir: «Arattada şır-şır 
axan sular var... ölkədə qurbankəsmə, dua-nəzir, hörmət-izzət var, beş-on adam deyilik ki. Məgər Uruk 
dağlara qarşı gedə bilərmi? Sənin ağan silaha sarılmaq istəyir, mən isə tək döyüşə (mübahisəyə) çağırıram». 
Aratta hökmdarı münaqişəni sülh yolu ilə həll etməyi təklif etdi, Arattanın heç də gücsüz olmadığını 
bildirdi. Demək olar ki, tarixdə ilk dəfə münaqişələri dinc yolla həll etmək təklifinə rast gəlirik. Sonra Arata 
hökmdarı öz ölkəsini tərifləyir: «Dağ  məharətlə dolu qəhrəmandır. O öz evinə yollanan axşam  şəfəqidir, 
onun üzünə qaranlıq yayılır. O, üzü şölə ilə dolu olan fəzaya qalxan aya bənzəyir. O, dağlara çəpər olan 
ağaclara (meşəyə) bənzəyir. Pak adət-ənənə ölkəsini lütfkar Laması (Aratta ilahəsi)-Arattanın tacı,  şəfəqli 
səma tacı (İnanna) kimi Arattaya yol göstərdi, mən öz əzəmətliyimi həqiqətən dərk etdim». 
Aratta hökmdarı, nəhayət, Arattadan aparılan malların  əvəzinə Enmerkardan taxıl tələb edir. Eyni 
zamanda Arattanın Uruka itaətkarlığını  İnannanın qərarı ilə bağlayır. Mətndə deyilir: «Taxılı qoy səbətə 
doldurub, arabaya yükləsin. Bu taxılı dağlara gətirsin, vergi toplayanların yanında yığsın. Taxılı torbalara 
doldurandan sonra, ulaqlara yük vurandan sonra, Arattanın sarayında taxıl anbarına tökəndən sonra, əgər... 
İnanna Arattanın varidatını aparsa, onda mən ona baş əyərəm, o isə öz cah-cəlalını mənə göstərər. Mən və 
mənim şəhərim ona tabe olarıq». 
Qasid İkiçayarasına qayıtdı və Uruk hökmdarı Enmerkara Arattanın cavabını söylədi, ölkənin varidatı 
barədə məlumat verdi. 
Enmerkar ikinci dəfə qasidi taxıl yüklənmiş heyvanlarla (və yeni tapşırıqla) Arattaya yola saldı: 
«Qasid Arattaya yaxınlaşanda, 
arattalılar heyran-heyran yüklü ulaqları dövrəyə aldılar». Enmerkar eyni zamanda tələb etmişdi ki, Aratta 
hökmdarı «hakimiyyət rəmzini» götürüb Uruka, onun hüzuruna gəlsin. Lakin Aratta hökmdarı bu tələbə 
əhəmiyyət vermədi, Enmerkara tapmaca göndərdi və onun Arattaya gəlməsini tələb etdi: «Qasid, ağana, 
Kulabın ali kahin-hökmdarına de: - «hakimiyyət rəmzi» qoy ağacdan olmasın, ağacın adını da deməsin. Qoy 
sidr olmasın, sərv olmasın, ağcaqayın olmasın,  şümşad olmasın, mis olmasın, qızıl olmasın,  əqiq olmasın, 
lacivərd olmasın. "Hakimiyyət rəmzini" hazırlasın, özü ilə götürsün. Kulabın ali kahin-hökmdarı  əqiqi bir 
ağac kimi, lacivərdi bir ağac kimi əlinə alsın və mənim yanıma gəlsin-de ona». Enmerkar müdriklik allahı 
Enkinin köməyi ilə tapmacanın yozumunu tapıb «hakimiyyət rəmzini» qasidlə Arattaya göndərdi. Aratta 
hökmdarı yozumun düzgün olduğunu görüb kədərləndi. Zənn etdi ki, İnanna artıq Arattanı Enmerkarın 
himayəsinə vermişdir. Lakin taleyini bir də yoxlamaq üçün Enmerkara yeni tapmaca göndərdi. O, bu dəfə nə 
qara, nə ağ, nə sarı və s. rəngli olmayan it göndərməsini təklif etdi. Enmerkar isə qasidə yeni tapşırıq verib 
Aratta hökmdarına nə qara, nə  ağ, nə sarı və s. rəngli olmayan geyim paltarı istəyir, eyni zamanda Aratta 
hökmdarını  hədələyir: «... şəhər  əhalisini vəhşi göyərçinlər kimi ağacdan qovaram, özünü məhv edərəm, 
(külünü) yelə sovuraram». Qasid tapşırığı yadda saxlamağa çətinlik çəkir. Onda Enmerkar Arattaya yazılı 
kitabə göndərir. Qasid özünü Arattaya çatdırır. Hökmdar kitabəni nəzərdən keçirən zaman külək allahı İşkur 
Aratta üzərinə yağış yağdırır, hər yerdə buğda, noxud və s. göyərməyə başlayır. Arata taxıl anbarlarını 
doldurur. Eyni zamanda Enmerkara xəbər göndərilir ki, İnanna Arattanı tərk etməmişdir, Arattanı gur sularla 
doldurmuşdur, arattalılar başqa adamlardan fərqlənirlər, Dumuzi onları başqalarından ayırmışdır, çünki onlar 
müqəddəs İnannanın sözlərinə riayət edirdilər. İnanna öz lütfünü Arattadan əsirgəmir" , Dumuzinin şərəfinə 
ziyafət düzəldir, arattalı  qızla onun nikahını bağlayır. Enmerkar öz növbəsində  səbətləri taxıl ilə doldurur, 
qurbanlıq qoyun, keçi, inək götürüb Arattaya yola düşür. Arattalılar  İkiçayarasından gətirilən məhsulla 
dəyişmək üçün qızıl, gümüş, lacivərdi mübadilə meydanına çıxarırlar. Dastanın sonu zədələndiyindən 
münasibətlərin tam aqibəti naməlum qalır. Lakin aydın olur ki, Aratta ölkəsi Uruka tabe edilmir. 
«Enmerkar və Arata hökmdarı» dastanı  Şumerdə  aşkar olunmuş  ən uzun mətnli  əsərdir. Bu, tarixdə 
məlum olan ilk dastan səpkili əsər nümunəsidir. Dastanda Arattanın şərəfi, paklığı, məharət və müdrikliyi, 
müstəqilliyini qoruması, dinc yolla öz müstəqilliyini qoruyub saxlamağı müxtəlif bədii boyalarla ifadə 
olunmuşdu. 
Eyni zamanda şumer dastanı  qədim Azərbaycanın  ərazisində meydana gəlmiş ilk dövlət quruluşu 
barədə təsəvvür yaratmağa imkan verir. 
Aratta ilə əlaqədar mövzular başqa şumer dastanlarında da əks olunmuşdur. Bunlardan birini «Uruk və 
Aratta» adlandırmaq olar. Dastanda Aratta hökmdarı Enmerkardan onun ali hakimiyyətini tanımasını  və 
ilahə  İnannanın isə Arattaya köçürülməsini tələb edir. Enmerkar öz növbəsində Arattanın Uruka tabe 
olmasını tələb edir və allahların iradəsi ilə İnannanın Urukda qalacağını bildirir. Dastanda Aratta hökmdarı 
Ensukuşsiranna adını daşıyır, onun köməkçisi «maşmaş» (vəzir?) kahin olmaqla Ur-Girnunna 
adlandırılmışdır. Aratta hökmdarı  şurada Urukla münasibət məsələsini müzakirəyə  çıxarır. Vahid bir fikrə 
gələ bilmirlər. Hökmdar kahin maşmaşı Uruku itaət altına almağa göndərir. Kahin Uruka gəlir, müqəddəs 
pəyəyə girib inək və keçini dilə tutur ki, onlar ziyafət  şərəfinə süd və qaymaq verməsinlər. Uruk viran 
vəziyyətə düşür. Belə halda Nidaba ilahəsinin iki çobanı maşmaşı tutub öldürür, meyitini çaya atırlar. Aratta 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə