Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

INCOTERMS - 2010 

FCA 


uyğun olaraq daşınmaq üçün malın qablaşdınlmasmı (müqavilə pred- meti 

olan mal ticarətin bu sahəsində adətən, qablaşdırılmadan göndərildiyi hallar 

istisna  olmaqla)  öz  hesabına  təmin  etməlidir.  Alıcı  alqı-satqı  müqaviləsi 

bağlanılanadək  qablaşdırılmaya  dair  xüsusi  tələblərini  satıcıya  bildirməzsə, 

satıcı malı daşınmaq üçün lazım olan qaydada qablaşdıra bilər. 

Malın qabı müvafiq qaydada markalanmalıdır. 



AlO.  Məlumatların  alınmasında  yardım  göstərilməsi  və  bununla  bağlı 

xərclər 

Satıcı,  alıcınm  xahişinə  əsasən  onun  riskinə  və  xərci  hesabına  malın 

ölkəyə  gətirilməsi  və/və  ya  təyinat  məntəqəsinə  daşınması  üçün  lazım  ola 

biləcək  (o  cümlədən,  təhlükəsizliklə  bağlı)  sənədləri  və  məlumatları  ona 

vaxtında  təqdim  etməli  yaxud  əldə  olunmasında  hərtərəfli  yardım 

göstərməlidir. 

Satıcı,  BİO  bəndində  nəzərdə  tutulduğu  kimi,  sənədlərin  və 

məlumatların alınması  yaxud  alınmasında  yardım  göstərilməsi  ilə  əlaqədar 

olaraq alıcının çəkdiyi xərclərin əvəzini ona qaytarmalıdır. 

B. AUCININ ÖHDƏLİKLƏRİ 

Bİ. ümumi öhdəliklər 

Alıcı, malın alqı-satqı müqaviləsində göstərilən dəyərini ödəməlidir. 

Tərəflər  arasında  razılaşdırıldıqda  yaxud  ümumi  hal  kimi  qəbul 

edildikdə,  Bl-BlO  bəndlərində  göstərilən  sənədlər  ekvivalent  elektron  yazı 

yaxud başqa prosedura şəklində ola bilər. 

B2. Lisenziyalar, icazələr, təhlükəsizliyə nəzarət və başqa rəsmiləşdirmələr 

Tələb  olunduqda,  alıcı  öz  riskinə  və  xərci  hesabına  idxal  lisenziyasını 

yaxud başqa rəsmi icazəni almalı, malın öz ölkəsinə idxalı və üçüncü ölkənin 

ərazisindən nəqli üçün lazım olan bütün gömrük rəsmiləşdirmələrini yerinə 

yetirməlidir. 

B3. Daşıma və sığorta müqavilələri 

a) Daşıma müqaviləsinin A3 a) bəndinə müvafiq olaraq satıcı tərəfindən 

bağlandığı hallar istisna edilməklə, alıcı malın göstərilmiş çatdırılma 

36 



FCA 

INCOTERMS - 2010 

yerindən daşınması üçün öz hesabına müqavilə bağlamalıdır. 

b)  Alıcının  sığorta  müqaviləsinin  bağlanması  üzrə  sahcı  qarşısında 

öhdəliyi yoxdur. 

B4. Göndərilmiş maltn qəbulu 

Alıcı, A4 bəndinə müvafiq qaydada çatdırılmış malı qəbul etməlidir. 



B5. Risklərin keçməsi 

Mal  A4  bəndinə  müvafiq  qaydada  çatdırıldıqdan  sonra,  alıcı  onun 

məhvi və ya zədələnməsi üzrə bütün riskləri öz üzərinə götürməlidir. 

A4  bəndinə  müvafiq  olaraq  təyin  etdiyi  daşıyıcı  barədə  məlumatı  B7 

bəndində  nəzərdə  tutulan  qaydada  satıcıya  bildirmədikdə  yaxud  bildiriş 

göndərmədikdə,  A4  bəndinə  əsasən  təyin  etdiyi  daşıyıcı  yaxud  şəxs  malı 

razılaşdırılmış  vaxtda  sərəncamına  qəbul  etmədikdə,  alıcı  müqavilə  ə  üçün 

lazımi qaydada fərdiləşdirilmiş, yəni məhz bu müqavilənin pred- meti kimi 

ayrılmış  yaxud  başqa  tərzdə  xüsusiləşdirilmiş  mal  üzrə  riskləri  aşağıda 

göstərilən tarixlərdən daşımağa başlayır: 

-

 

malın çatdırılmasının razılaşdırılmış tarixdən; 



-

 

həmin  tarix  razılaşdırılmadıqda,  B7  bəndində  müvafiq  olaraq 



razılaşdırılmış müddət ərzindəki tarixdən; 

-

 



həmin  bu  tarix  razılaşdırılmadıqda  isə,  razılaşdırılmış  müddətin  başa 

çatdığı tarixdən. 



B6. Xərclərin bölüşdürülməsi 

Alıcı aşağıdakı xərcləri ödəməlidir: 

a)

 

Mal  ölkədən  çıxarılarkən  A6  b)  bəndinə  əsasən  satıcının  ödədiyi 



vergilər, rüsumlar və başqa rəsmi yığımlar, habelə gömrük rəsmiləşdirilməsi 

üzrə xərclər istisna olunmaqla, A4 bəndinə müvafiq qaydada çatdırıldıqdan 

sonra, mal ilə bağlı bütün xərcləri; 

b)

 



daşıyıcını  yaxud  başqa  şəxsi  təyin  etmədikdə,  təyin  etdiyi  daşıyıcı 

yaxud başqa şəxs malı razılaşdırılmış vaxtda sərəncamına qəbul etmədikdə, 

B7  bəndində  göstərilən  bildirişi  göndərmək  öhdəliyini  yerinə  yetirmədikdə, 

müqavilə  üçün  lazımi  qaydada  fərdiləşdirilmiş,  yəni  məhz  bu  müqavilənin 

predmeti  kimi  ayrılmış  yaxud  başqa  tərzdə  xüsusiləşdirilmiş  mal  üzrə 

yaranan bütün əlavə xərcləri; 



37 


INCOTERMS-2010 

FCA 


c)

 

tələb  olunduqda,  malın  öz  ölkəsinə  idxalı  yaxud  istənilən  üçüncü 



ölkənin ərazisindən nəqli ilə əlaqədar bütün gömrük rüsumlarını, vergilərini 

və digər rəsmi ödənişləri, habelə gömrük rəsmiləşdirilməsi xərclərini. 



B7. Satıcının məlumatlandırılması 

Alıcı, satıcıya aşağıdakı məlumatları verməlidir: 

a)

 

A4 bəndinə əsasən çatdıra bilməsi üçün təyin etdiyi daşıyıcının yaxud 



başqa şəxsin adı; 

b)

 



təyin  etdiyi  daşıyıcının  yaxud  başqa  şəxsin  razılaşdırılmış  müddət 

ərzində malı qəbul edə biləcəyi tarixi; 

c)

 

təyin  etdiyi  daşıyıcmın  yaxud  başqa  şəxsin  istifadə  etdiyi  daşıma 



üsulu; 

d)

 



razılaşdırılmış yerdə malın qəbul olunacağı məntəqə. 

B8. Malın qəbul edilməsinin sübutu 

Alıcı,  malın  göndərildiyini  A8  bəndinə  müvafiq  qaydada  sübut  edən 

sənədləri qəbul etməlidir. 

B9. Mala baxış keçirilməsi 

Alıcı,  ixracatçının  ölkəsinin  hakimiyyət  orqanlarının  tələbi  ilə  keçirilən 

məcburi  baxışlar  istisna  edilməklə,  malın  A4  bəndinə  müvafiq  qaydada 

çatdıniması  üçün  yükləmədən  əvvəl  lazım  olan  baxışın  keçirilməsi  üzrə 

xərcləri ödəməlidir, 

BİO,  Məlumatların  alınmasında  yardım  göstərilməsi  və  bununla  bağlı 

xərclər 

Aha,  satıcının  AlO  bəndinə  uyğun  olaraq  hərəkət  edə  bilməsi  üçün 

təhlükəsizliyə  dair  tələblər  barədə  məlumatı  ona  vaxtında  göndərməyə 

borcludur. 

Aha,  AlO  bəndinə  uyğun  olaraq  lazımi  sənədin  yaxud  məlumahn 

təqdim edilməsi, habelə bununla əlaqədar yardım göstərmiş satıcının çəkdiyi 

bütün xərclərin əvəzini ödəməlidir. 

Tələb  olunduqda,  aha,  satıcının  xahişinə  əsasən  onun  riskinə  və  xərci 

hesabma  malın  daşınması,  ölkədən  çıxanlması  və  istənilən  üçüncü  ölkənin 

ərazisindən  nəqli  üçün  lazım  olan  məlumatları  vaxtında  ona  təqdim 

etməlidir. 

38 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə