İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə91/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 79 ____________________________ 
 
olunmuş  vektor  ilə  birləşir.  Nəticədə  açıq  mətnin  şifrələnmiş 
eyni blokları bir-birindən fərqlənirlər.  
3.
Şifrələnmənin  əks  əlaqə  rejimi  (CFB).  Burada  əsas 
məqsəd blok şifrələnməsini (məsələn, 64 bitlik uzunluğa malik 
blok  -  DES)  bir  simvola  görə  şifrələnən  (məsələn,  ölçüsü  j=8 
bit – CBC) blokların qoşulma rejiminə çevirməkdir. İdeya ondan 
ibarətdir ki, ilkin olaraq 64 bitlik bufer installyasiya olunmuş, K 
açarı  ilə  şifrələnmiş  vektorla  doldurulur  (göndərənə  və  qəbul 
edənə məlum olan). Alınmış nəticədən böyük (sol) j bit seçilir 
və  açıq  mətnin  birinci  simvolu  ilə  XOR  əməliyyatının  köməyilə 
birləşdirilir.  Nəticədə  ilk  şifrələnmiş  simvol  alınır.  Sonrakı 
mərhələdə buferdə yerləşən (installyasiya olunmuş, K açarı ilə 
şifrələnmiş  vektor)  j  bit  sola  çəkilir,  ən  kiçik  (sağ)  j  bit  -ə 
şifrələnmiş simvol  yazılır.  Bununla  da  sistem  növbəti  simvolun 
şifrələnməsinə hazır olur. 
4.
Çıxışa görə əks əlaqəli rejim (OFB). İş prinsipi öndəkinə 
eynidir.  Burada,  buferdəki  kiçik  j  bit  -in  sürüşməsindən  sonra 
yerinə  şifrələnmiş  simvol  deyil,  şifrələnmiş  böyük  j  bit  simvol 
yazılır. Belə rejim maniəyə davamlıdır, yəni mətnin şifrələnmiş 
bir  simvolunun  ötürülməsi  zamanı  yaranmış  kəsilmə  digər 
simvolların şifrələnməsinə təsir etmir. 
 
AÇIQLAMA

İnstallyasiya (ingiliscə installation  - hərfi 
mənası  qurulma,  quraşdırma,  düzəldilmə,  təsis  edilmə 
deməkdir)  –  sonuncu  kompüter  istifadəçisinin  kompüterinə 
proqram  təminatının  qurulma  prosesidir.  Əməliyyat 
sistemində  olan  xüsusi  proqramla  (menecer  paketi)  yerinə 
yetirilir  (məsələn,  RPM  и  APT  в  GNU/Linux,  Windows 
Installer в Microsoft Windows).    
 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə