Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

INCOTERMS - 2010 

CFR 


tələb  olunan  gömrük  rəsmiləşdirmələri  üzrə  xərcləri,  idxal  rüsumlarını  və 

başqa xərcləri ödəməyə borclu deyil. 

Mal  daşıyıcıya  gəmi  göyərtəsində  yerləşdirilənədək  təhvil  verildikdə 

(məsələn,  malın  konteynerdə  terminala  çatdırılması),  «CPT»  terminindən 

istifadə olunması daha münasibdir. 

A. SATICININ ÖHDƏLİKLƏRİ 

Al. Ümumi öhädliklər 

Satıcı,  alqı-satqı  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  malı  və 

kommersiya  hesab-qaiməsini  (invoysu)  yaxud  malın  bu  müqaviləyə 

uyğunluğunu təsdiq edən başqa sübutları alıcıya təqdim etməlidir. 

Tərəflər  arasında  razılaşdırıldıqda  yaxud  ümumi  hal  kimi  qəbul 

edildikdə,  Al-AlO  bəndlərində  göstərilən  sənədlər  ekvivalent  elektron  yazı 

yaxud başqa prosedura şəklində ola bilər. 

A2. Lisenziyalar, icazəldr, təhlükdsizliyə nəzarət və başqa rəsmiləşdirmələr 

Tələb  olunduqda,  satıcı  öz  riskinə  və  xərci  hesabına  ixrac  lisenziyasını 

yaxud malm öz ölkəsindən çıxarılması üçün başqa rəsmi icazəni almalı, malın 

ixracı üçün lazım olan gömrük rəsmiləşdirmələrini yerinə yetirməlidir



A3. Daştma və sığorta müqavilələri 

a)

 



Satıcı,  malın  göstərilən  göndərmə  məntəqəsindən  (müəyyən 

olunduqda)  razılaşdırılmış  təyinat  limanına  yaxud  həmin  limanda 

razılaşdırılmış  məntəqəyədək  daşmması  üzrə  müqavilə  bağlamalı  və  ya 

bağlanmasını təmin etməlidir. Daşıma müqaviləsi satıcının xərcləri hesabına 

adi  şərtlər  əsasında  bağlanmalı  və  satılan  malın  nəqli  üçün  adətən,  istifadə 

olunan  gəmidə  ümumi  qəbul  edilmiş  istiqamətdə  daşınmasını  nəzərdə 

tutmalıdır. 

b)

 



Satıcının  sığorta  müqaviləsinin  bağlanması  üzrə  alıcı  qarşısmda 

öhdəliyi yoxdur. Amma satıcı, alıcının xahişinə əsasən, onun riskinə və xərci 

hesabına  sığorta  müqaviləsinin  bağlanması  üçün  tələb  olunan  məlumatları 

ona verməlidir. 



52 


CFR 

INCOTERMS-2010 



A4. Malın çatdırılması 

Satıcı,  malı  gəminin  göyərtəsində  yerləşdirmək  yaxud  bu  qaydada 

təqdim olunmasını təmin etməklə çatdırmağa borcludur. Hər iki halda, satıcı 

malı razılaşdırılmış tarixdə və ya müddət ərzində liman adətlərinə müvafiq 

olaraq çatdırmalıdır. 

A5. 


Risklərin keçməsi 

B5 bəndində göstərilən hallarda malın məhvi yaxud zədələnməsi riskləri 

istisna  edilməklə,  mal  A4  bəndinə  müvafiq  qaydada  çatdırılana-  dək,  onun 

məhvi yaxud zədələnməsi ilə bağlı bütün risklər satıcının üzərinə düşür. 



A6. Xərclərin bölüşdürülməsi 

Satıcı aşağıdakı xərcləri ödəməyə borcludur: 

a)

 

B6  bəndinə  uyğun  olaraq  alıcı  tərəfindən  ödənilən  xərclər  istisna 



edilməklə,  mal  A4  bəndinə  müvafiq  qaydada  çatdırılanadək,  onunla  bağlı 

bütün xərcləri; 

b)

 

fraxtı  və  A3  a)  bəndində  göstərilən,  o  cümlədən  malın  gəmi 



göyərtəsinə yüklənməsi, razılaşdırılmış təyinat limanında boşaldılması üçün 

müqavilə əsasında satıcının üzərinə qoyulan başqa rəsmi yığımları; 

c)

 

tələb  olunduqda,  malın  öz  ölkəsindən  çıxaniması  üçün  gömrük 



rəsmiləşdirmələri xərclərini, bu zaman ödənilən vergiləri, rüsumları və başqa 

xərcləri,  habelə  malın  istənilən  üçüncü  ölkənin  ərazisindən  nəqli  üzrə 

müqaviləyə əsasən satıcının üzərinə qoyulan xərcləri. 

A7. Alıcının məlumatlandırılması 

Satıcı,  malın  qəbul  edilməsi  üçün  alıcının  zəruri  hazırlıq  tədbirləri 

görməsi məqsədilə ona bildiriş çatdırmağa borcludur. 

A8. Malın göndərilməsinin sübutu 

Satıcı,  malın  göstərilmiş  təyinat  limanına  qədər  çatdırılmasının  adi 

sənədini öz hesabına alıcıya vaxtında təqdim etməlidir. 

Nəqliyyat  sənədi  müqavilədə  göstərilən  mala  aid  olmalı  və  mal 

göndərişlərinin  razılaşdırılmış  müddəti  hüdudunda  imzalanmalı,  alıcıya 

təyinat limanında malı daşıyıcıdan tələb etmək, başqa hal razılaşdırılma- 



53 


INCOTERMS - 2010 

CFR 


dıqda,  malın  tranziti  dövründə  sənədi  növbəti  alıcıya  ötürməklə  yaxud 

daşıyıcını xəbərdar etməklə, onu satmaq hüququ verməlidir. 

Əgər  nəqliyyat  sənədi  dövr  edəndirsə  yaxud  bir  neçə  əsil  nüsxədə 

verilmişdirsə, alıcıya onların tam dəsti təqdim olunmalıdır. 



A9. Yoxlama, qablaşdtrtna, markalama 

Satıa, malın A4 bəndinə müvafiq qaydada çatdırılması üçün zəruri olan 

yoxlama  əməliyyatları  (keyfiyyətinin  yoxlanılması,  ölçülməsi,  çəkilməsi, 

sayılması), ixracatçınm ölkəsinin hakimiyyət orqanlarmın mala yükləmədən 

qabaq tələb etdiyi baxışın keçirilməsi üzrə bütün xərcləri ödəməlidir; 

Satıa, alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl daşınmalara aid alı- aya 

bildirilmiş  şərtlərə  (məsələn,  nəqli)^atm  növü,  malın  təyinat  yeri)  uyğun 

olaraq daşınmaq üçün malm qablaşdınimasım (müqavilə predmeti olan mal 

ticarətin  bu  sahəsində  adətən,  qablaşdırılmadan  göndərildiyi  hallar  istisna 

olmaqla)  öz  hesabma  təmin  etməlidir.  Aha  alqı-satqı  müqaviləsi 

bağlanılanadək  qablaşdınimaya  dair  xüsusi  tələblərini  satiaya  bildirməzsə, 

satıcı malı daşınmaq üçün lazım olan qaydada qablaşdıra bilər. 

Malın qabı müvafiq qaydada markalanmalıdır. 

AlO.  Mdlumatlann  alınmasında  yardım  göstərilməsi  və  bununla  bağlı 

xərclər 

Satıcı,  alianm  xahişinə  əsasən  onun  riskinə  və  xərci  hesabma  malm 

ölkəyə  gətirilməsi  və/və  ya  təyinat  məntəqəsinə  daşınması  üçün  lazım  ola 

biləcək  (o  cümlədən,  təhlükəsizliklə  bağlı)  sənədləri  və  məlumatları  ona 

vaxtında  təqdim  etməli  yaxud  əldə  olunmasında  hərtərəfli  yardım 

göstərməlidir. 

Satıcı,  BİO  bəndində  nəzərdə  tutulduğu  kimi,  sənədlərin  və 

məlumatların alınması  yaxud  alınmasında  yardım  göstərilməsi  ilə  əlaqədar 

olaraq alıcının çəkdiyi xərclərin əvəzini ona qaytarmalıdır. 

B. AUCININ ÖHDƏLİKLƏRİ 

Bİ. ümumi öhdəliklər 

Alıcı, malın alqı-satqı müqaviləsində göstərilən dəyərini ödəməlidir. 



54 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə