İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin predmeti



Yüklə 261,54 Kb.
səhifə2/56
tarix30.12.2023
ölçüsü261,54 Kb.
#165639
1   2   3   4   5   6   7   8   9   ...   56
İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin-hozir.org

İnformaiya cəmiyyəti

Klassik yanaşmada iqtisadiyyat aqrar, sənaye və xidmət sferası sahələrinə bölünür. Hazırki dövrdə isə bu üç klassik sektora sürətlə inkişaf edən yeni bir sektor ―intellekt iqtisadiyyatı‖ və ya ―bilik iqtisadiyyatı‖ sektoru əlavə olunmuşdur. Bu günkü intellektuallaşmış avtomatika şəraitində artıq informasiyanın emalı deyil, yeni informasiyanın yaradılması və onun kollektiv istifadəsi ön plana çəkilir. Yaşadığımız müasir cəmiyyət informasiyalaşmış cəmiyyət adlansa da bir çox mütəxəssislərin fikrinə görə, bu cəmiyyətdə iki mərhələyə postsənayeləşmiş cəmiyyətə və tam informasiyalaşmış cəmiyyətə bölünür. Sənayeləşmiş cəmiyyətə keçid elmi-texniki inqilabın baş verməsinin nəticəsidir. Postsənaye dövrünün əsas xüsusiyyəti informasiyadan istifadənin həyatın müxtəlif sahələrində geniş istifadədir.


İnformasiya cəmiyyəti – vətəndaşların, dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının hüquqlarının reallaşdırılması və informasiya tələbatlarının ödənilməsi üçün təşkil edilmiş sosial-iqtisadi və elmi – texniki prosesdir.
İnformasiya cəmiyyətinin tərifini verərkən iqtisadçılar müxtəlif meyar-lardan istifadə edirlər: texnoloji, iqtisadi, əmək, məkan, istehlak və kreativ. Onları ətraflı nəzərdən keçirək.
  1. Texnoloji meyar. Yeni texnologiyalar informasiya cəmiyyətinin yaranması əlaməti kimi qəbul olunur.


  2. Ġqtisadi meyar informasiyanın iqtisadi dəyərinin artımının uçotunu nə-zərdə tutur. Ümumi (xərci çıxılmamış gəlirin hamısı) daxili məhsulda (ÜDM) in-formasiya biznesinin payının artımı informasiya cəmiyyəti istiqamətində hərəkət kimi izah olunur.


  3. Əmək meyarı. Burada əhalinin məşğulluğunun strukturu və bu strukturun dəyişmə tendensiyaları nəzərdən keçirilir.


  4. Məkan meyarı coğrafi prinsipə əsaslanır. Burada əsas diqqət müxtəlif yerləri birləşdirilən və buna görə də, ictimai həyatın məkan – zaman aspektlərinə dərin təsir göstərə bilən informasiya şəbəkələrinə yönəlir. Bu cür yanaşma zamanı müasir cəmiyyət informasiya – şəbəkə cəmiyyəti kimi nəzərdən keçirilir.





  1. Yüklə 261,54 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə