İNCƏSƏNƏt ayətullah Xameneinin sənət adamlarına tövsiyələri Tərtib edən: Mustafa Həsənzadə



Yüklə 188,27 Kb.
səhifə3/9
tarix26.01.2018
ölçüsü188,27 Kb.
#22606
növüYazı
1   2   3   4   5   6   7   8   9

Pis sənətkar yoxdur?!


Əziz qardaşımız buyurdu ki, pis ruhanimiz olmadığı kimi, pis sənətkarımız da yoxdur. Amma əslində hər iki təbəqədən olan pis adamımız var; həm pis ruhani, həm pis sənətkar. Ruhani, axund və müctəhid də olan, lakin hakim və istismarçıların aləti olan ruhanilər xalqın evini yıxdılar; bizim də evimizi yıxdılar. Məgər bunlardan bizdə az olmuşdur?! Mən bir dəfə dərdləşmək üçün Məşhəddən imama bir məktub yazdım, dedim ki, bir neçə tərəfdən təzyiq altındayıq: biri SAVAK tərəfindən, biri filan məsələ tərəfindən, biri də öz libasımızda olan bəzi şəxslər tərəfindən. Mən həmin məktubu çox zəhmətlə ona göndərdim. O cavabda belə yazmışdı: "Burada da elədir".

Pis sənətkarımız da var; hətta xain və bədxah sənətkarlarımız da var. Amerikalı yazıçı Con Şteynbek əvvəlcə "Qəzəb salxımları" kitabını yazmış və dəyərli işlər görmüşdü. Mən onun həyatı barədə oxudum ki, son zamanlarda, hamının əvvəlki işləri kimi əsərlər təqdim etməsini gözlədiyi halda gedib tam əksini etmişdir. Sonra bəlli oldu ki, kompaniyalar onu görüb və pul veriblər. Bizdə bu qəbildən olanlar vardı; belə deyil ki, bizdə olmayıb. Bizdə incəsənət sahəsində elə adamlar vardı, o qədər dindar və sərt idilər ki, biz deyirdik kaş onlar kimi olaydıq. Sonra birdən gördük ki, ümumiyyətlə ayrı cür oldular və 180 dərəcə çevrildilər. Yaxşı sənətkar, pis sənətkar; hər növü varımızdır. Mühüm budur ki, sənətin istiqaməti qorunsun və ona riayət olunsun.15



Quran incəsənətin zirvəsində


İncəsənətin güclü dili var. Heç bir dil onun kimi güclü deyil; nə elmin dili, nə adi dil, nə moizə dili. Quranın müvəffəqiyyətinin sirlərindən biri onun sənətkarcasına olmasıdır. Quran sənətin zirvəsindədir, möhtəşəmdir. Doğrudan da o zaman xalqı sehrlədi. Əgər əziz Peyğəmbər (s) sənət dili olmadan oturub xalqla danışsaydı, düzdür, bəziləri maraq göstərərdilər, lakin o gurultu, o ildırım və o tufan vücuda gəlməzdi. Bu işləri görən incəsənətdir. Sənət əsərləri belədir.16

Bundan böyük təhqir ola bilməz!


Biz deyə bilmərik ki, filankəs sənətkar olduğundan prinsiplərə qarşı digərləri ilə fərqi olmalıdır. Yəni sanki bəzi həyat prinsipləri bütün xalq üçün prinsipdir, sənətkar üçün isə prinsip deyil və sənətkar ruhunun lətifliyinə və incəliyinə, düşüncə və təsəvvürünün zərifliyinə görə həyatın adi prinsiplərindən istisna olunmuşdur. Xeyr, əsla belə bir şey yoxdur. Sənətkar zərifliyə, lətifliyə və həssaslığa görə həqiqəti daha yaxşı və daha tez anlayır, daha yaxşı bəyan edir və ona daha sadiq qalır. Belə deyil ki, həqiqəti digərlərindən tez, yaxud daha incə və daha zərif əldə etdiyinə görə daha asan da əldən versin. Məgər belə bir şey mümkündür?!

Ümumiyyətlə bu sənətə təhqirdir ki, biz öz daxilimizdə olan, yaxud bizdəki yanlış duyğulardan irəli gələn təxəyyülləri sənətin adı ilə bağlayaq. Necə ki, keçmişdə bu sənətkarların əksərən pis vərdişləri vardı, bəzi narkotik maddələrə aludə olmuşdular. O zaman mənim onların bəzisi ilə tanışlığım vardı, bəzisini də uzaqdan tanıyırdım və hansı vəziyyətdə olduqlarını bilirdim. Bir dəfə bir nəfərə dedim ki, nə üçün onların hamısı belədirlər və biz kimi eşitdik, tanıdıq və gördüksə, buna düçar olduğu bəlli oldu. Dedi ki, sənətkardır da. Mənim fikrimcə, incəsənətə bundan böyük təhqir ola bilməz. O bu sözü təhqir kimi demirdi, üzr göstərmək üçün deyirdi; demək istəyirdi ki, hər halda sənətkar lətafətli insandır və belə işlərə düçar olur. Halbuki bu ümumiyyətlə dəlil sayılmır.

İndi elə bir dövrdə yaşayırıq ki, o vərdişlər və problemlər azalıb, yaxud həyatın real meyarlarında sıradan çıxmışdır; inqilabdan sonrakı dövrün meyarlarında bu işlər keçmişdəkindən daha böyük eyib sayılır. Odur ki, sənətkar olmaq bəhanəsi və dəlili ilə digər işləri həmin vərdişlərin yerinə qoymamalıyıq.17

Dünya incəsənəti bizim məmləkətimizə borcludur!


Əgər 1962-ci ildən başlayaraq həzrət imam tərəfindən min dillə - istər çıxış formasında, istər dərs formasında, istər fəlsəfi düşüncələr, istərsə də fiqhi nəzərlər formasında ortaya qoyulan bu inqilabi düşüncə sənət formasında təqdim olunmasa, gələcək nəsillər üçün yad bir şey olacaq. Sənətin xüsusiyyəti belədir. Sənət dili nədir? Yəni şəkillə, filmlə, heykəllə, şeirlə və romanla təsvir etmək. Siz görürsünüz ki, müstəmləkə siyasətləri inqilab və xoşları gəlməyən bütün dəyərlər əleyhinə işləmək üçün incəsənət işinə bu qədər sərmayə qoyurlar. Səbəbi incəsənətin bu təsiridir... Bilin ki, biz bu silahdan lazım olan formada və düzgün şəkildə istifadə etmirik. Əlbəttə, bizim ölkəmiz və məmləkətimiz incəsənət məmləkətidir. Yəni, dünya incəsənti min il öncədən bu yana ümumi şəkildə bizim məmləkətimizə borcludur, fars dilinə borcludur, iranlı sənətkarlara borcludur. Lakin biz bu silahdan istifadə etməmişik. Səbəb də budur ki, sənətkar və gövhər sahibi olan bir qrup vardı, amma özlərini inqilabla uyğunlaşdıra bilmədilər. Çünki sənətkarlıq digər yaxşı xislətlər mənasında deyil. Sənəti çox uca, amma özü əskik, dəyərsiz, pis, fasiq, fəsadçı və xəyanətkar olan insanların olması mümkündür. Bu qəbildən olanlarımız çox idi, indi də varımızdır və çoxları gözlərimizin önündədir.

İnqilab o zaman özünü sənət qəlibinə sala bilər ki, doğma sənətkarı olsun və sənətkarı özü yetişdirsin. Düzdür, gənclərin bir qrupu bu işləri görməkdədirlər; çox da yaxşıdır. Siz də harada və hansı formada olsanız, bu işi görün, bu silahın kəsərliliyinə diqqət yetirin, inqilab düşmənlərinin bu silahdan böyük istifadəsinə diqqət yetirin. Diqqət yetirin ki, inqilab məfhumları müxtəlif sənət əsərləri formasında yaxşı təsvir oluna bilərlər. Və bunun bir dəyər olmasını hiss edin.18



Bunlar xalqların tarixini yazmışlar!


Nailiyyətlər həmişə ağır məsuliyyətlərə məxsusdur. Bəşər tarixinə baxdıqda görürük ki, rifah içərisində yaşayan sərvətlilər milyonlarla olmuşlar. Bəşəriyyət arasında pullular, biznesmenlər, sərvətlilər, milyonerlər və müxtəlif feodallar çox olmuşlar. Lakin bəşəriyyət öz davamını onların vücuduna bağlı bilmir. Bütün dünyada bizim və sizin nəzərinizcə son dövrlərin tarixini yaradan şəxsləri – mübarizləri, mücahidləri və şəhidləri bir kənara qoyaq və istisna edək; onların məsələsi ayrıdır. Lakin ədiblərə, şairlərə, yazıçılara, tarixçilərə, alimlərə və kəşfçilərə baxın və görün bunların hansı feodallardan, sərvətlilərdən, pullulardan, əlində yağlı və şirin loğma olanlardan olmuşdur. Əgər təsadüfən nə zamansa və zəmanənin səhvi nəticəsində bunların birinin bir şeyi olmuşsa, onun müqabilində dünyanın minlərlə filosofu, alimi, kəşfçisi, ixtiraçısı, şairi, ədibi, musiqiçisi və düşüncəli adamları yoxsulluq və fəlakət içərisində yaşamışlar. Amma nə siz, nə də dünyanın hansısa şüurlu insanı gəlib öz insani ölçüsündə bu yoxsul aclardan və gecə çörəyinə möhtac olanlardan bir nəfəri o sərvətlilərin və əhli-keflərin yüzlərlə və minlərləsinə dəyişməz. Nə üçün? Çünki xalqların tarixini yazanlar bunlardır; xalqları inkişaf etdirən, xalqlar üçün hörmət gətirən bunlardır.

Düzdür, hər yazıçı, yaxud sənətkar öz ölkəsinin inkişafında və bəşəriyyət tarixində təsirli olmur, xanın tör-töküntüsünü yeyənlər, həmin sərvətlilərin və biznesmenlərin qablarını yalayanlar da çox olur. Bu sözü deməkdə məqsədim odur ki, məsuliyyət nə qədər ağır olsa, işin qəm-qüssəsi və nigaranlığı nə qədər çox olsa, onun mənəvi dəyəri də çox olar və bəlkə də tarixin və sivilizasiyanın ümumi gedişində, bəşər bilgisində və düzgün əqli ölçüdə hörmət göstərilən xüsusiyyətlərdə daha uca və daha üstün tutular.19




Yüklə 188,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə