134
və bu sərvətlərdən indi səmərəli istifadə olunur. Azərbaycanın çox güclü insan potensialı var,
peşəkar
mütəxəssislər var və Azərbaycan rəhbərliyində qarşıda duran bütün məsələləri həll etmək üçün möhkəm iradə
var. Biz xalqla birlikdə Azərbaycanı inkişaf etdirəcəyik, ölkəmizi zəngin, qüdrətli dövlətə çevirəcəyik.
Əziz bacılar və qardaşlar!
Əziz qubalılar!
Əziz xaçmazlılar!
Əziz qusarlılar!
Bu mərasimə gəldiyinizə görə hamınıza öz təşəkkürümü bildirmək istəyirəm və sizi əmin edirəm ki, mən
Heydər Əliyevin siyasi xəttinə sadiq olacağam. Heç bir qüvvə məni bu yoldan döndərə bilməz.
Yaşasın Heydər Əliyev!
Yaşasın müstəqil Azərbaycan!
Mən çıxışımın əvvəlində Dağıstandan gəlmiş qardaşlarımızı – hörmətli Səid Camaloviçi,
Qurban müəllimi
salamladım. Bu gün bu tədbirdə Dağıstanın hörmətli rəhbəri, Dövlət Şurasının sədri Məhəmmədəli
Məhəmmədovun oğlu iştirak edir, mən onu da salamlayıram.
135
RESPUBLİKA ƏLVAN METALLURGİYA
SƏNAYESİNİN ƏN İRİ OBYEKTLƏRİNDƏN BİRİ – "AZƏRBAYCAN ALÜMİNİUMU"
SƏHMDAR CƏMİYYƏTİNİN
SUMQAYIT ƏLVAN METAL
MÜƏSSİSƏSİNİN ƏMƏKÇİLƏRİ İLƏ GÖRÜŞDƏ ÇIXIŞ
12 oktyabr 2003-cü il
Əziz sumqayıtlılar!
Əziz xanımlar və cənablar!
Sizi ürəkdən salamlayıram. Bu gün Azərbaycanın iqtisadi həyatında çox əlamətdar bir gündür. Sumqayıt
alüminium zavodu öz fəaliyyətini bərpa edir. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm. Bu
doğrudan da mühüm və diqqətəlayiq bir hadisədir. Bu barədə çox sözlər demək olar. Amma ən gözəl sözlərdən
daha da dəyərlisi bu mənzərədir. Bura nə vəziyyətdə idi, indi isə necədir.
Mənə verilən məlumata görə, digər
sexlər də yaxın gələcəkdə bərpa olunacaq, ən müasir standartlara cavab verəcəkdir. Bu bir daha onu göstərir ki,
Azərbaycanda Heydər Əliyevin siyasəti davam edir və öz nəticələrini verməkdədir. Xüsusilə qeyri-neft
sektorunun inkişaf etməsi Azərbaycanın gələcək inkişafı üçün mühüm bir amildir. Bildiyiniz kimi, neft
sektorunda işlər çox yaxşıdır. Qarşımızda duran bütün proqramları vaxtında həyata keçiririk. Bununla bağlı heç
bir problem yoxdur və əminəm ki, olmayacaqdır. On minlərlə yeni iş yerləri açılıbdır.
Böyük infrastruktur
obyektləri tikilibdir. Milyardlarla dollar sərmayə qoyulubdur. Yaxın gələcəkdə, Bakı–Tbilisi–Ceyhan neft
kəməri istismara verildikdən sonra bütün Azərbaycan xalqı 1994-cü ildə nə qədər cəsarətli, düzgün addım
atıldığını daha yaxşı hiss edəcəkdir.
Qeyri-neft sektorunun inkişafı bizim iqtisadi siyasətimizin əsas istiqamətidir. Çox sevindirici haldır ki, bu
istiqamətdə də inkişaf göz qabağındadır. İqtisadi İnkişaf nazirinin çıxışında Sumqayıtda görülən işlər haqqında
məlumat verildi. Bu zavodda 650 adam işlə təmin olunubdur. Azərboru zavodunda 1200 nəfər adam işlə təmin
edilibdir. Eşitdiyimə görə, Aşqarlar zavodunda 200-dən artıq, Sintetik-kauçuk zavodunda 100-dən artıq adam
işlə təmin edilmişdir. Fəaliyyətini dayandırmış digər müəssisələr də işə salınır. Bu, çox mühüm amildir. Yeni iş
yerlərinin açılması Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində atılan addımları daha da
gücləndirəcəkdir.
Mən əminəm ki, gələcəkdə Azərbaycanda işsizlik problemi olmayacaq və olmamalıdır.
Bizdə bütün imkanlar var. Təbii sərvətlərimiz var, iqtisadiyyatımız güclənir, insan potensialımız güclüdür və
hökumətin xüsusi proqramı da vardır. Bu proqram artıq həyata keçirilir. Son 10-12 gün ərzində mən bölgələrdə
olarkən yeni tikilib istifadəyə verilmiş bir neçə müəssisənin açılışında iştirak etmişəm. Bölgələrdə də bu proses
gedir. Orada da yeni iş yerləri açılır,
yeni zavodlar, fabriklər, sosial obyektlər inşa edilir. Beləliklə, Azərbaycan
hərtərəfli inkişaf edir, yaxın gələcəkdə ölkəmiz iqtisadi cəhətdən güclü ölkəyə çevriləcəkdir.
Bu da öz növbəsində imkan verəcək ki, sosial məsələlərin həllinə daha böyük diqqət göstərilsin.
Bu diqqət
indi də göstərilir. Sumqayıtda da son müddət ərzində görülən tədbirlər nəticəsində, – əminəm ki, sakinlər də
bunu hiss edirlər, - şəhərdə böyük abadlıq, quruculuq işləri gedir. Yerli icra oqranlarının çox gərgin fəaliyyəti
nəticəsində Sumqayıt çox abadlaşıbdır. Böyük təmir işləri aparılır. Bəlkə bu, o qədər də mühüm məsələ deyil,
amma
mən qeyd etmək istəyirəm ki, mənə verilən məlumata görə, yaşayış binalarında 121 lift təmir edilibdir.
Əlbəttə, bu, ölkənin iqtisadi həyatında mühüm məsələ deyil, lakin insanların rahatlığı üçün çox mühüm
məsələdir. Harada lift varsa, gərək o işləsin. Əgər onu təmir etmək mümkündürsə, deməli, təmir olunmalıdır.
Mən
təəssüflə demək istəyirəm ki, keçmişdə bu məsələlərə diqqət lazımi səviyyədə deyildi. Amma hökumətdə
olanların, icra orqanlarının birinci vəzifəsi ondan ibarətdir ki, insanlara, vətəndaşlarımıza daha yaxşı şərait
yaratsınlar. Düzdür, elə məsələlər var ki, onlar qlobal xarakter daşıyır, çoxlu sərmayə, böyük layihələrin həyata
keçirilməsi tələb olunur. Amma elə işlər də var ki, əgər insanın ürəyi yanırsa, rəhbərin ürəyi yanırsa, bunu
etmək mümkündür. Bu, bəlkə də kiçik bir nümunədir. Amma özlüyündə bu nümunə göstərir ki,
sosial
məsələlərin həlli istiqamətində Sumqayıtda son dövr ərzində çox iş görülür. Mən bu işləri çox yüksək qiy-
mətləndirirəm və yerli icra orqanlarına yeni-yeni uğurlar arzulayıram.
Azərbaycanın bütün bölgələrində sosial məsələlərin həllinə böyük diqqət göstərilir və göstəriləcəkdir. Bu,
Azərbaycanın gələcəyi üçün lazımdır. Mən bilirəm ki, Sumqayıtda 60 mindən çox qaçqın və məcburi köçkün
yerləşibdir.
Bilirsiniz ki, möhtərəm cənab Prezidentimizin fərmanları ilə məcburi köçkünlərin və qaçqınların yaşayış
şəraitinin yaxşılaşdırılması üçün tədbirlər planı həyata keçirilir, yeni qəsəbələr salınır, yeni evlər tikilir. Biz də
çalışacağıq ki, gələcəkdə də Azərbaycanda qaçqınlara və köçkünlərə köməyimizi əsirgəməyək. Əmin ola
bilərsiniz ki, bu istiqamətdə işlər davam etdiriləcəkdir.
Amma, əlbəttə ki, bu məsələni əsaslı surətdə həll etmək üçün Ermənistan-Azərbaycan münaqişəsinə son