İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin predmeti


İnformasiya sistemi–informasiya-kommunikasiya texnologiyalarının əsas obyekti kimi



Yüklə 261,54 Kb.
səhifə12/56
tarix30.12.2023
ölçüsü261,54 Kb.
#165639
1   ...   8   9   10   11   12   13   14   15   ...   56
İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin-hozir.org

.İnformasiya sistemi–informasiya-kommunikasiya texnologiyalarının əsas obyekti kimi.


Müəyyən qrup obyektlərin vəziyyətini əks etdirən informasiyanın formalaşması, yığılması, saxlanması, axtarışı, işlənməsi və ötürülməsi proseslərini yerinə yetirən sistemə informasiya sistemi deyilir. Informasiya sistemləri elementləri məzmunu və reallaşdırılması əlamətinə görə idarəetmə sistemləri, o cümlədən iqtisadi, texniki, sosial, bioloji və s. sistemlərə ayrılırlar. Birinci halda o, informasiya-sorğu sistemi kimi, əsasən, ayrı-ayrı şəxslərin və ya kollektivlərin informasiya tələblərini ödəmək üçün istifadə olunur. İkinci halda isə informasiya sistemi istifadəçilərə informasiya-arayış xidməti göstərməklə yanaşı, həmdə avtomatlaşdırılmış sistemin informasiya təminatı alt sistemi rolunu oynayır. Müxtəlif məqsədlər üçün nəzərdə tutulan informasiya sistemlərinin fəaliyyətini təmin edən prosesləri aşağıdakı bloklardan ibarət olan sxem şəklində təsvir etmək olar:  daxili və ya xarici mənbədən informasiyanın daxil edilməsi;  daxil olmuş informasiyanın emalı və münasib şəkildə nümayişi;  istehlakçılara nümayiş etmək və ya digər sistemə göndərilməsi üçün informasiyanın çıxarılması; əks əlaqə - həmin təşkilatın işçiləri tərəfindən giriş informasiyasının düzəlişi üçün yenidən emal edilən informasiyadır. AvtomatlaĢdırma dərəcəsinə görə informasiya sistemləri əllə işləyən (mexaniki), avtomatlaşdırılmış və avtomatik olmaqla üç qrupa bölünür. 1) Mexaniki olduqda bütün əməliyyatlar insanlar tərəfindən, 2) avtomatlaşdırılmış olduqda yarısı insan, yarısı EHM-lər tərəfindən, 3) avtomatik olduqda isə texniki vasitələrin köməyi ilə avtomatik olaraq yerinə yetirilir.
20. İnformasiya-kommunukasiya texnologiyaları sistemlərinin quruluşu.
İqtisadi informasiya sistemləri (İİS) növlərinin müxtəlifliyindən və tətbiq edildikləri sahələrdən asılı olmayaraq özünün tərkibində aşağıdakı üç əsas komponentlər yığımını birləşdirir: - funksional komponentlər; - məlumatların işlənməsi sisteminin komponentləri; təşkilati komponentlər.İqtisadi informasiya sisteminin quruluşunu sxematik olaraq aşağıdakı şəkildə göstərmək olar:1)Fünksional komponentlər; 2)Fünksional alt sistemlər; 3)Funksional mənbələr; 4)Modellər və alqoritmlər; 5)Məlumatların işlənməsi sisteminin komponentləri; 6)İnformasiya təminantları; 7)Proqram təminatı; 8)Texniki təminant; 9)Hüquqi təminant; 10)Linqvstik təminant; 11) Təşkilatı komponentlər; 12)Firmanın yeni təşkilatı quruluşu; 13)İşçi heyəti. Məlumatların işlənməsinin tipik əməliyyatlarının müəyyən edilməsi, onların reallaşdırılması üçün xüsusi proqram-aparat komplekslərinin yaradılmasına imkan verir. Məlumatların işlənməsi sistemləri aşağıdakı üç əsas rejimlərdən birində fəaliyyət göstərə bilər: paket, interaktiv, real vaxt miqyası. Paket rejimi üçün tapşırıqlar paketi yerinə yetirdikdən sonra məlumatların işlənməsi nəticələrinin istifadəçilərə çatdırılması xarakterik hesab edilir. Interaktiv (dialoq) iş rejimində istifadəçi ilə sistem arasında informasiya mübadiləsi bilavasitə həyata keçirilir. Real vaxt miqyası rejimində qlobal şəbəkələrdə məlumatların ötürülməsi və işlənməsinin sürətlə gedən proseslərinin və fasiləsiz texnoloji proseslərin idarə edilməsi üçün istifadə olunur.


Yüklə 261,54 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə