FCA
INCOTERMS-2010
«FCA» - FREE CARRIER
(...named place)
FRANKO-DAŞIYICI
(...göstərilmiş yer)
Bu termindən daşımalar istənilən bir yaxud bir neçə müxtəlif nəqliyyat
növü ilə (multimodal) yerinə yetirildikdə, istifadə oluna bilər.
«FCA (...named place)» termini, satıcının ixrac üzrə gömrük vergi və
rüsumları ödənilmiş mal daşıyıcıya yaxud alıcının təyin etdiyi başqa şəxsə öz
sahəsində və ya razılaşdırılmış başqa yerdə təhvil verdikdən sonra, onun
çatdırıldığını bildirir.
Risklər alıcıya malın çatdırılması üçün seçilən yerdə keçdiyinə görə,
oradakı məntəqə müqavilədə dəqiq təsbit olunmalıdır. Müqavilənin tərəfləri
malı satıcının sahəsində təhvil vermək niyyətində olduqda, razılaşdırılmış
çatdırılma yerindəki həmin sahənin ünvanı göstərilməlidir. Müqavilənin
tərəfləri malın başqa yerdə təhvil verilməsini daha münasib hesab edirsə,
həmin xüsusi yer dəqiq müəyyən olunmalıdır.
«FCA»ya müvafiq olaraq, malın öz ölkəsindən çıxarılması üçün lazım
olan rəsmiləşdirmələri satıcı yerinə yetirməlidir. Amma satıa, malın ölkəyə
idxalı üzrə gömrük rəsmiləşdirmələrini yerinə yetirməyə, idxal rüsumlarını
və başqa rəsmi yığımları ödəməyə borclu deyil.
«FCA»da daşımaların əsas hissəsini alıcı təmin edir. Nəqliyyat növünün
seçilməsi, daşıma müqavilələrinin bağlanması, malın çatdırılmasının təşkili
alıcının öhdəsinə düşür.
Mal satıcının ərazisindən göndərilirsə, onun yüklənməsinə satıcı, başqa
yerdən göndərilirsə, alıcı cavabdehdir.
A. SATICININ ÖHDƏLİKLƏRİ
Al. Ümumi öhddlikhr
Satıcı, alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq malı və
kommersiya hesab-qa i məsini (invoysu) yaxud malın bu müqaviləyə
uyğunluğunu təsdiq edən başqa sübutları alıcıya təqdim etməlidir.
Tərəflər arasında razılaşdırıldıqda yaxud ümumi hal kimi qəbul
edildikdə, Al-AlO bəndlərində göstərilən sənədlər ekvivalent elektron yazı
yaxud başqa prosedura şəklində ola bilər.
33
INCOTERMS - 2010
FCA
A2. Lisenziyalar, icazələr, təhlükəsizliyə nəzarət və başqa rəsmiləşdirmələr
Tələb olunduqda, sahcı öz riskinə və xərci hesabına ixrac lisenziyasını
yaxud malın öz ölkəsindən çıxarılması üçün başqa rəsmi icazəni almalı, malın
ixracı üçün lazım olan gömrük rəsmiləşdirmələrini yerinə yetirməlidir.
A3, Daşma və stğorta müqavilələri
a)
Sahcının daşıma müqaviləsinin bağlanması üzrə alıcı qarşısında
öhdəliyi yoxdur. Amma alıcının xahişi əsasında yaxud kommersiya
təcrübəsində mövcud olmadıqda və alıcı başqa göstəriş vermədikdə, satıcı,
allanın riskinə və xərci hesabına adi şərtlərlə daşıma müqaviləsi bağlaya bilər.
İstənilən halda satıcı ləngimədən alıcını xəbərdar etməklə, daşıma
müqaviləsini bağlamaqdan imtina edə bilər.
b)
Satıcımn sığorta müqaviləsinin bağlanması üzrə alıcı qarşısında
öhdəliyi yoxdur. Amma satıcı, alıcının xahişinə əsasən, onun riskinə və xərci
hesabına sığorta müqaviləsinin bağlanması üçün tələb olunan məlumatları
ona verməlidir.
A4. Maltn çatdmimast
Sahcı, malı göstərilən göndərilmə yerindəki məntəqədə (müəyyən-
ləşdirildikdə) razılaşdırılmış tarixdə yaxud müddət ərzində alıcının təyin
etdiyi daşıyıcıya yaxud başqa şəxsə verməlidir.
Mal aşağıdakı hallarda çatdırılmış hesab edilir:
a)
müəyyənləşdirilmiş məntəqə sahcının ərazisində olduqda - mal
alıcının göndərdiyi nəqliyyat vasitəsinə yükləndikdən sonra;
b)
bütün başqa hallarda - mal alıcının təyin etdiyi daşıyıcının yaxud
başqa şəxsin sərəncamına satıcının nəqliyyat vasitəsində, boşaldılmaq üçün
hazır vəziyyətdə verildikdən sonra;
Alıcı konkret məntəqəni B d) bəndinə uyğun olaraq təyin etmədikdə və
çatdırılma üçün bir neçə məntəqə mövcud olduqda, qənaətbəxş hesab etdiyi
məntəqəni sahcının özü seçə bilər.
Alıcı başqa göstəriş vermədikdə, satıcı malı miqdarına və (və ya)
xassələrinə uyğun olaraq tələb edilən qaydada daşınmaq üçün təqdim
etməlidir.
34
FCA
INCOTERMS - 2010
A5. Risklərin keçməsi
B5 bəndində göstərilən hallarda malın məhvi yaxud zədələnməsi riskləri
istisna edilməklə, mal A4 bəndinə müvafiq qaydada çatdınlana- dək, onun
məhvi yaxud zədələnməsi ilə bağlı bütün risklər satıcının üzərinə düşür.
A6. Xərclərin bölüşdürülməsi
Satıcı aşağıdakı xərcləri ödəməyə borcludur:
a)
B6 bəndinə uyğun olaraq alıcı tərəfindən ödənilən xərclər istisna
edilməklə, mal A4 bəndinə müvafiq qaydada çatdıranadək, onunla bağlı
bütün xərcləri;
b)
tələb olunduqda, malın öz ölkəsindən çıxarılması üçün gömrük
rəsmiləşdirmələri xərclərini, habelə bu zaman ödənilən vergiləri, rüsum- lan
və başqa xərcləri.
A7. Altctntn məlumatlandmimast
Satıcı, alıcının riskinə və xərci hesabına malın A4 bəndinə müvafiq
qaydada çatdınidığı yaxud onun təyin etdiyi daşıyıcı və ya başqa şəxs
tərəfindən razılaşdırılmış müddət ərzində qəbul edilməməsi barədə bildirişi
ona göndərməlidir.
A8. Maltn göndərilməsinin sübutu
Satıcı, malm A4 bəndinə müvafiq qaydada çatdırıldığınm adi sübutunu
öz hesabına alıcıya təqdim etməlidir.
Satıcı, alıcının xahişinə əsasən, onun riskinə və xərci hesabına nəqliyyat
sənədinin alınmasında hərtərəfli yardım göstərməlidir.
A9. Yoxlama, qablaşdırma, markalama
Satıcı, malın A4 bəndinə müvafiq qaydada çatdırılması üçün zəruri olan
yoxlama əməliyyatları (keyfiyyətinin yoxlanılması, ölçülməsi, çəkilməsi,
sayılması), ixracatçının ölkəsinin hakimiyyət orqanlarının mala yükləmədən
qabaq tələb etdiyi baxışın keçirilməsi üzrə bütün xərcləri ödəməlidir;
Satıcı, alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl daşınmalara aid alıcıya
bildirilmiş şərtlərə (məsələn, nəqliyyatın növü, malın təyinat yeri)
35
Dostları ilə paylaş: |