139
mümkün olmasın. Əlbəttə ki, qlobal məsələlər var. Elə məsələlər var ki, o, qlobal xarakter daşıyır.
Təkcə ölkə-
nin imkanlarından asılı olmur. Amma Azərbaycanda belə məsələlər çox deyildir. Azərbaycanın bütün
problemləri öz həllini tapa bilər, o cümlədən bu sahənin problemləri. Əziz dostlarım, əgər Azərbaycan xalqı
mənə etimad göstərərsə, şahidi olacaqsınız ki, bu sahədə də Heydər Əliyevin siyasətinə sadiq qalacağam.
Son iki ay mənim həyatımda qeyri-adi bir dövr idi. Çox çətin aylar idi. İlk növbədə, məni mənəvi cəhətdən
sarsıdan cənab Prezidentin xəstəliyi olubdur. Əlbəttə ki, bütün Azərbaycan xalqı cənab Prezidentə şəfa diləyir.
Məlumat vermək istəyirəm ki, biləsiniz, mən mütəmadi olaraq onunla telefon əlaqəsi saxlayıram. Bu günün
özündə də cənab Prezidentlə danışmışam. O, Azərbaycanda gedən bütün prosesləri izləyir. Yaxşı ki, bizim özəl
kanallarımız artıq internetə çıxıblar və internet vasitəsilə bütün verilişlərə baxır. Azərbaycanda gedən proseslərə
münasibəti çox müsbətdir.
Mən əminəm ki, o yaxın gələcəkdə öz sağlamlığını tam bərpa edib Vətənə dönəcək və yenidən bizimlə
olacaqdır.
Əlbəttə ki, cənab Prezident seçki prosesini də çox maraqla izləyir. Ümumiyyətlə, biz hamımız deyə bilərik ki, bu
seçki kampaniyası çox müsbət istiqamətdə gedir. Bütün namizədlərə eyni şərait yaradılıbdır. Kampaniya çox şəffaf,
açıq şəkildə aparılır. Bütün namizədlər
görüşlər keçirir, dövlət televiziyası vasitəsilə birbaşa təmaslar yaradılır. Bunun
əsas səbəbi odur ki, Azərbaycanda bu seçkilər yeni qəbul olunmuş, beynəlxalq təşkilatlardan müsbət rəy almış Seçki
Məcəlləsi əsasında keçirilir. Mən əminəm ki, bu Məcəllənin bütün maddələrinə əməl ediləcək, Azərbaycanda seçkilər
tam şəffaf, demokratik şəkildə keçiriləcəkdir. Bu bizim ölkəmiz üçün lazımdır.
Mən inanmaq istərdim ki, seçkilərdən sonra Azərbaycanda demokratik proseslər daha da sürətlə gedəcəkdir. Bu
proseslər indiyədək də getmişdir. Azərbaycan artıq üç ildir ki, Avropa Şurasının üzvüdür və öz qanunvericiliyində də
Avropa ölkələrində mövcud olan prinsipləri əks etdirir. Azərbaycanda yeni qanunlar qəbul olunur. Bu proseslər
davam edəcəkdir.
Çox
istərdik ki, Azərbaycanda müxtəlif siyasi partiyalar arasında olan ədavət, düşmənçilik aradan
götürülsün. Baxmayaraq ki, o partiyaların liderləri Azərbaycanı 1992–1993-cü illərdə faktiki olaraq
dağıtmışdılar, böhrana salmışdılar, parçalamışdılar. Vətəndaş müharibəsinə başlamışdılar, özləri də bundan
qorxaraq gizlənmişdilər. Amma Heydər Əliyev onlara da şərait yaratdı. Onları yenidən siyasətə dəvət etdi.
Baxmayaraq ki, onlar Azərbaycan xalqı qarşısında böyük cinayətlər törətmişdilər. İndi də onlar gecə-gündüz
dövlət başçısına, iqtidarın digər nümayəndələrinə olmazın təhqirlər söyləyirlər, yalan, böhtan atırlar. Bütün
bünlara baxmayaraq, yenə də inanmaq istəyirəm ki, onların tərəfindən də dialoqa meylli olanlar ortaya
çıxacaqdır. Düzdür, iqtidar olaraq bunsuz da yaşaya bilərik. Biz Azərbaycanda hökm sürən ab-havanı çox yaxşı
hiss edirik, duyuruq.
Görürük ki, Azərbaycan xalqı demək olar ki, öz seçimini edibdir və Heydər Əliyevin
siyasətini dəstəkləyir. Mənim bölgələrdə keçirdiyim bütün görüşlər bir daha onu təsdiqləyir ki, Azərbaycan
xalqı oktyabrın 15-də Heydər Əliyevin siyasətinə səs verəcəkdir. Bu baxımdan dediyim təkliflər bizə o qədər
lazım deyildir. Amma sülh naminə, barışıq naminə, Azərbaycanda vətəndaş cəmiyyəti yaradılması naminə mən
hələ də ümidvaram ki, düşmənçilik mövqeyində dayanan bütün siyasi partiyalar tərəfindən bu istiqamətdə
addımlar atılacaqdır. Yenə deyirəm, baxmayaraq ki, vaxtilə onlar Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə,
ümumiyyətlə, Azərbaycanın varlığına xəyanət etmişdilər.
Onların bugünkü fəaliyyətləri də iqtidara qarşı deyil, əslində, Azərbaycanın müstəqilliyinə qarşı fəaliyyətdir. Əgər
müxalifət Bakı–Ceyhanın uğurla inşa olunmasından
məyus olursa, müxalifət idmançılarımızın beynəlxalq yarışlarda,
Olimpiya oyunlarında qızıl medallar qazanmasından peşman olursa, bunu başqa cür necə qiymətləndirmək olar? Bu,
Azərbaycanın milli maraqlarına zidd olan siyasətdir! Bütün bunlara baxmayaraq, yenə də bizim ürəyimiz geniş olmalı-
dır. Biz bütün bu yalanlara, böhtanlara baxmayaraq Azərbaycanın gələcəyinə xidmət edərək, onun müstəqilliyini
möhkəmləndirərək, yenə də çalışmalıyıq ki, ölkədə fəaliyyət göstərən siyasi qüvvələr arasında münasibətlər siyasi
müstəvidə qurulsun.
Əziz dostlar!
Mən bir daha sizə öz minnətdarlığımı bildirmək istəyirəm ki, bu görüşə gəldiniz, öz ürək sözlərinizi dediniz,
mənə dəstək verdiniz. Mən avqustun 2-də Ankarada cənab Prezidentin yanında olarkən,
o mənim Baş nazir
vəzifəsinə təyin olunmağımla əlaqədar Milli Məclisə məktub yazmışdı. O, məktubu imzalayandan sonra ona
dedim ki, darıxma, mən sənin etimadını doğruldacağam.
Əgər oktyabrın 15-də mənə etimad göstərilərsə, bu etimadı mən doğruldacaq, Azərbaycan xalqına xidmət
edəcək, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.
Sağ olun.
140
15 OKTYABR PREZİDENT SEÇKİLƏRİ İLƏ
ƏLAQƏDAR XARİCİ ÖLKƏLƏRİN
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ ÜÇÜN
MƏTBUAT KONFRANSINDA
SUALLARA CAVAB
13 oktyabr 2003-cü il
İ l h a m Ə l i y e v: Hörmətli mətbuat nümayəndələri!
Mən sizin hamınızı salamlayıram, Azərbaycana "Xoş gəlmisiniz!" deyirəm. Siz Azərbaycanda keçiriləcək
prezident seçkilərini müşahidə edəcəksiniz. Məlumat vermək istəyirəm ki, bu seçkilər yeni qəbul olunmuş Seçki
Məcəlləsi əsasında keçiriləcəkdir. Məcəllə çox demokratik sənəddir və beynəlxalq təşkilatların
müsbət rəyini
almışdır.
Seçki kampaniyası çox uğurla davam edir və artıq başa çatmaq üzrədir. Bütün namizədlər eyni şəraitə, eyni
hüquqlara malikdir. Hər bir namizədin öz fikirləri, siyasi platforması haqqında seçicilərə məlumat verməyə
geniş imkanı var idi. Həm dövlət televiziyası vasitəsilə onlara geniş şərait yaradılmışdır, həm də bölgələrdə
keçirilmiş görüşlərdə bunun üçün böyük imkanlar var idi. Ona görə də mən əminəm ki, bu seçkilər demokratik
şəkildə, şəffaf və azad keçiriləcəkdir. Seçkilərdən sonra Azərbaycanda gedən demokratik proseslər daha da
inkişaf edəcəkdir.
Mən vaxtınızı çox almaq istəmirəm, bilirəm ki, sizin mənə suallarınız vardır. Bu suallara cavab verməyə
hazıram.
S u a l: Hörmətli cənab Baş nazir İlham Heydəroviç, mən Yaponiya teleşirkətini təmsil edirəm.
Ölkənin inkişafına dair strategiyanız necədir? Siz indicə demokratik inkişaf məsələsinə toxundunuz. Siz
prezident seçilsəniz bu istiqamətdə nə kimi addımlar atacaqsınız? İkinci sualım var. Atanız Heydər
Əliyev, əlbəttə, böyük siyasətçidir. Siz onun prezidentliyini necə qiymətləndirirsiniz? Axı yeni prezidentin
qarşısında yeni vəzifələr durur. Sizin yoxsulluq və cəmiyyətin parçalanması problemlərinin aradan
qaldırılmasına dair planlarınız varmı?
C a v a b: Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılan demokratik islahatlar siyasətinə Azərbaycan
qətiyyətlə əməl edir. Ölkəmizdə çox qanunlar qəbul olunub və onlar demokratiyanı bu sözün əsl mənasında,
inkişaf etdirməyə imkan verir. Artıq üç ildir ki, Azərbaycan Avropa Şurasının üzvüdür və qanunvericiliyimizi
Avropa standartlarına uyğunlaşdırmaq işi, əslində, başa çatmaqdadır. Əminəm ki, seçkilərdən sonra ölkəmiz
azad cəmiyyətin, demokratiyanın inkişafı üzrə öz xəttini davam etdirəcəkdir. Bu, ilk növbədə, Azərbaycan xalqı
üçün və ölkəmizin uğurla inkişafı üçün vacibdir. Bu yolda bütün lazımi tədbirlər görüləcəkdir. Əminəm ki,
demokratik və ədalətli seçkilər keçirilməsi demokratiyanın inkişafı işinə böyük töhfə olacaqdır. Biz bu xəttə,
Azərbaycanın Dünya Birliyinə inteqrasiyasına sadiqik. Biz bu yolda böyük uğurlar qazanmışıq və o xətti davam
etdirəcəyik.
Heydər Əliyev Azərbaycan xalqının lideridir. Ölkədə siyasi ab-havanın necəliyindən asılı olmayaraq, o,
bütün ömrünü Azərbaycana xidmətə həsr etmişdir. Bu, Azərbaycan Sovet İttifaqının bir hissəsi olduğu illərdə
də, onun rəhbərliyi ilə Azərbaycanın müstəqil, azad dövlət kimi formalaşdığı 10 il ərzində də belə olmuşdur.
Sovet İttifaqı dövründə də, müstəqillik dövründə də Heydər Əliyev Azərbaycan xalqına vicdanla, sədaqətlə,
fədakarlıqla xidmət etmişdir. Onun xidmətləri
olduqca böyükdür, bugünkü müstəqil Azərbaycan onun əsəridir.
1993-cü ildə o, xalqın iradəsi ilə Bakıya qayıtmasaydı və prezident seçilməsəydi, şübhəsiz, Azərbaycan bu gün
yenidən hakimiyyət iddiasında olan əvvəlki rəhbərlərin o vaxtlar ölkədə apardıqları məsuliyyətsiz və zərərli
siyasətin fəlakətli çətinlikləri və nəticələri ilə üzləşəcəkdi.
Heydər Əliyev tarixi şəxsiyyətdir. Onun rəhbərliyi ilə Azərbaycanda nə kimi işlər görüldüyü barədə saatlarla
danışmaq olar. Əminəm ki, Azərbaycan xalqı ölkəmizin inkişafı işinə Heydər Əliyevin verdiyi misilsiz töhfəni
layiqincə qiymətləndirib və bundan sonra da qiymətləndirəcəkdir. Onun xətti davam etdirilməlidir.
Azərbaycanda başqa alternativ yoxdur. Son iki həftə ərzində seçicilərlə görüşlərim, gündəlik ünsiyyətlərim məni
bir daha inandırdı ki, Azərbaycan xalqı Heydər Əliyevin siyasətinə sadiqdir və bütün istiqamətlərdə, o cümlədən
əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələsində onun xəttini davam etdirəcəkdir.
S u a l: Mən "Röyter" informasiya agentliyini təmsil edirəm. Bəzi adamlar deyirlər ki, onlar yeni
iqtisadi siyasətə ehtiyac duyurlar. Siz isə dediniz ki, atanızın siyasətini davam etdirəcəksiniz.
C a v a b: Əgər siz maraqlanıb öyrənsəydiniz ki, son 7 ildə ölkəmizdə ümumi daxili məhsulun artımı hər il
10 faiz olmuşdur, hakim partiyanın qələbəsinə sizdə şübhə oyanmazdı. Əgər siz 1993-cü ildə ölkədə indiki
müxalifətin rəhbərliyi ilə nələr baş verdiyinin şahidi olsaydınız, tamam başqa sual verərdiniz.
Azərbaycan xalqı o vaxtların qayıtmasından qorxur, çünki indi müxalifətdə olanların rəhbərliyi ilə ölkə