Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

CPT 

INCOTERMS - 2010 



B6. Xərclərin bölüşdürülməsi 

Alıcı,  A3  a)  bəndinin  müddəalarına  riayət  etməklə,  aşağıdakı  xərcləri 

ödəməlidir: 

a)

 



malın  satıcının  ölkəsindən  çıxarılması  üçün  tələb  olunan  gömrük 

rəsmiləşdirilməsi  xərcləri,  habelə  A6  c)  bəndində  göstərilən  vergilər, 

rüsumlar və başqa rəsmi yığımlar istisna edilməklə, mal A4 bəndinə müvafiq 

qaydada çatdırıldığı andan etibarən, onunla bağlı bütün xərcləri; 

b)

 

daşıma  müqaviləsi  əsasında  satıcının  öhdəliyinə  daxil  edilmədiyi 



halda,  mal  razılaşdırılmış  təyinat  yerinə  çatanadək  tranziti  vaxtı  mala  aid 

olan xərcləri və başqa rəsmi yığımları; 

c)

 

daşıma  müqaviləsi  əsasında  satıcının  öhdəliyinə  daxil  edilmədiyi 



halda, malın boşaldılması üzrə xərcləri; 

d)

 



B7 bəndində göstərilən bildirişi satıcıya göndərmək öhdəliyini yerinə 

yetirməməsi  nəticəsində  razılaşdırılmış  tarixdən  yaxud  müəyyənləşdirilmiş 

müddətin  başa  çatdığı  tarixdən  etibarən  müqavilə  üçün  lazımi  qaydada 

fərdiləşdirilmiş,  yəni  məhz  bu  müqavilənin  predmeti  kimi  ayrılmış  yaxud 

başqa  tərzdə  xüsusiləşdirilmiş  mal  ilə  əlaqədar meydana  çıxan  bütün  əlavə 

xərcləri; 

e)

 

malın  öz  ölkəsinə  gətirilməsi  üçün  ödənilən  vergilər,  rüsumlar  və 



başqa  rəsmi  yığımlar,  gömrük  rəsmiləşdirmələri  üzrə  xərcləri  və  daşıma 

müqaviləsinə  əsasən  satıcının  öhdəliyinə  aid  edilmədiyi  hallarda  malın 

üçüncü ölkənin ərazisindən nəqli üzrə xərcləri; 

B7. Satıctmn məlumatlandmimast 

Alıcı,  malın  yüklənmə  vaxtını  və/və  ya  göstərilən  təyinat  yerini  yaxud 

oradakı  məntəqəni  müəyyənləşdirmək  hüququna  malik  olduqda,  bunlar 

barəsində bildirişi satıcıya göndərməlidir. 



B8. Malın qəbul edilməsinin sübutu 

Malın  göndərildiyini  A8  bəndinə  müvafiq  qaydada  sübut  edən  sənəd 

müqaviləyə uyğun olduğu halda, alıcı onu qəbul etməlidir. 

B9. Mala baxış keçirilməsi 

Alıcı, ixracatçının ölkəsinin hakimiyyət orqanlarının tələbi ilə keçiri 



71 


INCOTERMS - 2010 

CPT 


lən  məcburi  baxışlar  istisna  edilməklə,  mala  yükləmədən  əvvəl  keçirilən 

baxış üzrə xərcləri ödəməlidir. 



BİO.  Məlumatların  alınmasında  yardım  göstərilməsi  və  bununla 

bağlı xərclər 

Alıa,  satıcının  AlO  bəndinə  uyğun  olaraq  hərəkət  edə  bilməsi  üçün 

təhlükəsizliyə  dair  tələblər  barədə  məlumatı  ona  vaxtında  göndərməyə 

borcludur. 

Alıcı,  AlO  bəndinə  uyğun  olaraq  lazımi  sənədin  yaxud  məlumatın 

təqdim edilməsi, habelə bununla əlaqədar yardım göstərmiş satiamn çəkdiyi 

bütün xərclərin əvəzini ödəməlidir. 

Tələb  olunduqda,  alıcı,  satıcının  xahişinə  əsasən  onun  riskinə  və  xərci 

hesabına  malın  daşınması,  ölkədən  çıxarılması  və  istənilən  üçüncü  ölkənin 

ərazisindən  nəqli  üçün  lazım  olan,  o  cümlədən  təhlükəsizliyə  dair 

məlumatları vaxtında ona təqdim etməlidir. 

72 



CIP 

INCOTERMS-2010 



«CIP» - CARRIAGE 

AND INSURANCE... 

PAID TO (...named 

place of 

destination) 

DAŞIMA VƏ SIĞORTA 

HAQQI... DƏK 

ÖDƏNİLMİŞDİR 

(...göstərilmiş təyinat 

yeri) 

Bu termindən daşımalar istənilən bir yaxud bir neçə müxtəlif nəqliyyat 

növü ilə (multimodal) yerinə yetirildikdə, istifadə oluna bilər, 

«CIP (...named place of destination)» termini, satıcının malı alıcının təyin 

etdiyi  daşıyıcıya  yaxud  başqa  şəxsə  razılaşdırılmış  yerdə  (müqavilənin 

tərəfləri  bu  yeri  müəyyənləşdirdikdə)  təhvil  verdiyini  və  satıcının  daşıma 

müqaviləsini  bağlamalı,  malın  razılaşdırılmış  təyinat  yerinə  çatdırılması  ilə 

bağlı xərcləri ödəməli olduğunu ifadə edir. 

Satıcı,  malın  daşınma  zamanı  məhvi  yaxud  zədələnməsi  riskini  örtən 

sığorta  müqaviləsini  də  bağlayır.  Alıcı  nəzərə  almalıdır  ki,  «CIP»ə  əsasən 

satıcı  malın  sığortalanmasını  yalnız  minimum  məbləğdə  təmin  edir.  Alıcı 

sığorta  vasitəsilə  daha  çox  qorunma  təmin  etmək  istəyirsə,  bunu  satıcı  ilə 

razılaşdırmalı  yaxud  öz  xərcləri  hesabına  əlavə  sığortalamanı  yerinə 

yetirməlidir. 

«CPT»  «CIP»  «CFR»  yaxud  «CIF»  terminlərindən  istifadə  edildikdə, 

satıcı malı təyinat yerinə çatdıqdan sonra deyil, daşıyıcıya təhvil verdikdən 

sonra, onun çatdırılması üzrə öhdəliyini yerinə yetirir. 

Risklər  və  xərclər  müqavilə  tərəflərinin  birindən  digərinə  iki  müxtəlif 

yerdə  keçdiyinə  görə,  bu  terminin  iki  məqamı  var.  Müqavilənin  tərəflərinə 

risklərin  alıcıya  keçdiyi  çatdırılma  yerini,  habelə  satıcının  bağladığı  daşıma 

müqaviləsində  malın  hansı  yerədək  daşınacağını  mümkün  qədər  dəqiq 

müəyyənləşdirmək tövsiyə olunur. 

Malın razılaşdırılmış istiqamət üzrə daşınması üçün bir neçə daşıyıcıdan 

istifadə  olunduqda  yaxud  müqavilənin  tərəfləri  malın  çatdırılmasının 

konkret  məntəqəsini  razılaşdırmadıqda,  risk  malın  birinci  daşıyıcıya  təhvil 

verildiyi  zaman  alıcıya  keçir.  Malın  həmin  daşıyıcıya  təhvil  verildiyi 

məntəqənin seçimi isə, bütövlüklə satıcıdan asılıdır və alıcının nəzarətindən 

kənardır.  Müqavilənin  tərəfləri  riskin  alıcıya  keçməsini  nisbətən  sonrakı 

mərhələdə (məsələn, okean limanında, aeroportda) baş verəcəyi 

73 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə