INCOTERMS - 2010
FCA
uyğun olaraq daşınmaq üçün malın qablaşdınlmasmı (müqavilə pred- meti
olan mal ticarətin bu sahəsində adətən, qablaşdırılmadan göndərildiyi hallar
istisna olmaqla) öz hesabına təmin etməlidir. Alıcı alqı-satqı müqaviləsi
bağlanılanadək qablaşdırılmaya dair xüsusi tələblərini satıcıya bildirməzsə,
satıcı malı daşınmaq üçün lazım olan qaydada qablaşdıra bilər.
Malın qabı müvafiq qaydada markalanmalıdır.
AlO. Məlumatların alınmasında yardım göstərilməsi və bununla bağlı
xərclər
Satıcı, alıcınm xahişinə əsasən onun riskinə və xərci hesabına malın
ölkəyə gətirilməsi və/və ya təyinat məntəqəsinə daşınması üçün lazım ola
biləcək (o cümlədən, təhlükəsizliklə bağlı) sənədləri və məlumatları ona
vaxtında təqdim etməli yaxud əldə olunmasında hərtərəfli yardım
göstərməlidir.
Satıcı, BİO bəndində nəzərdə tutulduğu kimi, sənədlərin və
məlumatların alınması yaxud alınmasında yardım göstərilməsi ilə əlaqədar
olaraq alıcının çəkdiyi xərclərin əvəzini ona qaytarmalıdır.
B. AUCININ ÖHDƏLİKLƏRİ
Bİ. ümumi öhdəliklər
Alıcı, malın alqı-satqı müqaviləsində göstərilən dəyərini ödəməlidir.
Tərəflər arasında razılaşdırıldıqda yaxud ümumi hal kimi qəbul
edildikdə, Bl-BlO bəndlərində göstərilən sənədlər ekvivalent elektron yazı
yaxud başqa prosedura şəklində ola bilər.
B2. Lisenziyalar, icazələr, təhlükəsizliyə nəzarət və başqa rəsmiləşdirmələr
Tələb olunduqda, alıcı öz riskinə və xərci hesabına idxal lisenziyasını
yaxud başqa rəsmi icazəni almalı, malın öz ölkəsinə idxalı və üçüncü ölkənin
ərazisindən nəqli üçün lazım olan bütün gömrük rəsmiləşdirmələrini yerinə
yetirməlidir.
B3. Daşıma və sığorta müqavilələri
a) Daşıma müqaviləsinin A3 a) bəndinə müvafiq olaraq satıcı tərəfindən
bağlandığı hallar istisna edilməklə, alıcı malın göstərilmiş çatdırılma
36
FCA
INCOTERMS - 2010
yerindən daşınması üçün öz hesabına müqavilə bağlamalıdır.
b) Alıcının sığorta müqaviləsinin bağlanması üzrə sahcı qarşısında
öhdəliyi yoxdur.
B4. Göndərilmiş maltn qəbulu
Alıcı, A4 bəndinə müvafiq qaydada çatdırılmış malı qəbul etməlidir.
B5. Risklərin keçməsi
Mal A4 bəndinə müvafiq qaydada çatdırıldıqdan sonra, alıcı onun
məhvi və ya zədələnməsi üzrə bütün riskləri öz üzərinə götürməlidir.
A4 bəndinə müvafiq olaraq təyin etdiyi daşıyıcı barədə məlumatı B7
bəndində nəzərdə tutulan qaydada satıcıya bildirmədikdə yaxud bildiriş
göndərmədikdə, A4 bəndinə əsasən təyin etdiyi daşıyıcı yaxud şəxs malı
razılaşdırılmış vaxtda sərəncamına qəbul etmədikdə, alıcı müqavilə ə üçün
lazımi qaydada fərdiləşdirilmiş, yəni məhz bu müqavilənin pred- meti kimi
ayrılmış yaxud başqa tərzdə xüsusiləşdirilmiş mal üzrə riskləri aşağıda
göstərilən tarixlərdən daşımağa başlayır:
-
malın çatdırılmasının razılaşdırılmış tarixdən;
-
həmin tarix razılaşdırılmadıqda, B7 bəndində müvafiq olaraq
razılaşdırılmış müddət ərzindəki tarixdən;
-
həmin bu tarix razılaşdırılmadıqda isə, razılaşdırılmış müddətin başa
çatdığı tarixdən.
B6. Xərclərin bölüşdürülməsi
Alıcı aşağıdakı xərcləri ödəməlidir:
a)
Mal ölkədən çıxarılarkən A6 b) bəndinə əsasən satıcının ödədiyi
vergilər, rüsumlar və başqa rəsmi yığımlar, habelə gömrük rəsmiləşdirilməsi
üzrə xərclər istisna olunmaqla, A4 bəndinə müvafiq qaydada çatdırıldıqdan
sonra, mal ilə bağlı bütün xərcləri;
b)
daşıyıcını yaxud başqa şəxsi təyin etmədikdə, təyin etdiyi daşıyıcı
yaxud başqa şəxs malı razılaşdırılmış vaxtda sərəncamına qəbul etmədikdə,
B7 bəndində göstərilən bildirişi göndərmək öhdəliyini yerinə yetirmədikdə,
müqavilə üçün lazımi qaydada fərdiləşdirilmiş, yəni məhz bu müqavilənin
predmeti kimi ayrılmış yaxud başqa tərzdə xüsusiləşdirilmiş mal üzrə
yaranan bütün əlavə xərcləri;
37
INCOTERMS-2010
FCA
c)
tələb olunduqda, malın öz ölkəsinə idxalı yaxud istənilən üçüncü
ölkənin ərazisindən nəqli ilə əlaqədar bütün gömrük rüsumlarını, vergilərini
və digər rəsmi ödənişləri, habelə gömrük rəsmiləşdirilməsi xərclərini.
B7. Satıcının məlumatlandırılması
Alıcı, satıcıya aşağıdakı məlumatları verməlidir:
a)
A4 bəndinə əsasən çatdıra bilməsi üçün təyin etdiyi daşıyıcının yaxud
başqa şəxsin adı;
b)
təyin etdiyi daşıyıcının yaxud başqa şəxsin razılaşdırılmış müddət
ərzində malı qəbul edə biləcəyi tarixi;
c)
təyin etdiyi daşıyıcmın yaxud başqa şəxsin istifadə etdiyi daşıma
üsulu;
d)
razılaşdırılmış yerdə malın qəbul olunacağı məntəqə.
B8. Malın qəbul edilməsinin sübutu
Alıcı, malın göndərildiyini A8 bəndinə müvafiq qaydada sübut edən
sənədləri qəbul etməlidir.
B9. Mala baxış keçirilməsi
Alıcı, ixracatçının ölkəsinin hakimiyyət orqanlarının tələbi ilə keçirilən
məcburi baxışlar istisna edilməklə, malın A4 bəndinə müvafiq qaydada
çatdıniması üçün yükləmədən əvvəl lazım olan baxışın keçirilməsi üzrə
xərcləri ödəməlidir,
BİO, Məlumatların alınmasında yardım göstərilməsi və bununla bağlı
xərclər
Aha, satıcının AlO bəndinə uyğun olaraq hərəkət edə bilməsi üçün
təhlükəsizliyə dair tələblər barədə məlumatı ona vaxtında göndərməyə
borcludur.
Aha, AlO bəndinə uyğun olaraq lazımi sənədin yaxud məlumahn
təqdim edilməsi, habelə bununla əlaqədar yardım göstərmiş satıcının çəkdiyi
bütün xərclərin əvəzini ödəməlidir.
Tələb olunduqda, aha, satıcının xahişinə əsasən onun riskinə və xərci
hesabma malın daşınması, ölkədən çıxanlması və istənilən üçüncü ölkənin
ərazisindən nəqli üçün lazım olan məlumatları vaxtında ona təqdim
etməlidir.
38
Dostları ilə paylaş: |