İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
104 
 
məhz  Musa  ibn  Cəfərdir  (ə).  Əgər  mən  onu  sağ  qoysam,  Allah  məni 
öldürsün!” 
1
 
Bu  təhdidlərə  mam  Kazim  (ə)  soyuqqanlı  yanaşsa  da,  Peyğəmbər  (s) 
ailəsi, şiələr və o Həzrətin tərəfdarları çox qorxuya düşdülər. Ancaq Hadi öz 
çirkin  məqsədini  həyata  keçirməmiş  ömrü  sona  yetdi  və  onun  ölüm  xəbəri 
Mədinədə sevinc və fərəh ruhiyyəsi yaratdı. 
 
3.
  Harun ər-Rəşid 
 
Ə
srlərlə  slam adı altında müsəlmanlara hakim kəsilmiş Əməvi və Abbasi 
xəlifələri  öz  hakimiyyət  dayaqlarını  möhkəmlətmək  və  camaat  arasında 
nüfuzlarını  artırmaq  üçün  qəlblərə  mənəvi  nüfuz  tapıb  camaatın  yanında 
etimadlarını  doğrultmaq  fikrində  idilər  ki,  bəlkə  bu  yolla  müsəlmanlar 
onların  hakimiyyətini  sidq  ürəkdən  qəbul  edib  onlara  itaət  etməyi  özlərinə 
dini bir vəzifə bilsinlər.  
Ə
lbəttə  zahiri  nöqteyi-nəzərdən  bu  sahədə  Abbasilərin  bəxtləri  gətirmiş 
və  əllərində  bir  bəhanələri  var  idi  ki,  bu  da  onları  Əməvilərdən  tamamilə 
fərqləndirirdi. O da onların  slam Peyğəmbəri (s) ilə olan qohumluq əlaqələri 
idi.  slam Peyğəmbərinin (s) əmisinin (Abbas ibn Əbdülmüttəlibin) nəslindən 
olan  Bəni-Abbas  sülaləsi  Peyğəmbərlə  (s)  olan  qohumluqlarından  təbliğ 
cəhətində  istifadə  edib  özlərini  xəlifəlik  məqamının  varisi  hesab  edirdilər. 
Buna  baxmayaraq,  onların  bu  qədər  apardığı  təbliğat  şiə  məzhəbinin  pak 
mamları qarşısında çox təsirsiz idi. Çünki əvvəla, xəlifəlik məsələsində varis 
olmaq  məsələsi  nəzərə  alınmır  və  ən  əsas  şey  rəhbər  və  xəlifənin  öz 
səlahiyyəti,  paklığı  və  əzəmətidir.  kincisi,  lap  xəlifəlik  mövzusunda  varis 
olmaq nəzərə alınsa da, yenə Əlinin (ə) övladları hamıdan üstündürlər. Çünki 
onlar Peyğəmbərə (s) daha yaxın olublar. Həm şəxsi ləyaqətləri olan, həm də 
Peyğəmbərə (s) daha yaxın olan şiənin məsum  mamları (ə) həmişə camaatın 
nəzərində  olmuş,  camaat  daima  onlara  hörmət  etmişdir.  Əməvi  və  Abbasi 
xəlifələrinin  mənəvi  nüfuz  tapmaları  üçün  apardıqları  səylərə  baxmayaraq, 
tarix göstərmişdir ki, ümumi məhəbbətin ölçüsü həmişə  mamların tərəfində 
olmuşdur. 
                                                            
1
 
Bəharul-ənvar, c.48, səh.151 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
105 
 
Qəlblərə hakim olmaq 
 
Bu  məsələ  Abbasi  xəlifələri  arasında  hamıdan  çox  Harun  ər-Rəşidin 
dövründə  özünü  göstərmişdir.  Hökumət  dairəsinin  bu  qədər  genişliyi  və 
həmçinin,  imkanlarının  çox  olmasına  baxmayaraq,  qəlblərin  hələ  də,  mam 
Museyi-Kazimlə (ə) olmasını bilən Harun bu məsələdən çox narahat olur və 
o  Həzrətin  mənəvi  nüfuzunun  azalması  üçün  gizli  hiylələrini  işə  salırdı. 
“Camaat  öz  xüms-zəkatını  gizli  şəkildə  Musa  ibn  Cəfərə  (ə)  verir  və  bu 
hərəkət  ilə  həqiqətdə  onun  xəlifə  olduğunu  rəsmiyyətlə  tanımış,  Abbasi 
hökumətini  isə  qeyri-qanuni  hökumət  bilir”  -  xəbərinin  hər  gün  Haruna 
çatdırılması onun üçün dözülməz idi. Elə buna görə də, Harun bir dəfə  mam 
Kazimi (ə) Kəbənin kənarında gördükdə, ona deyir: “Camaatın gizlicə beyət 
edib  rəhbər  bildikləri  şəxs  sənsən?”  mam  Kazim  (ə)  buyurdu:  “Mən 
camaatın  qəlb  və  ruhuna  hakiməm,  sən  isə  onların  quru  bədənlərinə 
hakimsən.”
1
  
 
 
Peyğəmbərin (s) övladı kimdir? 
 
Necə  ki,  qeyd  etdik  Harun  Peyğəmbərlə  (s)  olan  qohumluq  əlaqəsinə 
açıq-aşkar  arxalanıb  yeri  gəldikcə  ondan  istifadə  edirdi.  O,  bir  gün  Mədinə 
şə
hərinə  gəlib  Peyğəmbər  (s)  məzarının  ziyarətinə  gedir.  Orada  Qüreyş  və 
digər  qəbilələrdən  çoxlu  sayda  adam  toplaşmışdı.  Harun  Peyğəmbərin  (s) 
hərəminə çatdıqda, üzünü o Həzrətin müqəddəs məzarına tutub dedi: “Salam 
olsun  sənə,  ey  Allahın  Peyğəmbəri!  Salam  olsun  sənə,  ey  əmi  oğlu!”  O, 
camaatın  arasında  Peyğəmbərlə  (s)  əmioğlu  olduğunu  onlara  eşitdirib 
bilərəkdən bununla fəxr edir.  stəyirdi ki, camaat xəlifənin Peyğəmbərlə (s) 
ə
mioğlu olduğunu bilsin. Bu zaman camaatın arasında olan  mam Kazim (ə) 
Harunun  bu  fikrini  başa  düşüb  Peyğəmbərin  (s)  qəbrinə  yaxınlaşaraq  uca 
səslə buyurur: “Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə
ey ata!”
 Harun bu sözdən bərk qəzəbləndi. Belə ki, rəngi dəyişib ixtiyarsız 
olaraq dedi: “Doğrudan da bu bir şərəfdir.”
2
  
O,  təkcə  Peyğəmbərlə  (s)  olan  qohumluq  əlaqəsini  camaata  çatdırmaqla 
kifayətlənmir,  üstəlik  mamların  Peyğəmbər  (s)  övladı  olmalarını  da,  bir 
                                                            
1
 
Ə
ssəvaiqul-muhriqə, səh. 204 
2
 
Ə
l-irşad, c.6, səh.164 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
106 
 
vasitə ilə inkar etmək istəyirdi. O, bir gün  mam Kazimə (ə) dedi: “Siz Əlinin 
(ə)  övladları  olduğunuz  bir  halda,  nəyə  görə  Peyğəmbər  (s)  övladı 
olduğunuzu  iddia  edirsiniz?  Çünki  hər  bir  şəxs  ana  babasına  deyil,  ata 
babasına nisbət verilir.” 
  mam Kazim (ə) onun cavabında aşağıdakı ayəni qiraət etdi: “Biz  shaqı 
və  Yəqubu  ona  əta  etdik.  Onların  hər  birini  hidayətə  [peyğəmbərliyə
çatdırdıq.  Bundan  əvvəl  Nuhu  və  onun  nəslindən  olan  Davudu,  Süleymanı, 
Ə
yyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş 
görənləri  [yaxşılıq  edənləri]  belə  mükafatlandırırıq.  Zəkəriyyanı,  Yəhyanı, 
sanı,  lyası da [hidayətə çatdırdıq]. Onların hamısı əməlisalehlərdən idi.”
1
  
mam  Kazim  (ə)  sonra  əlavə  edib  buyurdu:  “Bu  ayədə  sa  (ə)  keçmiş 
böyük  peyğəmbərlərin  övladlarından  hesab  olunub,  halbuki,  onun  atası 
olmamış  və  yalnız  anası  Məryəmin  vasitəsilə  peyğəmbərlərə  qohumluq 
ə
laqəsi  çatır.  Deməli,  bu  ayəyə  əsasən,  qız  tərəfdən  olan  uşaqlar  da  övlad 
sayılır.  Biz  də  anamız  Fatimə  vasitəsilə  Peyğəmbərin  (s)  övladları  hesab 
olunuruq.”
2
  
Harunun belə məntiqi bir sübutun qarşısında sükut etməkdən başqa çarəsi 
qalmadı. 
mam  Kazimin  (ə)  Harunla  buna  bənzər  başqa  bir  ətraflı  mübahisəsində 
Harun  o  Həzrətə  deyir  ki,  nəyə  görə  sizi  Əlinin  (ə)  övladları  yox, 
Peyğəmbərin  (s)  övladları  adlandırırlar?  mam  Kazim  (ə)  onun  cavabında 
buyurur:  “Əgər  Peyğəmbər  (s)  dirilib  sənin  qızınla  evlənmək  istəsə,  qızını 
ona  verərsənmi?”  Harun  dedi:  “Nə  təkcə  qızımı  verərəm,  hələ  üstəlik  bu 
qohumluğu  bütün  ərəb  və  qeyri-ərəb  arasında  özümə  böyük  bir  fəxr 
bilərəm.” 
mam  Kazim  (ə):  “Ancaq  bu  məsələ  mənə  aid  edilə  bilməz.  Nə 
Peyğəmbər (s) mənim qızımı istəməz, nə də mən qızımı ona vermərəm.” 
Harun: “Nəyə görə?” 
mam  Kazim  (ə):  “Çünki  mən  özüm  onun  nəslindənəm  və  bu  evlənmə 
haramdır. Ancaq sən onun nəslindən deyilsən.” 
Harun: “Afərin, tamamilə doğrudur!” 
3
 
 
                                                            
1
 
Ə
nam surəsi, ayə 85-86 
2
 
 Nurul-əbsar, səh.149 
3
 Biharul-ənvar, c.48, səh.127  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə