İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin predmeti


Təşkilati-iqtisadi idarəetmə sisteminin informasiya əsasları



Yüklə 261,54 Kb.
səhifə3/56
tarix30.12.2023
ölçüsü261,54 Kb.
#165639
1   2   3   4   5   6   7   8   9   ...   56
İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin-hozir.org

Təşkilati-iqtisadi idarəetmə sisteminin informasiya əsasları

İqtisadiyyatın idarə edilməsi qarşısında duran vəzifələr müasir hesablama texnikası vasitələri tətbiq edilmədən yerinə yetirilə bilməz. İstehsalın ıdarə edilməsi prosesində dövr edən informasiyanın öyrənilməsi onun tədqiqinin ümumi metodlarına əsaslanır.Bu zaman informasiya üç aspekdə tədqiq edilir:


Praqmatik-informasiyanın praqmatik aspekdə öyrənilməsi istehlakçılar üçün informasiyanın zərurilik və kafilik dərəcəsini, faydalı informasiyanın həcmini ,faydasız sənədlər külliyatının miqdarını və.s müəyyənləşdirməyə imkan verir.
Semantik-İnformasiya semantik (mənaca) tədqiq edildikdə idarəetmə obyektinin vəziyyətini əks etdirən informasiyanın məzmununu açmağa və işarələr arasında olan münasibətlərin və ölçü vahidlərinin mənaca öyrənilməsinə imkan yaranır.İnformasiyaya semantik baxış iqtisadi göstəricilərin, obyektlərin təsnifatına. qarşılıqlı kodlaşdırma sistemlərinin yaradılmasına və beləliklə də, idarəetmədə baş verən hadisələrin, faktların, proseslərin və.s tam öyrənilməsinə imkan verir.
Sintaksis-İnformasiyaya sintaksis aspektdə baxıldıqda onun məzmunu,mənası və istifadəedilmə xüsusiyyətindən asılı olmayaraq sistemdə işarələr arasında olan münasibətlər kəmiyyətcə müəyyənləşdirilir.
İnformasiyaya hər hansı aspektdə baxılmasından asılı olmayaraq onun başlıca cəhəti qeyri-müəyyənliyi ləğv etməsidir.
İdarəetmə prosesində əsas məsələ hər hansı mümkün vəziyyətlər çoxluğundan müəyyən bir vəziyyətin seçilməsi aktıdır. Seçmə isə qeyri-müəyyənliklə (entropiya ilə) hüdudlanır və uyğun olaraq müəyyən miqdarda informasiya alınması ilə nəticələnir.
Funksional altsistemlər xeyli dərəcədə informasiya sisteminin tətbiq sahəsindən asılıdır. Obyektin xüsusiyyətindən asılı olaraq funksional altsistemlərinin sayı on addan çox ola bilər.


  1. Alqoritm anlayışı

Alqoritm – qoyulmuĢ məsələnin həllinə aparıb çıxaran sonlu sayda əməllər ardıcıllığıdır. Alqoritm son nəticəni almaq üçün ilkin verilənlər üzərində aparılan sonlu sayda əmrlər ardıcıllığıdır.


Alqoritmin dörd verilmə üsulu mövcuddur:
Nəqli-Alqoritmin nəqli üsulla verilməsi məqsədilə adi danışıq dilindən və yazılış qaydalarından istifadə olunur.
Qrafik-Alqoritmlərin qrafik üsulla verilməsi məqsədilə bloksxemlərdən * istifadə olunur.
Operator –
Proqram- Proqram üsulu ilə alqoritmin verilməsi məqsədilə alqoritmik dillərin hər hansı birində tərtib olunmuş proqramdan istifadə olunur.
Blok-sxem* əvvəlcədən ciddi təyin olunmuş həndəsi fiqurların təsviri ardıcıllığıdır. Blok-sxemlə alqoritmi təsvir etmək məqsədilə bloklardan istifadə olunur.

-prosesin başlanğıcı və sonu bloku;


-hesablama bloku;

-verilənlərin klaviaturadan daxil edilməsi bloku;

Alqoritmlərin üç növü var:
xətti- Xətti strukturlu alqoritmlər – çox sadə hesablama prosesini ifadə edən bir neçə ardıcıl əməliyyatlardan ibarət olur və həmin əməliyyatlar yazılış ardıcıllığı ilə də yerinə yetirilir.
budaqlanan- Budaqlanan strukturlu alqoritmlərin tərkibində bir və ya birneçə mırhılə ola bilər. Bu mərhələdə müəyyən kəmiyyətlərin (məsələn, başlanığıc verilənlər, aralıq nəticələr və s.) hər hansı bir şərti ödəyib ödəmədiyi yoxlanılır və bundan asılı olaraq uyğun hesablama istiqaməti seçilir.
dövri- Dövri alqoritmik strukturlar. Təcrübədə rast gəlinən bir çox məsələlərin həllində alqoritmin bu və ya digər mərhəlsəinə uyğun olaraq aparılan hesablama prosesi müəyyən dəyişənlərin konkret qiymətlərində bir neçə dəfə təkrarlanır. Hesablama prosesinin təkrarən yerinə yetirilən hissəsinə dövr, hesablama prosesinin alqoritmi isə dövri alqoritm adlanır.




  1. Yüklə 261,54 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə