Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   ...   21   22   23   24   25   26   27   28   29

INCOTERMS-2010 

CIP 


ni  nəzərdə  tutduqda,  bu  şərt  onların  arasında  bağlanan  alqı-satqı 

müqaviləsində əks olunmalıdır. 

Razılaşdırılmış  təyinat  yerindəki  məntəqəyə  qədər  xərcləri  satıcı 

çəkdiyinə  görə,  müqavilənin  tərəfləri  onu  mümkün  qədər  dəqiq  müəyyən 

etməlidir.  Satıcıya  bu  seçimin  əks  olunduğu  daşıma  müqaviləsi  bağlamaq 

tövsiyə  olunur.  Daşıma  müqaviləsinə  görə  razılaşdırılmış  təyinat  yerindəki 

məntəqədə  malın  boşaldılması  xərcləri  satıcının  üzərinə  qoyulursa  və 

müqavilənin  tərəfləri  arasında  başqa  hal  razılaşdırılmadıqda,  satıcı  həmin 

xərclərin əvəzini alıcıdan tələb edə bilməz. 

«CIP»  termini,  malın  ixracına  görə  gömrük  rəsmiləşdirmələrinin  satıcı 

tərəfindən  yerinə  yetirilməsini  tələb  edir.  Amma  satıcı,  malın  alıcının 

ölkəsinə  idxalı  üçün  tələb  olunan  gömrük  rəsmiləşdirmələri  üzrə  xərcləri, 

idxal rüsumlarını və başqa xərcləri ödəməyə borclu deyil. 

A. SATICININ ÖHDƏLİKLƏRİ 

Al. Ümumi öhdəliklər 

Satıcı,  alqı-satqı  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  mah  və 

kommersiya  hesab-qaiməsini  (invoysu)  yaxud  malın  bu  müqaviləyə 

uyğunluğunu təsdiq edən başqa sübutları alıcıya təqdim etməlidir. 

Tərəflər  arasında  razılaşdırıldıqda  yaxud  ümumi  hal  kimi  qəbul 

edildikdə,  Al-AlO  bəndlərində  göstərilən  sənədlər  ekvivalent  elektron  yazı 

yaxud başqa prosedura şəklində ola bilər. 

A2. Lisenziyalar^ icazələr, təhlükəsizliyə nəzarət və başqa rəsmiləşdirmələr 

Tələb  olunduqda,  satıcı  öz  riskinə  və  xərci  hesabına  ixrac  lisenziyasını 

yaxud  malın  öz  ölkəsindən  çıxarılması  üçün  başqa  rəsmi  icazəni  almalı, 

malın  ixracı,  alıcıya  çatdırılanadək,  istənilən  üçüncü  ölkənin  ərazisindən 

nəqli üçün lazım olan gömrük rəsmiləşdirmələrini yerinə yetirməlidir. 

A3. Daşıma və sığorta müqavilələri 

a)  Satıcı,  malın  göstərilən  göndərmə  məntəqəsindən  (müəyyən 

olunduqda) yaxud göndərilmə yerindən razılaşdırılmış təyinat yerinə yaxud 

həmin  yerdəki  istənilən  razılaşdırılmış  məntəqəyədək  daşınması  üzrə 

müqavilə bağlamalı və ya bağlanmasını təmin etməlidir. 

74 



CIP 

INCOTERMS - 2010 

Daşıma  müqaviləsi  satıcının  xərcləri  hesabına  adi  şərtlər  əsasında 

bağlanmalı və satılan malın nəqli üçün ümumi qəbul edilmiş istiqamətdə adi 

üsulla daşınmasını nəzərdə tutmalıdır. 

Konkret  məntəqə  razılaşdırılmadıqda  yaxud  təcrübə  əsasında 

müəyyənləşdirilməsi  mümkün  olmadıqda,  satıcı  malın  alıcıya  çatdırılması 

yerini  və  ya  razılaşdırılmış  yerdəki  çatdırılma  məntəqəsini  maraqlarına 

uyğun olaraq, özü seçə bilər. 

b)  Satıcı,  öz  xərci  hesabına  yükü  «Yüklərin  Sığortalanmasının  İns- 

titusional  Şərtləri»nin  (İnstitute  Cargo  Clause)  (LMA/UA)  «C»  bəndində 

yaxud bu cür başqa şərtlərdə nəzərdə tutulan qaydada, zərəri ən azı minimal 

məbləğdə örtən məbləğdə sığortalamalıdır. 

Sığorta  müqaviləsi  yüksək  nüfuza  malik  olan  sığortaçı  yaxud  sığorta 

şirkəti ilə bağlanmalı, alıcıya və ya malda sığorta marağı olan istənilən şəxsə 

birbaşa sığortaçıdan tələbetmə hüququ verməlidir. 

Alıcının tələbinə görə, satıcı istədiyi məlumatın təqdim edilməsi şərti ilə 

onun xərci hesabına «Yüklərin Sığortalanmasının İnstitusional Şərtlə- ri»nin 

(İnstitute  Cargo  Clause)  (LMA/UA)  «A»  yaxud  «B»  bəndlərində  və  buna 

bənzər  başqa  şərtlərdə  nəzərdə  tutulan  əlavə  sığortalamanı  yerinə 

yetirməlidir  yaxud  «Hərbi  Əməliyyatlar  Haqqında  İnstitusional  Şərtlər-  »ə, 

«Tətillər Haqqında İnstitusional Şərtlər»ə yaxud başqa şərtlərə uyğun olaraq 

müəyyənləşdirilənsığorta məbləğinin alınmasını təmin etməlidir. 

Sığorta  məbləği  ən  azı  alqı-satqı  müqaviləsində  göstərilən  qiymət, 

üstəgəl  10%  (yəni,  110%)  məbləğində  olmalı  və  müqavilənin  valyutası  ilə 

ödənilməlidir. 

Mal A4 və A5 bəndlərində göstərilən göndərilmə məntəqəsindən ən azı 

göstərilən təyinat limanınadək sığortalanmalıdır. 

Satıcı,  sığorta  polisini  yaxud  malın  sığortalanmasının  başqa  sübutunu 

alıcıya verməyə borcludur. 

Bundan  başqa,  saha,  alıcımn  xahişinə  əsasən,  onun  riskinə  və  xərci 

hesabına əlavə sığortalama üçün tələb olunan məlumatı alıcıya verməlidir. 

A4. 

Maltn çatdtrılmast 

Satıcı,  malı  A3  bəndinə  uyğun  olaraq  müqavilə  bağladığı  daşıyıcıya 

razılaşdırılmış  tarixdə  yaxud  müddət  ərzində  təhvil  verməklə  çatdırmağa 

borcludur. 



75 


INCOTERMS-2010 

CIP 


A5. Risklərin keçməsi 

B5 bəndində göstərilən hallarda malın məhvi yaxud zədələnməsi riskləri 

istisna  edilməklə,  mal  A4  bəndinə  müvafiq  qaydada  çatdınlanadək,  onun 

məhvi yaxud zədələnməsi ilə bağlı bütün risklər satianın üzərinə düşür. 



A6. Xərclərin bölüşdürülməsi 

Satıcı aşağıdakı xərcləri ödəməyə borcludur: 

a)

 

B6  bəndinə  uyğun  olaraq  alıcı  tərəfindən  ödənilən  xərclər  istisna 



edilməklə,  mal  A4  bəndinə  müvafiq  qaydada  çatdınlanadək,  onunla  bağlı 

bütün xərcləri; 

b)

 

fraxtı  və  A3  a)  bəndində  göstərilən,  o  cümlədən  malın  gəmi 



göyərtəsinə yüklənməsi, razılaşdırılmış təyinat limanında boşaldılması üçün 

müqavilə əsasında satıcının üzərinə qoyulan başqa rəsmi yığımları; 

c)

 

malın sığortalanması üzrə A3 b) bəndində göstərilən xərcləri; 



d)

 

tələb  olunduqda,  malın  öz  ölkəsindən  çıxarılması  üçün  gömrük 



rəsmiləşdirmələri xərclərini, bu zaman ödənilən vergiləri, rüsumları və başqa 

xərcləri,  habelə  malın  istənilən  üçüncü  ölkənin  ərazisindən  nəqli  üzrə 

müqaviləyə əsasən satıcının üzərinə qoyulan xərcləri. 

A7. Altcımn məlumatlandmlmast 

Satıcı,  malın  A4  bəndinə  müvafiq  qaydada  çatdırıldığı  barədə  bildirişi 

alıcıya göndərməlidir. 

Satıcı,  malın  qəbul  edilməsi  üçün  alıcının  zəruri  hazırlıq  tədbirləri 

görməsi məqsədilə ona bildiriş çatdırmağa borcludur. 

A8. Malın göndərilməsinin sübutu 

Ümumi  qayda  kimi  qəbul  olunduqda  yaxud  alıcının  xahişinə  əsasən 

satıcı  A3  bəndinə  müvafiq  olaraq  bağladığı  daşıma  müqaviləsi  üzrə  adi 

nəqliyyat sənədini öz hesabına alıcıya təqdim etməlidir. 

Nəqliyyat  sənədi  müqavilədə  göstərilən  mala  aid  olmalı  və  mal 

göndərişlərinin  razılaşdırılmış  müddəti  hüdudunda  imzalanmalıdır. 

Razılaşdırıldıqda  və  ya  ümumi  qayda  kimi  qəbul  edildikdə,  sənəd  aliaya 

razılaşdırılmış  təyinat  yerində  malı  daşıyıcıdan  tələb  etmək,  malın  tranziti 

dövründə  sənədi  növbəti  alıcıya  ötürməklə  yaxud  daşıyıcmı  xəbərdar 

etməklə, onu satmaq hüququ verməlidir. 



76 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə