Məktəbəqədər yaşlı uşaqların riyazi təfəkkürünün inkişafında informasiya texnologiyalarının rolu



Yüklə 19,46 Kb.
tarix18.05.2023
ölçüsü19,46 Kb.
#111006
501 (3)


Məktəbəqədər yaşlı uşaqların riyazi təfəkkürünün inkişafında
informasiya texnologiyalarının rolu
Məktəbəqədər təhsil müəssisələrində təlim – tərbiyə prosesində informasiya -
kommunikasiya texnologiyalarından istifadə - məktəbəqədər pedaqogikada ən yeni və aktual
problemlərdən biridir. Məktəbəqədər uşaq müəssisələrində informasiya – kommunikasiya
texnologiyaları dedikdə, təkcə kompüter yox, həm də interaktiv lövhə, multimediya proyektoru,
noutbuk, planşetlər, televizor, fotoapparat, videokamera, maqnitofon, skaner, printer və s. başa
düşmək lazımdır. Uşaqların təlim – tərbiyə prosesində onun hərtərəfli inkişafı üçün mümkün olan informasiya– komminikasiya texnologiyalarından müəyyən çərçivə daxilində istifadə etmək
lazımdır.
Kompüterin uşağın yaradıcılıq qabiliyyətlərinin inkişafı və tərbiyə vasitəsi kimi, onun
şəxsiyyətinin formalaşdırılması, uşağın intellektual sahəsinin zənginləşdirilməsi üçün istifadə
edilməsi pedaqoqun imkanlarının genişlənməsinə imkan verir, uşaqların öyrədici kompüter
proqramlarına alışdırılması üçün baza yaradır Uşaq bağçalarında təlim – tərbiyə prosesində kompüterlər didaktik vasitə qismində istifadə edildikdə daha müvəffəqiyyətli olar. Məktəbəqədər pedaqogikada K.N.Motorin, S.P.Pervin, S.A.Şapkin və s. tərəfindən
aparılan araşdırmalar 3 -6 yaşlı uşaqların kompüteri mənimsəmə imkanlarına malik olduğunu
təsdiq edir. Bu dövr uşağın təfəkkürünün intensiv inkişafı ilə üst – üstə düşür,
onu əyani – obrazlı təfəkkürdən abstrakt – məntiqi təfəkkürə keçidə hazırlaıyr.
Məlumdur ki, oyun praktik düşüncənin formalarından biridir. Oyunda uşaqlar öz bilikləri, təcrübələri, təsəvvürləri, təəssüratları ilə əməliyyat aparır. Oyunda uşağın real əşyanı oyun
elementinə çevirməsi, real fəaliyyəti – oyun fəaliyyəti ilə əvəz etməsi bacarığı, kompüter
ekranında simvollarla düşünülmüş əməliyyat aparması bacarığının əsasında durur. Bundan belə
nəticəyə gəlmək olar ki, kompüter oyunları adi oyunlarla sıx əlaqədə olmalıdır. Uşağın zehni
inkişafının əsas xətlərindən biri, təfəkkürün ən elementar formalarından daha mürəkkəb
formalarına ardıcıl keçidindən ibarətdir.
İnformasiyanın multimediya vasitəsilə verilməsi ilə aşağıdakı nəticələr əldə edilir:
Uşaq forma, rəng, kəmiyyət anlayışlarını asan mənimsəyir
Ədəd və çoxluq anlayışları daha dərin əldə edilir
Müstəvidə və fəzada istiqamətlənmə bacarığı daha tez yaranır
Diqqət və yaddaş məşq olunur
Yazı və oxu tez mənimsənilir
Söz bazası aktiv artır
Kiçik motorika inkişaf edir, göz hərəkətlərinin zərif koordinasiyası formalaşır
Adi reaksiya və hətta seçim reaksiyası tezləşir
Məqsədyönümlülük və diqqətlilik tərbiyə edilir
Yaradıcı qabiliyyətlər və təxəyyül inkişaf edir
Əyani – obrazlı və praktik təfəkkürün elementləri inkişaf edir.
Kompüter oyunlarını oynayarkən uşaq planlaşdırmaq, konkret hadisə və təsəvvürlərin
məntiqi elementlərini düzməyi öyrənir, fəaliyyətin nəticələri haqda əvvəlcədən məlumat vermək
bacarıqları inkişaf edir. O bir şeyi etməzdən əvvəl düşünməyə başlayır. Kompüter oyunlarının əsas funksiyalarından biri onun öyrədici olmasıdır.
Kompüter oyunları elə qurulmuşdur ki, uşaq özü üçün təkcə bir anlayış və ya konkret elmi
situasiya yox, bütün oxşar əşyalar və elmi situasiyalar haqqında ümumiləşmiş təsəvvürlər əldə
edir. Kompüter oyunları uşağın özünüqiymətləndirməsini artırır. Uşaqlar özlərinə daha çox
əmin olurlar.
Məktəbəqədər yaşlı uşaqların kompüter təlimini öyrədici və inkişafetdirici proqramların
seçimi, uşaqlarla işin təşkili formalarını düşünməklə, kompüterin təlimdə imkanlarını istifadə
edən metodikaların işlənməsi ilə başlamaq lazımdır.
Uşaqların kompüter məşğələləri özünə qarşılıqlı əlaqədə olan aşağıdakı komponentləri
daxil edir:
Uşaqlar tərəfindən ətraf aləmin aktiv dərk edilməsi
Tədricən çətinləşən oyun üsullarının və oyun məsələlərinin həlli vasitələrinin mərhələli
mənimsənilməsi
Monitorun ekranında əşya – işarəvi mühitin dəyişməsi
Uşağın digər uşaqlarla və böyüklərlə ünsiyyətinin aktivləşməsi.
Mütəxəssislər uşaqlar üçün olan inkişafetdirici proqramların müəyyən tələblərə cavab
verməli olduğunu qeyd ediblər:
- Araşdırıcı xarakter daşımalı
- Uşaqların müstəqil işləmələri üçün asan olmalı
- Geniş spektrdə bacarıq və təsəvvürlərin inkişafı nəzərdə tutulmalı
- Yüksək texniki səviyyədə olmalı
- Yaş uyğunluğu olmalı
- Maraqlı olmalı.
Belə proqramların istifadə edilməsi biliklərin zənginləşməsinə imkan verir. Həmçinin
kompüterdən uşağın şəxsi təcrübəsindən kənarda yerləşən hadisə və əşyalarla tam tanış
olmaq üçün də istifadə edilir. Kompüterlə fərdi işlər uşağın özünün müstəqil həll edə biləcəyi situasiyaların sayını artırır , bununla da təlimə fərdi yanaşma təmin edilir.
Məktəbəqədər yaşda uşaqlar üçün zahiri həvəsləndiricilər tətbiq edilir: məsələni
düzgün həll etdikdə uşaqlar ya şən müsiqi eşidir, ya da məsələ düz həll edilmədikdə kədərli
üz görürlər. Uşaqlar qiymətləndirməni gözləyir və ona emosional reaksiya verirlər.
Beləliklə, aşağıdakı nəticələri çıxarmaq olar:
Məktəbəqədər müəssisələrdə informasiya – kommunikasiya texnologiyalarının istifadə
edilməsi inkişafetdirici əşyavi mühitin zənginləşdirici və dəyişdirici faktoru ola bilər.
Yuxarı məktəbəqədər yaşlı uşaqlarla iş zamanı fizioloji – gigiyenik, psixo – pedaqoji
məhdudiyyətlər və icazə normaları və məsləhətləri daxilində kompüterlərdən istifadə etmək
olar.
Uşağin psixofizioloji imkanları ilə adekvat olan öyrədici və inkişafetdirici kompüter
oyunları tətbiq etmək məsləhət görülür.
Uşaq bağçasının didaktik sisteminə müasir informasiya texnologiyalarını daxil etmək
zəruridir.

Yüklə 19,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə