İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə89/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 77 ____________________________ 
 
uzunluğa  malik  16  dövrlü  (raundlu)  və  açarlı  Feystel 
şəbəkəsi təşkil edir. Alqoritm xətti və qeyrixətti çevrilmələrin 
kombinasiyası  üçün  istifadə  edilir.  1972-ci  ildə  ABŞ 
hökumətinin  kompüter  təhlükəsizliyinə  olan  ehtiyacı 
araşdırılır. Amerika “Milli Standartlar Bürosu” (indiki zamanda 
NIST  adlanır)  ümumi  hökumət  standartında  qeyri-tənqidilik 
informasiyasının 
şifrələnməsini 
müəyyənləşdirir. 
Milli 
Standartlar  Bürosu  Milli  Təhlükəsizlik  Agentliyi  (MTA)  ilə 
apadığı məsləhətləşmə nəticəsində belə qərara gəlir ki, şifrin 
yaradılması üçün müsabiqə elan etsin. Müsabiqənin 15 may 
1973-cü  ildə  başlaması  nəzərdə  tutulur.  IBM  firmasi 
müsabiqəyə  “Lüsifer”  adlı  şifrəni  təqdim  edir

Müsabiqəyə 
təqdim  olunan  bütün  şifrələrin  heç  biri  müsabiqənin 
tələblərini  ödəmir.  1973-1974-cü  illərdə  IBM  firması 
H.Feystelin alqoritminə əsaslanaraq yeni şifrəni müsabiqəyə 
təqdim edir (şifrə yenə də “Lüsifer” adlandırılmışdı). Bu dəfə 
təqdim edilən şifrə juri tərəfindən qəbul edilir. 17 may 1975-
ci ildə DES alqoritmi “Federal reyestr” tərəfindən nəşr edilir. 
DES  alqoritmini  həddindən  artıq  uzun  müddətə  və  böyük 
xərc tələb etməklə “sındırmaq” mümkün idi. Bunun nəticəsidir ki, 
DES  alqoritmi  nəhayət  ki,  39  gün  ərzində  on  minlərlə 
kompüterdən  ibarət  şəbəkənin  köməyilə  “sındırılır”.  İnternet 
şəbəkəsində  şəxslərə  məxsus  gizli  məlumatlar  və  informasiya 
təhlükəsizliyi  ilə  məşğul  olan  “EFF”  ictimai  təşkilatı  bu  problemi 
araşdırmaq  üçün  dəyəri  25  000  dollar  olan  kompüter  yaradır  və 
1988-ci ildə DES üsulu ilə şifrələnmiş verilənləri üç gün ərzində 56 
bitlik  açardan  istifadə  etməklə  şifrədən  azad  edə  bilir. 
Superkompüter “EFF DES Cracker” adlandırılır. Sonrakı illərdə RSA 
Laboratory  apardığı  təcrübələrə  əsaslanaraq  daha  güclü  kodların 
da  açılmasının  mümkünlüyünü  sübut  edir.  Aşağıda
 
şifrənin 
açılmasını əks etdirən sxem verilmişdir. 
 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə