İnformasiya təHLÜKƏSİZLİYİ İNSİdentləRİ


İntellektual mülkiyyət insidentləri



Yüklə 164,31 Kb.
səhifə21/30
tarix31.12.2021
ölçüsü164,31 Kb.
#81294
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
rikssss

İntellektual mülkiyyət insidentləri


Daşınan (avtomobil, mexanizm və s.), daşınmaz (torpaq, tikililər və s.) və intellektual mülkiyyəti fərqləndirirlər. Intellektual mülkiyyətin obyektləri insan intellektinin məhsulları olan hüquqi mühafizə obyektləridir.

“Intellektual mülkiyyət” anlayışı beynəlxalq hüquqi aktla – Ümumdünya Intellektual Mülkiyyət Təşkilatını (ÜİMT) təsis edən Konvensiya ilə (14 iyul 1967-ci il, Stokholm) müəyyən edilmişdir. Azərbaycan Respublikası bu Konvensiyaya 2005-ci ildə qoşulmuşdur. Konversiyada intellektual mülkiyyət aşağıdakılar aid olan hüquqlar kimi müəyyən edilir:



  • ədəbi, bədii və elmi əsərlər;

  • artistlərin ifaçılıq fəaliyyəti, səs yazıları, radio və televiziya verilşləri;

  • insan fəaliyyətinin bütün sahələrində ixtiralar;

  • elmi kəşflər;

  • sənaye nümunələri;

  • əmtəə nişanları, xidmət işarələri, firma adları və kommersiya işarələmələri;

  • qeyri-sağlam rəqabətdən mühafizə;

  • istehsalat, elm, ədəbiyyat və bədii sahələrdə intellektual fəaliyyətə aid bütün digər hüquqlar.

İnkişaf etmiş ölkələrin iqtisadiyyatı intellektual mülkiyyətə əsaslanır və onun qorunması iqtisadi inkişafın şərtlərindən biridir.

26 iyun 2000-ci ildə “Intellektual mülkiyyət üzrə Ümumdünya Bəyannaməsi” qəbul edilmişdir, burada iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün intellektual mülkiyyətin qorunmasının vacibliyi qeyd olunur.

Intellektual mülkiyyət sənaye mülkiyyətinə və müəlliflik hüquqlarına bölünür. Sənaye mülkiyyətinə ixtiralar (patentlər), əmtəə nişanları, sənaye nümunələri və əmtəənin mənşəyinin coğrafi göstəriciləri aid edilir.

Intellektual mülkiyyət bir çox təşkilat üçün əsas aktivdir, təşkilatların intellektual mülkiyyətlərinin qorunması onlar üçün həyati əhəmiyyət daşıyır, intellektual mülkiyyətlə bağlı insidentlərin cavablandırılması əhəmiyyətlidir. Məsələn, hesab olunur ki, istənilən amerikan firmasının fəaliyyətinin üçdə ikisi onun intellektual mülkiyyətidir. Maraqlıdır ki, ABŞ büdcəsində intellektual mülkiyyətin satışından əldə edilən gəlir, avtomobil satışından əldə edilən gəlirdən çoxdur.

McAfee şirkəti analitiklərinin 2010-cu ildə yerinə yetirdikləri "Kölgə iqtisadiyyatı: intellektual kapital və vacib korporativ məlumatlar kibercinayətkarların yeni valyutası kimi" adlı tədqiqat işində nəticəyə gəlirlər ki, kibercinayətkar ticarətinin obyekti kimi intellektual mülkiyyət ‒ istehsalat sirləri ("nou-hau"), marketinq planları, tədqiqatlar, məhsul nümunələri və hətta proqram təminatının ilkin kodları daha çox çəki qazanır. Bununla onlar təsbit edirlər ki, bədniyyətlilərin diqqəti və maraqları kommersiya sirri təşkil edən məlumatlara və satıla bilən digər məlumatlara doğru yönəlir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda hazırlanmış və nəşr edilmiş “İnternet mühitində intellektual mülkiyyət hüquqlarının qorunması məsələləri” ekspress-informasiya vəsaitində İnternet mühitində intellektual mülkiyyət hüquqlarının qorunması problemlərinə və onların tənzimlənməsi məsələlərinə baxılır. Bu istiqamətdə mövcud olan müxtəlif yanaşmalar, ziddiyyətli məqamlar, beynəlxalq hüquq normaları, qabaqcıl ölkələrin təcrübəsi araşdırılır, çatışmazlıqlar təhlil edilir.



      1. Yüklə 164,31 Kb.

        Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə