İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin predmeti


İnformasiya sistemi. İnformasiya sistemlərinin təsnifatı



Yüklə 261,54 Kb.
səhifə11/56
tarix30.12.2023
ölçüsü261,54 Kb.
#165639
1   ...   7   8   9   10   11   12   13   14   ...   56
İnformasiya-kommunikasiya texnologiyalarının mahiyyəti və fənnin-hozir.org

18 İnformasiya sistemi. İnformasiya sistemlərinin təsnifatı.
İnformasiya sistemi - (İS) - aparat və proqram vasitələrinin, informasiya resurslarının, həmçinin qərarın qəbul edilməsi və hazırlanmasını təmin etmək üçün informasiya proseslərini yerinə yetirən idarəetmə servisinin yığımıdır. İnformasiya sisteminin ümumi strukturu-Riyazi təminat; Proqram təminatı ; Texniki təminat ;İnformasiya təminat ; Hüquqi təminat ; Təşkilati təminat. Texniki təminat informasiya sisteminin işləməsinə xidmət edən texniki vasitələr kompleksindən və həmcinin həmin vasitələr və texnoloji proseslər üçün uyğun sənədlərdən ibarətdir. Texniki vasitələr kompleksinə aşağıdakılar daxildir. -hər hansı modelə aid kompüterlər; -informasiyanın toplanması, saxlanması, emalı, ötürülməsi və əks etdirilməsi ücün qurğular; Riyazi təminat Proqram təminatı Texniki təminat İnformasiya təminat Hüquqi təminat Təşkilati təminat İnformasiya sistemi -kommunikasiya vasitələri (informasiyanı ötürən və qəbul edən qurğular və rabitə kanalları); - təşkilati-texniki vasitələr; -istismar materialları və s. Riyazi və proqram təminatı. Riyazi və proqram təminatı İS-in məqsədlərini və vəzifələrini reallaşdırmaq, həmçinin texniki vasitələr kompleksinin normal fəaliyyətini təmin etmək üçün riyazi metodlar, modellər, alqoritmlər və proqramlar toplusudur. Riyazi təminat vasitələrinə aşağıdakılar aiddir: - idarəetmə və informasiya proseslərinin modelləşdirilməsi vasitələri; - tipik idarəetmə məsələləri; - riyazi proqramlaşdırma, riyazi statistika, kütləvi xidmət, çoxluqlar və qeyri-səlis çoxluqlar nəzəriyyələri və s. Proqram təminatına ümumsistem və xüsusi proqram vasitələri və həmçinin proqram sənədləri də aiddir. Ümumsistem proqram təminatı kompüterin və əməliyyat sisteminin funksional imkanlarım artıran, verilənlərin emalı prosesinin idarə edilməsi və nəzarət funksiyalarını yerinə yetirən, informasiyanın təhlükəsizliyini təmin edən və s. proqramlar kompleksindən ibarətdir. İnformasiya təminatı altsisteminin vəzifəsi sistemi vaxtnda və lazımi informasiya ilə təmin etməkdir. Bu altsisetm informasiyanın qəbul olunmuş üsullarla təsnifatı və kodlaşdırılması, sənədləşdirmənin unifikasiya edilməsi, müəssisədə dövr edən informasiya axınlarına uyğun sxemlər və verilənlər bazalarmm qurulma metodologiyası əsasında yaradılır. Təşkilati təminat informasiya sisteminin hazırlanması və istismarı prosesində işçilərin texniki vasitələrlə və öz aralarında qarşıhqlı əlaqələrini nizamlayan metodlar və vasitələr toplusudur. Hüquqi təminat dedikdə informasiya sisteminin yaradılması, hüquqi statusu və fəaliyyəti ilə bağh hüquqi normalar toplusu başa düşülür. İnformasiya sisteminin fəaliyyəti mərhələlərinin hüquqi təminatı aşağıdakıları əhatə edir: - informasiya sisteminin statusu; - sistemin heyətinin hüquqları, vəzifələri və məsuliyyətləri; - idarəetmə prosesinin ayrı-ayrı növlərinin hüquqi nizamnamələri; - informasiyanın hazırlanması və istifadə edilməsi qaydaları və s.



  1. Yüklə 261,54 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə