İNCƏSƏNƏt ayətullah Xameneinin sənət adamlarına tövsiyələri Tərtib edən: Mustafa Həsənzadə



Yüklə 188,27 Kb.
səhifə6/9
tarix26.01.2018
ölçüsü188,27 Kb.
#22606
növüYazı
1   2   3   4   5   6   7   8   9

Məsnəvidə bəyan olunan məfhumlar


Bəşər həyatında dəyərli məfhumlar və bəzi həqiqətlər vardır. Bu məfhum və həqiqətlər xalqa bəyan olunmalıdır; çünki onlara ehtiyaclıdırlar. O həqiqətlərdən biri Allah-Taalanın tövhid həqiqətidir. O, aləmin ən gözəl və ən dəyərli həqiqətlərindən hesab olunur. Yaradanın varlığı həqiqəti doğrudan da ən üstün həqiqətlərdəndir. Bəşəriyyətin uca mənəvi və ruhi məqamlara yüksəlməsi üçün ədalətə və daxili insan zövqünə ehtiyacı dəyər məfhumlarındandır. Əlbəttə, maddədə, maddə aləmində, palçıqda və maddə arasında qalan şəxs nə maddə aləminin nə olduğunu bilir, nə də yüksəlişdən baş çıxarır. Lakin mənəvi və ilahi məfhumlarla tanış olan şəxs uca ruhi və mənəvi məqamlara yüksəlişin ən gözəl bəşəri məfhum və həqiqətlərdən olduğunu anlayır. Bunlar xəbəri olmayan insanlar üçün izah olunmalıdır. Necə izah etməliyik? "Ey insanlar! Bilin ki, maddi aləmdən üstün bir aləm var və yüksəliş vardır" - deməklə o mənanı və həqiqəti əks etdirmək olar? Xeyr. Amma incəsənətlə o mənanı və həqiqəti əks etdirmək olar, şeirlə əks etdirmək olar, musiqi, rəssamlıq və müxtəlif sənət növləri ilə əks etdirmək olar. Bəzi həqiqətləri sənət dili olmadan bəyan etmək mümkün deyil. Təbii ki, əvvəl bu məfhumları öyrənməlisiniz. Kompliment söyləmirik. Siz əvvəlcə gərək bu məfhumları özünüzdə vücuda gətirəsiniz. Necə? İslam məfhumları ilə ünsiyyətlə. Bu məfhumları sizə ötürə bilən kitabları oxuyun. Hər kəs bir yolla bu işi görə bilər. Amma mənim fikrimcə, belə bir iş görmək istəyən sənətkar təbəqəsi üçün ən yaxşı kitab Molla Ruminin Məsnəvisidir. Bu kitabı oxuduğunuzda görürsünüz ki, orada sənət dilindən başqa heç bir dillə bəyan olunması mümkün olmayan həqiqətlər mövcuddur. Hətta Mövləvinin özü də şeir deməsəydi, nəsr dili ilə onları bəyan edə bilməzdi. Mövləvi elə bir şəxsdir ki, məclislər də keçirirmiş, amma bu məfhumları kitabla və adi dillə bəyan edə bilmirmiş. Çünki onları şeir dili ilə demək olar. Odur ki, o dildən istifadə etmişdir. Vücudunuzu Məsnəvidə bəyan olunmuş məfhumlarla doldurun ki, sənət formasında sizdən ətrafa yayılsın. Biz sizdən bunu gözləyirik.33

Sənət adamı olan imam


Xoşbəxtlikdən İslam Respublikasında hökumət və hakimiyyət mənəvi məfhumların hökuməti və hakimiyyətidir. Bu quruluşun banisi və bu quruluşun başında duran da həmin mənəviyyat, irfan və sənət aləmlərinə bağlı olan bir insan idi. Əziz Peyğəmbər (s) və Əmirəlmöminin (ə) də belə idilər. Əgər bir şəxs Əmirəlmömininin (ə) mənəvi, irfani və sənət məfhumları və ibarətləri ilə dolu olan münacatlarını oxusa və anlasa, o həzrətin əlinə necə qamçı götürüb hüquqi cəza tətbiq etdiyinə təəccüb edər. Bu adam necə muharibə edirdi? Bu adam necə əlinə xəncər götürürdü? O həzrətin həqiqəti və əsl məqamı bu münacatlardır. Lakin ictimai vəzifələrini yerinə yetirmək üçün o işləri də qəbul edirdi. Böyük İmam da belə idi. İmam irfan, mənəviyyat, mənəvi və ruhi yüksəliş adamı idi. Lakin ilahi vəzifə onun qarşısına ağır məsuliyyət qoyurdu və o həmin məsuliyyəti götürməyə, yaxud ona dözməyə məcbur idi. Siz görürsünüz ki, imamın azsaylı şeirləri də arifanə şeirlərdir. Həmin şeirlərdə də meydən, məşuqdan, xəttü-xaldan, xəstə göz-qaşdan və bu kimi şeylərdən danışılmışdır. Bunlar incəsənət məfhumlarıdır.34

Üslub fərqi


İnqilab sənətini inqilabi məfhumları imanlarından və onları qəbul edən qrupda məhdudlaşdırın. Buna deyək inqilabi sənət, əks-inqilabçı və laqeyd sənətə şamil olan digərlərinə isə qeyri-inqilabi sənət deyək. Siz çalışın ki, inqilaba etiqadlı olan bu incəsənət çevrəsində ziddiyyət yaranmasın. Mən bunu istəyirəm. Bu sahədə aranızda olan üslub fərqləri əsas olmasın və yer açmasın; nə zehində, nə də əməldə. İki nəfərin bir-biri ilə əməkdaşlıq etməməsi mümkündür, eybi də yoxdur. Siz deyirsiniz ki, mən filankəslə əməkdaşlıq edə bilmirəm. Çox yaxşı, eybi yoxdur. Sənətkarın ruhunu məcbur etmək olmaz ki, filan yerdə mütləq əməkdaşlıq etsin. Lakin bu üslub fərqlərinin ziddiyyətə və çəkişməyə çatmasına qoymayın. Bunu həqiqətən bir qayda və prinsip kimi diqqətdə saxlayın.35

Həm formada, həm məzmunda


Bəziləri deyirlər ki, öhdəçi sənətdə birinci söz ikinci sözlə ziddiyyət təşkil edir. İncəsənət insanın azad təxəyyülünə əsaslanır, öhdəçi isə zəncirlənmiş deməkdir; bunlar bir-birinə necə uyğun gələ bilər. Bu bir təsəvvürdür və sözsüz ki, düzgün təsəvvür deyil. Sənətkarın məsuliyyəti və öhdəliyi məsələsi onun sənətkar olmasından öncə insan olmasına qayıdır. Hər halda bir sənətkar sənətkar olmazdan öncə bir insandır və insan məsuliyyətli olmaya bilməz. İnsanın birinci məsuliyyəti insanlar qarşısında məsuliyyətidir. Baxmayaraq ki, insanın təbiət, yer və göy qarşısında da öhdəliyi var. Amma onun böyük məsuliyyəti insanlar qarşısındakı məsuliyyətdir. Eyni zamanda sənətkar çox üstün xüsusiyyətinə görə qeyd etdiyimdən əlavə bir öhdəliyə də malikdir.

Sənətkar həm öz sənətinin forması, həm də məzmunu qarşısında öhdəliyə malikdir. Sənət zövqü olan şəxs aşağı səviyyə ilə kifayətlənməməlidir. Bu bir öhdəlikdir. Tənbəl və passiv sənətkar, öz sənət işinin ucalığı və yaradıcılıq etmək üçün çalışmayan sənətkar əslində özünün forma qarşısındakı sənət məsuliyyətinə əməl etməmişdir. Sənətkar sənət formasının ucalığı üçün bacardığı qədər daim səy göstərməlidir.



Bundan əlavə məzmun qarşısında da öhdəlik var. Biz nə təqdim etmək istəyirik? Əgər insan möhtərəm və əzizdirsə, onun qəlbi, zehni və düşüncəsi də əziz və möhtərəmdir. Yalnız oturub bizim sözlərimizə qulaq asdığına görə dinləyiciyə hər şeyi vermək olmaz. Gərək ona nə verdiyimizə baxaq. Əlbəttə, hansı siyasi cinaha daxil olub-olmamaq məsələsi - bəzi dostların dediyi bu sözlər elə məsələlərdir ki, siz bunları arxada qoymuş olmalısınız. Bunlar söhbətin mövzusu deyil. Söhbətin mövzusu əxlaq və fəzilətdir. Mən zənnimcə, Romen Rollandan oxumuşam ki, deyir sənət əsərində 1 faiz sənət, 99 faiz isə əxlaq olmalıdır; yaxud ehtiyat etsək, belə deyək ki, 10 faiz sənət 90 faiz əxlaq. Məncə bu söz dəqiq söz deyil. Əgər məndən soruşsalar, deyərəm ki, 100 faiz sənət və 100 faiz əxlaq olmalıdır. Bunların bir-biri ilə ziddiyyəti yoxdur. İşi 100 faiz sənət yaradıcılığı ilə təqdim etmək və onu yüz faiz uca, yüksəldən, inkişaf etdirən və fəzilət yaradan məzmunla doldurmaq lazımdır. İncəsənət sahəsində bəzi qayğıkeş insanların nigaran olduğu məsələ budur ki, biz təxəyyül azadlığı, yaxud sənət azadlığı bəhanəsi ilə fəziləti əldən verib əxlaqı tapdaya bilmərik. Bu çox mühümdür. Buna əsasən, öhdəçi sənət düzgün bir sözdür.36


Yüklə 188,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə