Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

CIF 

INCOTERMS - 2010 

BIO. 

Məlumatların  alınmasında  yardım  göstərilməsi  və  hununla  bağlı 

xərclər 

Alıcı,  satıcının  AlO  bəndinə  uyğun  olaraq  hərəkət  edə  bilməsi  üçün 

təhlükəsizliyə  dair  tələblər  barədə  məlumatı  ona  vaxtında  göndərməyə 

borcludur. 

Alıcı,  AlO  bəndinə  uyğun  olaraq  müvafiq  sənədin  yaxud  məlumatın 

təqdim edilməsi, habelə bununla əlaqədar yardım göstərmiş satıcının çəkdiyi 

bütün xərclərin əvəzini ödəməlidir. 

Tələb  olunduqda,  alıcı,  satıcının  xahişinə  əsasən  onun  riskinə  və  xərci 

hesabına  malın  daşınması,  ölkədən  çıxarılması  və  istənilən  üçüncü  ölkənin 

ərazisindən  nəqli  üçün  lazım  olan,  o  cümlədən  təhlükəsizliyə  dair 

məlumatları vaxtında ona təqdim etməlidir. 

65 



INCOTERMS - 2010 

CPT 


«CPT» -CARRIAGE 

PAID TO (..named 

place of 

destination) 

DAŞINMA HAQQI 

...DƏK ÖDƏNİLMİŞDİR 

(...göstərilmiş 

təyinat yeri) 

Bu termindən daşımalar istənilən bir yaxud bir neçə müxtəlif nəqliyyat 

növü ilə (multimodal) yerinə yetirildikdə, istifadə oluna bilər. 

«CPT  (...named  place)»  termini,  satıcının  malı  alıcının  təyin  etdiyi 

daşıyıcıya yaxud başqa şəxsə razılaşdırılmış yerdə (müqavilənin tərəfləri bu 

yeri  müəyyənləşdirdikdə)  təhvil  verdiyini  və  satıcının  daşıma  müqaviləsini 

bağlamalı,  malın  razılaşdırılmış  təyinat  yerinə  çatdırılması  ilə  bağlı  xərcləri 

ödəməli olduğunu ifadə edir. 

«CPT»  «CIP»  «CFR»  yaxud  «CIF»  terminlərindən  istifadə  edildikdə, 

satıcı malı təyinat yerinə çatdıqdan sonra deyil, daşıyıcıya təhvil verdikdən 

sonra, onun çatdırılması üzrə öhdəliyini yerinə yetirir. 

Risklər  və  xərclər  müqavilə  tərəflərinin  birindən  digərinə  iki  müxtəlif 

yerdə  keçdiyinə  görə,  bu  terminin  iki  məqamı  var.  Müqavilənin  tərəflərinə 

risklərin  alıcıya  keçdiyi  çatdırılma  yerini,  habelə  satianın  bağladığı  daşıma 

müqaviləsində  malın  hansı  yerədək  daşınacağını  mümkün  qədər  dəqiq 

müəyyənləşdirmək tövsiyə olunur. 

Malın razılaşdırılmış istiqamət üzrə daşınması üçün bir neçə daşıyıcıdan 

istifadə  olunduqda  yaxud  müqavilənin  tərəfləri  malın  çatdırılmasının 

konkret  məntəqəsini  razılaşdırmadıqda,  risk  malın  birinci  daşıyıcıya  təhvil 

verildiyi  zaman  alıcıya  keçir.  Malın  həmin  daşıyıcıya  təhvil  verildiyi 

məntəqənin seçimi isə, bütövlüklə satıcıdan asılıdır və alıcının nəzarətindən 

kənardır.  Müqavilənin  tərəfləri  riskin  alıcıya  keçməsini  nisbətən  sonrakı 

mərhələdə  (məsələn,  okean  limanında,  aeroportda)  baş  verəcəyini  nəzərdə 

tutduqda,  bu  şərt  onların  arasırfda  bağlanan  alqı-satqı  müqaviləsində  əks 

olunmalıdır. 

Razılaşdırılmış  təyinat  yerindəki  məntəqəyə  qədər  xərcləri  satıcı 

çəkdiyinə  görə,  müqavilənin  tərəfləri  onu  mümkün  qədər  dəqiq  müəyyən 

etməlidir.  Satıcıya  bu  seçimin  əks  edildiyi  daşıma  müqaviləsi  bağlamaq 

tövsiyə  olunur.  Daşıma  müqaviləsinə  görə  razılaşdırılmış  təyinat  yerindəki 

məntəqədə  malın  boşaldılması  xərcləri  satıcının  üzərinə  qoyulursa,  satıcı 

həmin xərclərin əvəzini alıcıdan tələb edə bilməz. 

66 



CPT 

INCOTERMS - 2010 

«CPT» termini, malın ixracına görə gömrük vergi və rüsumlanmn satıcı 

tərəfindən ödənilməsini tələb edir. Amma satıcı, malın alıcının ölkəsinə idxalı 

üçün tələb olunan gömrük rəsmiləşdirmələri üzrə xərcləri, idxal rüsumlarını 

və başqa xərcləri ödəməyə borclu deyil. 



A. SATICININ ÖHDƏLİKLƏRİ 

Al. Ümumi öhdəliklər 

Satıcı,  alqı-satqı  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  malı  və 

kommersiya  hesab-qaiməsini  (invoysu)  yaxud  malın  bu  müqaviləyə 

uyğunluğunu təsdiq edən başqa sübutları alıcıya təqdim etməlidir. 

Tərəflər  arasında  razılaşdırıldıqda  yaxud  ümumi  hal  kimi  qəbul 

edildikdə,  Al-AlO  bəndlərində  göstərilən  sənədlər  ekvivalent  elektron  yazı 

yaxud başqa prosedura şəklində ola bilər. 

A2. Lisenziyalar, icazələr, təhlükəsizliyə nəzarət və başqa rəsmiləşdirmələr 

Tələb  olunduqda,  satıcı  öz  riskinə  və  xərci  hesabına  ixrac  lisenziyasmı 

yaxud  malın  öz  ölkəsindən  çıxarılması  üçün  başqa  rəsmi  icazəni  almalı, 

malın  ixracı,  alıcıya  çatdırılanadək,  istənilən  üçüncü  ölkənin  ərazisindən 

nəqli üçün lazım olan gömrük rəsmiləşdirmələrini yerinə yetirməlidir. 

A3. Daşıma və sığorta müqavilələri 

a)

 



Satıcı,  malın  göstərilən  göndərmə  məntəqəsindən  (müəyyən 

olunduqda) yaxud göndərilmə yerindən razılaşdırılmış təyinat yerinə yaxud 

həmin  yerdəki  istənilən  razılaşdırılmış  məntəqəyədək  daşınması  üzrə 

müqavilə bağlamalı və ya bağlanmasını təmin etməlidir. 

Daşıma  müqaviləsi  satıcının  xərcləri  hesabma  adi  şərtlər  əsasında 

bağlanmalı və satılan malın nəqli üçün ümumi qəbul edilmiş istiqamətdə adi 

üsulla daşınmasını nəzərdə tutmalıdır. 

Konkret  məntəqə  razılaşdırılmadıqda  yaxud  təcrübə  əsasında 

müəyyənləşdirilməsi  mümkün  olmadıqda,  satıcı  malın  alıcıya  çatdırılması 

yerini  və  ya  razılaşdırılmış  yerdəki  çatdırılma  məntəqəsini  maraqlarma 

uyğun olaraq özü seçə bilər. 

b)

 



Satıcının sığorta müqaviləsinin bağlanması üzrə alıcı qarşısmda 

67 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə