Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   ...   21   22   23   24   25   26   27   28   29

INCOTERMS - 2010 

DAP 


AlO.  Məlumatların  alınmasında  yardım  göstərilməsi  və  bununla  bağlı 

xərclər 

Satıcı,  alıcının  xahişinə  əsasən  onun  riskinə  və  xərci  hesabına  malın 

ölkəyə  gətirilməsi  və/və  ya  təyinat  məntəqəsinə  daşınması  üçün  lazım  ola 

biləcək  (o  cümlədən,  təhlükəsizliklə  bağlı)  sənədləri  və  məlumatları  ona 

vaxtında  təqdim  etməli  yaxud  əldə  olunmasında  hərtərəfli  yardım 

göstərməlidir. 

Satıcı,  BİO  bəndində  nəzərdə  tutulduğu  kimi,  sənədlərin  və 

məlumatların alınması  yaxud  alınmasında  yardım  göstərilməsi  ilə  əlaqədar 

olaraq alıcının çəkdiyi xərclərin əvəzini ona qaytarmalıdır. 

B. AUCININ ÖHDƏLİKLƏRİ 

B 1. ümumi öhdəliklər 

Alıcı, malm alqı-satqı müqaviləsində göstərilən dəyərini ödəməlidir. 

Tərəflər  arasında  razılaşdırıldıqda  yaxud  ümumi  hal  kimi  qəbul 

edildikdə,  Bl-BlO  bəndlərində  göstərilən  sənədlər  ekvivalent  elektron  yazı 

yaxud başqa prosedura şəklində ola bilər. 

B2. 


Lisenziyalar, icazələr, təhlükəsizliyə nəzarət və başqa rəsmiləşdirmələr 

Tələb  olunduqda,  alıcı  öz  riskinə  və  xərci  hesabına  idxal  lisenziyasını 

yaxud  başqa  rəsmi  icazəni  almalı,  malın  öz  ölkəsinə  gətirilməsi  üçün  lazım 

olan bütün gömrük rəsmiləşdirmələrini yerinə yetirməlidir. 



B3. Daşıma və sığorta müqavilələri 

a)

 



Alıcının  malın  daşınması  müqaviləsinin  bağlanması  üzrə  satıcı 

qarşısında öhdəliyi yoxdur. 

b)

 

Alıcının  sığorta  müqaviləsinin  bağlanması  üzrə  satıcı  qarşısında 



öhdəliyi yoxdur. Amma alıcı, satıcının xahişinə əsasən sığorta müqaviləsinin 

bağlanması üçün tələb olunan məlumatları ona verməlidir. 

B4. 

Göndərilmiş malın qəbulu 

Alıcı,  A4  bəndinə  müvafiq  qaydada  çatdırılmış  malı  qəbul  etməyə 

borcludur. 

84 



DÄP 

INCOTERMS-2010 



B5. Risklərin keçməsi 

Mal  A4  bondinə  müvafiq  qaydada  çatdırıldıqdan  sonra,  alıcı  onun 

məhvi və ya zədələnməsi üzrə bütün riskləri öz üzərinə götürməlidir. 

Alıcının  B2  bəndində  göstərilən  öhdəliyini  yerinə  yetirməməsi 

nəticəsində  müqavilə  üçün  lazımi  qaydada  fərdiləşdirilmiş,  yəni  məhz  bu 

müqavilənin  predmeti  kimi  ayrılmış  yaxud  başqa  tərzdə  xüsusiləşdirilmiş 

malm  məhvi  yaxud  zədələnməsi  ilə  əlaqədar  risklər razılaşdmlmış  tarixdən 

yaxud  müəyyənləşdirilmiş  müddətin  başa  çatdığı  tarixdən  etibarən  aliaya 

keçir. 

B7  bəndinə  uyğun  olaraq  bildirişi  göndərmək  öhdəliyini  yerinə 



yetirmədikdə,  razılaşdırılmış  tarixdən  yaxud  müəyyənləşdirilmiş  müddətin 

başa  çatdığı  tarixdən  müqavilə  üçün  lazımi  qaydada  fərdiləşdirilmiş,  yəni 

məhz  bu  müqavilənin  predmeti  kimi  ayrılmış  yaxud  başqa  tərzdə 

xüsusiləşdirilmiş mal üzrə bütün riskləri alıcı daşıyır. 

B6. 

Xərclərin bölüşdürülməsi 

Alıcı aşağıdakı xərcləri ödəməlidir: 

a)

 

mal A4 bəndinə müvafiq qaydada çatdırıldığı andan etibarən, onunla 



bağlı bütün xərcləri; 

b)

 



daşıma  müqaviləsi  əsasında  satıcının  öhdəliyinə  daxil  edilmədiyi 

halda,  malın  qəbulu  üçün  razılaşdırılmış  təyinat  yerinə  gəlmiş  nəqliyyat 

vasitəsindən boşaldılması xərclərini; 

c)

 



B2  bəndində  müəyyənləşdirilmiş  öhdəliyini  yaxud  B7  bəndində 

göstərilən  bildirişi  göndərmək  öhdəliyini  yerinə  yetirməməsi  nəticəsində 

müqavilə  üçün  lazımi  qaydada  fərdiləşdirilmiş,  yəni  məhz  bu  müqavilənin 

predmeti  kimi  ayrılmış  yaxud  başqa  tərzdə  xüsusiləşdirilmiş  mal  ilə  bağlı 

yaranan bütün əlavə xərcləri; 

d)

 



lazım  olduqda,  malın  ölkəyə  gətirilməsi  üçün  tələb  edilən  gömrük 

rəsmiləşdirmələr,  habelə  bu  zaman  ödənilən  vergilər,  rüsumlar  və  başqa 

rəsmi ödənişlər üzrə xərcləri. 

B7. Sattcımn məlıımatlandmimast 

Alıcıya razılaşdırılmış müddət ərzində malın göndərilmə vaxtını və/ və 

ya  göstərilən  təyinat  yerində  malın  qəbulu  məntəqəsini  müəyyənləşdirmək 

hüququ  verildiyi  üçün,  bunlar  barəsində  bildirişi  satıcıya  göndərməyə 

borcludur. 

85 



INCOTERMS-2010 

DAP 


B8. Maltn qəbul edilməsinin sübutu 

Alıcı,  malın  göndərildiyi  barədə  A8  bəndinə  müvafiq  qaydada  verilən 

sənədi qəbul etməlidir. 

B9. Mala baxış keçirilməsi 

Aha,  ixracatçının  ölkəsinin  hakimiyyət  orqanlarının  tələbi  ilə  keçirilən 

məcburi  baxışlar  istisna  edilməklə,  mala  yükləmədən  əvvəl  keçirilən  baxış 

üzrə xərcləri ödəməlidir. 



BİO.  Məlumatların  alınmasında  yardım  göstərilməsi  və  bununla  bağlı 

xərclər 

Aha,  satıcının  AlO  bəndinə  uyğun  olaraq  hərəkət  edə  bilməsi  üçün 

təhlükəsizliyə  dair  tələblər  barədə  məlumatı  ona  vaxtında  göndərməyə 

borcludur. 

Aha,  AlO  bəndinə  uyğun  olaraq  lazımi  sənədin  yaxud  məlumatm 

təqdim edilməsi, habelə bununla əlaqədar yardım göstərmiş satıcının çəkdiyi 

bütün xərclərin əvəzini ödəməlidir. 

Tələb  olunduqda,  alıcı,  satıcının  xahişinə  əsasən  onun  riskinə  və  xərci 

hesabına  malın  daşınması,  ölkədən  çıxanlması  və  istənilən  üçüncü  ölkənin 

ərazisindən  nəqli  üçün  lazım  olan,  o  cümlədən  təhlükəsizliyə  dair 

məlumatları vaxtında ona təqdim etməlidir. 

86 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə