İnformasiyanın ölçü vahidləri və kodlaşdırılması


Bayt - texnikanın inkişaf səviyyəsilə bağlı olub, informasiya-nın təqdimatının texniki vahididir. Kilobayt



Yüklə 0,53 Mb.
səhifə2/15
tarix22.12.2023
ölçüsü0,53 Mb.
#154207
1   2   3   4   5   6   7   8   9   ...   15
Türkan mühazirə

Bayt - texnikanın inkişaf səviyyəsilə bağlı olub, informasiya-nın təqdimatının texniki vahididir.
Kilobayt - çox zaman məntiqi məlumatların ölçü vahidi kimi götürülür. (Şərti olaraq bir səhifə çap materialı iki kilobaytdır).
Meqabayt - kompyuterin fəal yaddaş həcmini ölçmək üçün istifadə olunur.
Qiqabayt - verilənlərin mühafizə qurğularını, həmçinin quru-luşunu qiymətləndirmək üçün istifadə edilir. Proqram və verilənləri saxlayan müasir sərt disklər yüzlərlə qiqabayt tutma malikdir.
Terabayt - çox böyük vahiddir. Qrafiki və video məlumatlar üçün çox böyük hədd deyildir.
Say sistemləri, informasiyanın kodlarla təsviri
Say sistemi ədədlərin adlandırılması və işarə olunması üçün qaydalar və işarələr yığımıdır.
Bəşəriyyətin inkişafının müxtəlif dövrlərində sayma və hesablama üçün bu və ya digər say sistemlərindən istifadə edilmişdir. (Məsələn, onikilik, altmışlıq, beşlik və s.).
Say sistemləri iki cür olur: mövqeli və mövqesiz say sistemi.
Mövqeli say sistemində hər bir rəqəmin qiyməti ədədin yazılışında onun durduğu yerdən (mövqeyindən) asılıdır. Onluq say sistemində (Hindistanda yaranmış , sonralar ərəblər tərəfindən Avropaya gətirilmişdir) hər bir rəqəm durduğu yerə görə müxtəlif qiymətə malik olur.
Məsələn, 232 ədədində sağdan birinci 2 rəqəminin qiyməti 2 təklik olduğunu, soldan birinci 2 rəqəminin qiyməti isə 2 yüzlük olduğunu bildirir. Məsələn,
23210= 2*102 +3*101+ 2*100 =200+30+2
Rəqəmlərin qiyməti ədədin yazılışında onun tutduğu mövqedən asılı olan say sistemlərinə mövqeli say sistemi deyilir. Məsələn, onluq say sistemi mövqeli say sistemidir. İsənilən ədədi onluq say sistemində (0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9) göstərmək olar. Onluq say sistemində hər bir rəqəm özündə iki informasiya daşıyır.
- rəqəmin özünün qiyməti haqqında informasiya;
- ədədin yazılışında bu rəqəm hansı yerdə durur (dərəcəliliyi).
Mövqeli say sistemində rəqəmin hansı dərəcədə yerləşməsindən asılı olaraq ədədin qiyməti dəyişir. Ədədi sağdan sola, sıfırdan başlayaraq dərəcələrə ayırırıq. Bu zaman sıfırıncı dərəcə təkliklər, 1-ci dərəcə onluqlar, 2-ci dərəcə yüzlüklər və s. olacaqdır. Onluq say sisteminin texniki qurğularda tətbiqi əlverişli deyildir, çünki elektrik dövrələrinin sxemlərində 10 müxtəlif siqnalın olması zərurəti yaranır ki, bu da texniki baxımdan müəyyən çətinlik və mürəkkəblik yaradır. Texniki qurğuların sxemlərində nə qədər az sayda müxtəlif siqnallar olsa bir o qədər əlverişlidir. Bu baxımdan kompyuterdə ikilik say sistemindən istifadə edilir. İkilik say sistemi (0,1) də mövqeli say sistemidir. Hər hansı bir natural ədədi onluq say sistemində olduğu kimi 2-nin qüvvəti şəklində yazsaq, onda bu yazılışdakı əmsallar ikilik say sistemində ədədin yazılışı olacaqdır.
Beləliklə, ikilik say sistemində istənilən ədədi ümumi şəkildə aşağıdakı kimi yaza bilərik.
A(2)=an*2n-1+ an-1*2n-2+...+a2*21+a1*20+a-12-1+...+a-m2-m
Tam ədədlərin keçirilməsi. Tam ədədi onluq say sistemindən digər say sisteminə keçirmək üçün onluq ədədi keçirdiyimiz say sisteminin əsasına bölürük. Bölməni o vaxta qədər davam etdiririk ki, qismətdə yeni say sisteminin əsasından kiçik ədəd alınsın. Sonra alınmış qalıqları sonuncudan başlayaraq əvvələ doğru ardıcıl olaraq yazırıq. Alınmış ifadə yeni (keçdiyimiz) say sistemidir.
Movqeli say sisteminə misal olaraq onaltılıq ( 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, E, F (A-10, B-11, C-12, D-13, E-14, F-15)), səkkizlik (0, 1, 2, 3, 4, 5, 6, 7) və ikilik ( 0 və1) say sistemini göstərmək olar.
Ədədlərin bir mövqeli say sistemindən digərinə keçirilməsi aşağıdakı cədvəldə göstərilmişdir.

Məsələn, 1995 ədədini 16-lıq, 8-lik və 2-lik say sisteminə keçirək.
1995:16=124(11)
124:16=7(12)

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə