İnformasiyanın ölçü vahidləri və kodlaşdırılması



Yüklə 0,53 Mb.
səhifə8/15
tarix22.12.2023
ölçüsü0,53 Mb.
#154207
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
Türkan mühazirə

İkinci nəsil (1959-1963) EHM-lərin element bazasının aktiv elementlər yarımkeçirici cihazlar (tranzistorlar, diodlar), passiv elementləri isə rezistorlar və
kondensatorlar olmuşdur. Yarımkeçirici elementlər elektron lampalarını əvəz etmişdir. EHM-in bütün xarakteristikasına, imkanlarına, hazırlanma prosesinə, ölçülərinə, etibarlığına, sürətinə, istismar şərtlərinə və s. əhəmiyyətli dərəcədə təsir göstərdi. İlk yarımkeçirici RCF-501 modeli (1959 -ABŞ) olmuşdur.
Nəslin əsas xarakteristikası:
1. Ölçüləri: EHM-lər eyni tipli insan boyundan bir az böyük şkaflardan ibarət idi, maşınların qurulması üçün xüsusi maşın zalı tələb olunurdu.
2. Sürəti: saniyədə 100 minlərlə -1 mln. əməliyyat idi.
3. İstismar sadələşmişdi, etibarlığı artmışdı, isinmə yox idi. Bir neçə element sıradan çıxdıqda plata bütöv dəyişdirilir.
4. Proqramlaşdırma əhəmiyyətli dərəcədə dəyişir, daha mükkəməl alqoritmik dillər meydana gəlir. Proqramçıların maşın zalında olmasına ehtiyac qalmır, orada
xüsusi ixtisaslı operatorlar işləyir. Məsələlər paket rejimində həll olunur, yəni bütün proqramlar EHM-ə bir-birinin ardınca daxil edilir.
Bu maşınların yaddaşı kiçik həlqələr şəklində olan maqnit özlüklərində təşkil edilmişdir. İkinci nəsil maşınların struktur xüsusiyyətlərindən biri də odur ki, onlarda pilləvari iyerarxik yaddaşdan istifadə olunmuşdur. Burada müəyyən miqdarda registrlərdən ibarət olan yüksək sürətli əməli yaddaş maşının HMQ-ya daxil edilir. İkinci nəsil maşınların daxiletmə və xaricetmə proseslərinin idarə edilməsinin İQ-dən ayrılmasıdır, yəni qismən idarəetmənin mərkəzləşdirilməsi prinsipə keçilməsidir. Əsas İdarəetmə Qurğusu uyğun daxiletmə-xaricetməci qurğulara, onların icra edəcəyi əməllər haqqında informasiyanı ötürür. İkinci nəslın EHM-ləri BESM-6, Dnepr-1. EHM-in iş rejimi – paket emalı.
Üçüncü nəsil (1964-1972) maşınlar struktur cəhətdən daha da təkmilləşdirildi. İstifadə üsuluna görə əlverişli imkanlar yaradılmışdır. Mərkəzi prosessor mürəkkəbləşmiş, onun tərkibinə bir neçə xüsusi prosessor daxil edilmişdir(məs. tam 10-luq ədədlər üzərində əməlləri yerinə yetirir, müəyyən qrup əməllər icra edir və s.). Əgər ikinci nəsil maşınlarda yalnız ünvanların dəyişdirilməsi mexanizmindən istifadə olunurdursa, indi ünvanların hasili qurğusundan istifadə olunur. Üstün cəhətlərə malikdir, məsələn, proqramlar və verilənlər yaddaş daxilində öz yerlərini dəyişə bilir; hər bir məsələnin proqramı və verilənləri digər proqramlar tərəfindən müdaxiləyə qarşı mühafizə olunur və s. Hal-hazırda bu əməliyyatlar ƏS tərəfindən yerinə yetirilir. Üçüncu nəsil maşınlarda idarəetmə prosesi yüksək dərəcədə təkmilləşdirilmişdir və qeyrimərkəzləşdirilir. İnformasiya mübadiləsi üçün xüsusi selektor və multipleks kanalları aradılmışdır.
Multipleks kanalı – Eyni zamanda bir neçə nisbətən yavaş işləyən XQnin( çap qurğusu, informasiyanı daxil edən müxtəlif qurğular və s.) işini idarə edən kanal.
Selektor kanalı – üstünlüyə malik bir XQ-nin işini idarə edən kanal. SK monopol rejimdə sinxron işləyən XQ-lər üçün nəzərdə tutulmuşdur. Üçüncü nəsil EHM-lərin element bazası inteqral sxemlərdən istifadə olunurdu. İnteqral sxem müəyyən funksiyanı yerinə yetirən elektron sxemdir.Texniki olaraq ölçüləri mm2 ifadə olunan silisium kristalında hazırlanır (İlk İS 1958 -Djek Kilbi və 2000-ci ildə Nobel mükafatı. Eyni vaxtda Robert Noys). İnteqral sxemin mühüm xarakteristikası onun inteqrasiya dərəcəsidir.
KİS(kiçik inteqral sxem) - kristalda 100 elementə qədər
OİS(orta inteqral sxem) – kristalda 1000 elementə qədər
BİS(böyük inteqral sxem) – kristalda 100000 elementə qədər
İBİS(ifrat böyük inteqral sxem) – kristalda 1000000 elementdən artıq
Üçüncü nəsil EHM-lərdə istifadə üsulu vaxtın bölüşdürülməsi. Müəyyən miqdarda istifadəçi kifayət qədər kiçik zaman intervalı ərzində bilavasitə maşınla
əlaqədə olur – paket emalının mənfi cəhətləri müəyyən qədər aradan qaldırılır. ƏS
isə proqramçı və operator tərəfindən icra olunan funksiyaları daha böyük hissəsini
öz üzərinə götürmüşdür. Üçüncü nəsil EHM-lərin əsas istifadə üsulu vaxtın bölüşdürülməsidir.
Bu nəslin EHM-ləri İBM 360/370, ES EHM.
Üçüncü nəsil EHM-lərin xarakteristikası:
1. Ölçüləri: xarici tərtibatı ikinci nəsil EHM-lərə oxşardır.
2. Sürəti: saniyədə milyonlarla əməliyyat.
3. İstismarın xarakteri dəyişmişdir. Sıradan çıxan elementlərin təmiri operativ həyata keçirilir.
4. Proqramlaşdırma texnologiyası və EHM-də məsələnin bundan əvvəlki nəsillərdə analoji prosesə oxşardır. Displeylər EHM-lə daha operativ ünsiyyətə imkan verir.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə