İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin predmeti


İnformasiyanın qiymətləndirilməsi



Yüklə 261,54 Kb.
səhifə5/56
tarix30.12.2023
ölçüsü261,54 Kb.
#165639
1   2   3   4   5   6   7   8   9   ...   56
İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin-hozir.org

İnformasiyanın qiymətləndirilməsi.

Mürəkkəb idarəetmə sistemləri ancaq informasiya əsasında fəaliyyət göstərir. Ona görə də informasiyanın ölçülməsi prosesi meydana çıxır. nformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi Şennonun təklifi ilə bit (ingilisjə binary digit (ikilik rəqəm) sözundən) qəbul edilmişdir. 8 bitimiz 1 bayta bərabərdir. İnformasiyanın işlənməsi zamanı informasiya vahidlərinə şərti işarələr vermək zərurəti meydana gəlir. Bu şərti işarələrin məcmusu kod adlanır. Başqa sözlə kod hər hansı çoxluqla qarşılıqlı-birmənalı şəkildə qurulmuş hər hansı əlifbada olan sözlər çoxluğu, konbinasiyasıdır. Kodlaşdırma qarşısında aşağıdakı tələblər qoyulur:


- Kod elə tərtib olunmalıdır ki, zəruri informasiya çeşidlənmə prosesində avtomatik qruplaşdırla bilsin;
- Müxtəlif dərəcəli yekunların alınması mümkün olsun;
- İşarələrin sayı məhdud olsun;
- Tərtibat da sadə, yadda qalan və aydın olsun;
- Nomenklaturanın genişləndirilməsi üçün ehtiyat nömrələr nəzərdə tutulmuş olsun.


  1. İnformasiya prosesi və onların avtomatlaşdırılması.

Texnoloji proses – informasiyanın alındığı andan onun emalının nəticəsi alınana qədər yerinə yetirilən qarşılıqlı əlaqəli əməliyyatların nizamlanmış ardıcıllığıdır. Müasir texnoloji informasiya prosesi verilənlərin şəbəkə emalının telekommunikasiya vasitələrinin və hesablama texnikası vasitələrinin tətbiqinin əsas mərhələlərinin avtomatlaşdırılması metodlarına əsaslanır. Texnoloji prosesə aşağıdakı mərhələlər aiddir:


 informasiyanın daxil edilməsi;
 verilənlərə nəzarət və səhvlərin aşkarı;
 informasiya texnologiyalarının imkanlarına uyğun olaraq verilənlərin təshih edilməsi və formatlaşdırılması;
 informasiyanın saxlanması və yığılması;
 istifadəçinin sorğularına əsasən verilənlərin axtarışı;
 telekommunikasiya vasitələrindən istifadə etməklə informasiyanın ötürülməsi;
 həll olunan məsələyə uyğun olaraq verilənlərin emalı;
 istifadəçinin sorğularına əsasən verilənlərin çıxarılması

Yüklə 261,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə