Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

OF 

INCOTERMS - 2010 

limanındakı  məntəqədə  malın  boşaldılması  xərcləri  satıcının  üzərinə 

qoyulursa, satıcı həmin xərclərin əvəzini alıcıdan tələb edə bilməz. 

Satıcı, malı gəminin göyərtəsində yerləşdirməli yaxud göndərilən malın 

təyinat  yerində  təhvilini  təmin  etməlidir.  Bundan  başqa,  satıcı  daşıma 

müqaviləsini bağlamalı yaxud bağlanmasını təmin etməlidir. 

Mal  daşıyıcıya  gəmi  göyərtəsində  yerləşdirilənədək  təhvil  verildikdə 

(məsələn,  malın  konteynerdə  terminala  çatdırılması)  «CIF»  terminindən 

istifadə  münasib  olmaya  bilər.  Bu  halda  «CIP»  terminindən  istifadə  daha 

əlverişlidir. 

«CIF» termini, malın ixracına görə gömrük vergi və rüsumlannm satıcı 

tərəfindən ödənilməsini tələb edir. Amma satıcı, malın alıcınm ölkəsinə idxalı 

üçün tələb olunan gömrük rəsmiləşdirmələri üzrə xərcləri, idxal rüsumlarını 

və başqa xərcləri ödəməyə borclu deyil. 

A. SATICININ ÖHDƏLİKLƏRİ 

Al. Ümumi öhdəliklər 

Satıcı,  alqı-satqı  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  malı  və 

kommersiya  hesab-qaiməsini  (invoysu)  yaxud  malın  bu  müqaviləyə 

uyğunluğunu təsdiq edən başqa sübutları alıcıya təqdim etməlidir. 

Tərəflər  arasında  razılaşdırıldıqda  yaxud  ümumi  hal  kimi  qəbul 

edildikdə,  Al-AlO  bəndlərində  göstərilən  sənədlər  ekvivalent  elektron  yazı 

yaxud başqa prosedura şəklində ola bilər. 

A2. Lisenziyalar, icazələr, təhlükəsizliyə nəzarət və başqa rəsmiləşdirmələr 

Tələb olunduqda, satıcı öz riskinə və xərci hesabma ixrac lisenzi- yasmı 

yaxud  malın  öz  ölkəsindən  çıxarılması  üçün  başqa  rəsmi  icazəni  almalı, 

malın ixracı üçün lazım olan gömrük rəsmiləşdirmələrini yerinə yetirməlidir. 



A3. Daşma və stğorta müqavilələri 

a)

 



Satıcı,  malın  göstərilən  göndərmə  məntəqəsindən  (müəyyən 

olunduqda)  razılaşdırılmış  təyinat  limanına  yaxud  həmin  limanda 

razılaşdırılmış  məntəqəyədək  daşınması  üzrə  müqavilə  bağlamalı  və  ya 

bağlan 


59 


INCOTERMS - 2010 

CIF 


masını  təmin  etməlidir.  Daşıma  müqaviləsi  satıcının  xərcləri  hesabına  adi 

şərtlər  əsasında  bağlanmalı  və  satılan  malın  nəqli  üçün  adətən,  istifadə 

olunan  gəmidə  ümumi  qəbul  edilmiş  istiqamətdə  daşınmasını  nəzərdə 

tutmalıdır. 

b)

 

Satıcı,  öz  xərci  hesabına  yükü  «Yüklərin  Sığortalanmasının  İns- 



titusional  Şərtləri»nin  (İnstitute  Cargo  Clause)  (LMAAJA)  «C»  bəndində 

yaxud bu cür başqa şərtlərdə nəzərdə tutulan qaydada, zərəri ən azı minimal 

məbləğdə örtən məbləğdə sığortalamalıdır. 

Sığorta  müqaviləsi  yüksək  nüfuza  malik  olan  sığortaçı  yaxud  sığorta 

şirkəti ilə bağlanmalı, alıcıya və ya malda sığorta marağı olan istənilən şəxsə 

birbaşa sığortaçıdan tələbetmə hüququ verməlidir. 

Alıcının tələbinə görə, satıa istədiyi məlumatın təqdim edilməsi şərti ilə 

onun xərci hesabına «Yüklərin Sığortalanmasının İnstitusional Şərt- ləri»nin 

(İnstitute  Cargo  Clause)  (LMAAJA)  «A»  yaxud  «B»  bəndlərində  və  buna 

bənzər  başqa  şərtlərdə  nəzərdə  tutulan  əlavə  sığortalamanı  yerinə 

yetirməlidir  yaxud  «Hərbi  Əməliyyatlar  Haqqında  İnstitusional  Şərtlər»ə, 

«Tətillər Haqqında İnstitusional Şərtlər»ə yaxud başqa şərtlərə uyğun olaraq 

müəyyənləşdirilən sığorta məbləğinin alınmasını təmin etməlidir. 

Sığorta  məbləği  ən  azı  alqı-satqı  müqaviləsində  göstərilən  qiymət, 

üstəgəl  10%  (yəni,  110%)  məbləğində  olmalı  və  müqavilənin  valyutası  ilə 

ödənilməlidir. 

Mal A4 və A5 bəndlərində göstərilən göndərilmə məntəqəsindən ən azı 

göstərilən təyinat limanınadək sığortalanmalıdır. 

Satıcı,  sığorta  polisini  yaxud  malın  sığortalanmasının  başqa  sübutunu 

alıcıya verməyə borcludur. 

Bundan  başqa,  satıcı,  alıcının  xahişinə  əsasən,  onun  riskinə  və  xərci 

hesabına əlavə sığortalama üçün təiəb olunan məlumatı alıcıya verməlidir. 



A4. Maltn çatdmlmast 

Satıcı,  malı  gəminin  göyərtəsində  yerləşdirmək  yaxud  bu  qaydada 

təqdim olunmasım təmin etməklə çatdırmağa borcludur. Hər iki halda, satıcı 

malı razılaşdınlmış tarixdə və ya müddət ərzində liman adətlərinə müvafiq 

olaraq çatdırmalıdır. 

60 



CIF 

INCOTERMS - 2010 



A5. Risklərin keçməsi 

B5 bəndində göstərilən hallarda malın məhvi yaxud zədələnməsi riskləri 

istisna  edilməklə,  mal  A4  bəndinə  müvafiq  qaydada  çatdınlana-  dək,  onun 

məhvi yaxud zədələnməsi ilə bağlı bütün risklər satıcının üzərinə düşür. 



A6. Xərclərin bölüşdürülməsi 

Satıcı aşağıdakı xərcləri ödəməyə borcludur: 

a)

 

B6  bəndinə  uyğun  olaraq  alıcı  tərəfindən  ödənilən  xərclər  istisna 



edilməklə,  mal  A4  bəndinə  müvafiq  qaydada  çatdırılanadək,  onunla  bağlı 

bütün xərcləri; 

b)

 

fraxtı  və  A3  a)  bəndində  göstərilən,  o  cümlədən  malın  gəmi 



göyərtəsinə yüklənməsi, razılaşdırılmış təyinat limanında boşaldılması üçün 

müqavilə əsasında satıcının üzərinə qoyulan başqa rəsmi yığımları; 

c)

 

malın sığortalanması üzrə A3 b) bəndində göstərilən xərcləri; 



d)

 

tələb  olunduqda,  malın  öz  ölkəsindən  çıxarılması  üçün  gömrük 



rəsmiləşdirmələri xərclərini, bu zaman ödənilən vergiləri, rüsumlan və başqa 

xərcləri,  habelə  malın  istənilən  üçüncü  ölkənin  ərazisindən  nəqli  üzrə 

müqaviləyə əsasən satıcının üzərinə qoyulan xərcləri. 

A7. Altctmn məlumatlandmimast 

Satıa,  malın  qəbul  edilməsi  üçün  alianm  zəruri  hazırlıq  tədbirləri 

görməsi məqsədilə ona bildiriş çatdırmağa borcludur. 

A8. Malın göndərilməsinin sübutu 

Satıcı,  malın  göstərilmiş  təyinat  limanına  qədər  çatdırılmasının  adi 

sənədini öz hesabına alıcıya vaxtında təqdim etməlidir. 

Nəqliyyat  sənədi  müqavilədə  göstərilən  mala  aid  olmalı  və  mal 

göndərişlərinin  razılaşdırılmış  müddəti  hüdudunda  imzalanmalı,  alıcıya 

təyinat  limanında  malı  daşıyıcıdan  tələb  etmək,  başqa  hal  razılaşdı- 

nlmadıqda,  malın  tranziti  vaxtı  sənədi  növbəti  alıcıya  ötürməklə  yaxud 

daşıyıcını xəbərdar etməklə, onu satmaq hüququ verməlidir. 

Əgər  nəqliyyat  sənədi  dövr  edəndirsə  yaxud  bir  neçə  əsil  nüsxədə 

verilmişdirsə, alıcıya onların tam dəsti təqdim olunmalıdır. 



61 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə