Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

FA5 

INCOTERMS-2010 



«FAS» - FREE 

ALONGSIDE SHIP 

(...named port of 

shipment) 

FRANKO-GƏMI 

GÖYƏRTƏSİ BOYUNCA 

(..göstərilmiş yüklənmə 

limanı) 

Bu  termindən  yalnız  dəniz  nəqliyyatında  yaxud  daxili  su  yolları  ilə 

daşımalarda istifadə oluna bilər. 

«FAS (...named port of shipment)» termini, mal razılaşdırılmış yüklənmə 

limanında  satıcının  təyin  etdiyi  gəminin  göyərtəsi  boyunca  (yəni  körpüdə 

yaxud  barjada)  düzüldükdən  sonra,  satıcı  tərəfindən  onun  çatdırıldığını 

bildirir.  Həmin  andan  etibarən,  mal  ilə  bağlı  bütün  xərcləri,  onun  məhvi 

yaxud zədələnməsi risklərini alıcı öz üzərinə götürməlidir. 

Müxtəlif  limanlarda  yükləmə  və  əlaqəli  xərclər  fərqləndiyinə,  orada 

yerləşən  məntəqəyə  çatdırılana  qədər  bütün  xərclər  və  risklər  satianın 

üzərinə, çatdırıldıqdan sonra isə, alıcının üzərinə düşdüyünə görə, tərəflərə 

həmin məntəqəni dəqiq müəyyənləşdirmək tövsiyə olunur. 

«FAS»  termini,  lazım  olduqda,  malın  ixrac  üzrə  gömrük  vergi  və 

rüsumlarının  satıcı  tərəfindən  ödənilməsini  tələbedir.  Amma  satıcı,  malın 

alıcının  ölkəsinə  idxalı  üçün  tələb  olunan  gömrük  rəsmiləşdirmələri  üzrə 

xərcləri, idxal rüsumlarını və başqa xərcləri ödəməyə borclu deyil. 

Mal  konteynerdə  yerləşdirildikdə,  onun  satıcı  tərəfindən  daşıyıcıya 

gəmi  göyərtəsi  boyunca  düzmək  yolu  ilə  deyil,  terminalda  təhvil  verilməsi 

daha  əlverişlidir.  Belə  hallarda,  «FAS»  terminindən  deyil,  «FCA» 

terminindən istifadə olunması daha münasibdir. 



A. SATICININ ÖHDƏLİKLƏRİ 

Al. Ümumi öhdəliklər 

Satıcı,  alqı-satqı  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  malı  və 

kommersiya  hesab-qaiməsini  (invoysu)  yaxud  malın  bu  müqaviləyə 

uyğunluğunu təsdiq edən başqa sübutları alıcıya təqdim etməlidir. 

Tərəflər  arasında  razılaşdırıldıqda  yaxud  ümumi  hal  kimi  qəbul 

edildikdə,  Al-AlO  bəndlərində  göstərilən  sənədlər  ekvivalent  elektron  yazı 

yaxud başqa prosedura şəklində ola bilər. 

39 



INCOTERMS-2010 

FAS 


A2. Lisenziyalar, icazdbr, təhlükəsizliyə nəzarət və başqa rəsmiləş- dirtnələr 

Tələb  olunduqda,  satıcı  öz  riskinə  və  xərci  hesabına  ixrac  lisenziyasını 

yaxud  malın  öz  ölkəsindən  çıxarılması  üçün  başqa  rəsmi  icazəni  almalı, 

malın ixracı üçün lazım olan gömrük rəsmiləşdirmələrini yerinə yetirməlidir. 



A3. Daşıma və sığorta müqavilələri 

a)

 



Satıcmın  daşıma  müqaviləsinin  bağlanması  üzrə  alıcı  qarşısında 

öhdəliyi  yoxdur.  Amma  alıcının  xahişi  əsasında  yaxud  kommersiya 

təcrübəsində  mövcud  olmadıqda  və  alıcı  başqa  göstəriş  vermədikdə,  satıcı, 

alıcının  riskinə  və  xərci  hesabına  adi  şərtlərlə  daşıma  müqaviləsi  bağlaya 

bilər.  İstənilən  halda  satıcı  ləngimədən  alıcını  xəbərdar  etməklə,  daşıma 

müqaviləsini bağlamaqdan imtina edə bilər. 

b)

 

Satıcının  sığorta  müqaviləsinin  bağlanması  üzrə  alıcı  qarşısında 



öhdəliyi yoxdur. Amma satıcı, alıcının xahişinə əsasən, onun riskinə və xərci 

hesabına  sığorta  müqaviləsinin  bağlanması  üçün  tələb  olunan  məlumatları 

ona verməlidir. 

A4. Malın çatdırılması 

Satıcı,  malı  alıcının  göstərdiyi  göndərilmə  limanındakı  yükləmə 

məntəqəsində (müəyyənloşdirildikdə) gəminin göyərtəsi boyunca düzməklə 

yaxud bu qaydada təqdim olunmasını təmin etməklə çatdırmağa borcludur. 

Hər iki halda, satıcı malı razılaşdırılmış tarixdə və ya müddət ərzində liman 

adətlərinə müvafiq olaraq çatdırmalıdır. 

Yükləmənin  konkret  məntəqəsi  aha  tərəfindən  təyin  edilmədikdə, 

göstərilən  yükləmə  limanında  qənaətbəxş  hesab  etdiyi  məntəqəni  satıcınm 

özü  seçə  bilər.  Müqavilənin  tərəfləri  malm  müəyyən  müddət  ərzində 

çatdırılması barədə razılaşarsa, həmin müddət hüdudundakı tarixi aha seçir. 

A5. 

Risklərin keçməsi 

B5 bəndində göstərilən hallarda malın məhvi yaxud zədələnməsi riskləri 

istisna  edilməklə,  mal  A4  bəndinə  müvafiq qaydada  çatdırılana-  dək,  onun 

məhvi yaxud zədələnməsi ilə bağlı bütün risklər satıcının üzərinə düşür. 



40 


FAS 

INCOTERMS - 2010 



A6. Xərclərin bölüşdürülməsi 

Satıcı aşağıdakı xorcləri ödəməyə borcludur: 

a)

 

B6  bəndinə  uyğun  olaraq  alıcı  tərəfindən  ödənilən  xərclər  istisna 



edilməklə,  mal  A4  bəndinə  müvafiq  qaydada  çatdıranadək  onunla  bağlı 

bütün xərcləri; 

b)

 

tələb  olunduqda,  malın  öz  ölkəsindən  çıxarılması  üçün  gömrük 



rəsmiləşdirmələri  xərclərini,  habelə  bu  zaman  ödənilən  vergiləri,  rüsumları 

və başqa xərcləri. 



AJ.Altcımn məlumatlandinimast 

Satıcı,  alıcının  riskinə  və  xərci  hesabına  malın  A4  bəndinə  müvafiq 

qaydada  çatdırıldığı  yaxud  gəmi  tərəfindən  razılaşdırılmış  müddət  ərzində 

qəbul edilməməsi barədə bildirişi ona çatdırmalıdır. 



A8. Maltn göndərilməsinin sübutu 

Satıcı, malın A4 bəndinə müvafiq qaydada çatdırıldığının adi sübutunu 

öz hesabına alıcıya təqdim etməlidir. 

Bu sübut nəqliyyat sənədi deyilsə, satıcı, alıcının xahişinə əsasən, onun 

riskinə  və  xərci  hesabına  nəqliyyat  sənədinin  alınmasında  hərtərəfli  yardım 

göstərməlidir. 



A9. Yoxlama, qablaşdırma, markalama 

Satıcı, malın A4 bəndinə müvafiq qaydada çatdırılması üçün zəruri olan 

yoxlama  əməliyyatları  (keyfiyyətinin  yoxlanılması,  ölçülməsi,  çəkilməsi, 

sayılması), ixracatçının ölkəsinin hakimiyyət orqanlarımn mala yükləmədən 

qabaq tələb etdiyi baxışın keçirilməsi üzrə bütün xərcləri ödəməlidir; 

Satıcı, alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl daşmmalara aid alıcıya 

bildirilmiş  şərtlərə  (məsələn,  nəqliyyatın  növü,  malın  təyinat  yeri)  uyğun 

olaraq daşınmaq üçün malın qablaşdırılmasını (müqavilə predmeti olan mal 

ticarətin  bu  sahəsində  adətən,  qablaşdırılmadan  göndərildiyi  hallar  istisna 

olmaqla)  öz  hesabına  təmin  etməlidir.  Alıcı  alqı-satqı  müqaviləsi 

bağlanılanadək  qablaşdırılmaya  dair  xüsusi  tələblərini  satıcıya  bildirməzsə, 

satıcı malı daşınmaq üçün lazım olan qaydada qablaşdıra bilər. 

Malın qabı müvafiq qaydada markalanmalıdır. 

41 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə