İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə62/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   58   59   60   61   62   63   64   65   ...   86

134 
 
və bu sərvətlərdən indi səmərəli istifadə olunur. Azərbaycanın çox güclü insan potensialı var, peşəkar 
mütəxəssislər var və Azərbaycan rəhbərliyində qarşıda duran bütün məsələləri həll etmək üçün möhkəm iradə 
var. Biz xalqla birlikdə Azərbaycanı inkişaf etdirəcəyik, ölkəmizi zəngin, qüdrətli dövlətə çevirəcəyik.  
Əziz bacılar və qardaşlar!  
Əziz qubalılar! 
Əziz xaçmazlılar!  
Əziz qusarlılar!  
Bu mərasimə  gəldiyinizə görə hamınıza öz təşəkkürümü bildirmək istəyirəm və sizi əmin edirəm ki, mən 
Heydər Əliyevin siyasi xəttinə sadiq olacağam. Heç bir qüvvə məni bu yoldan döndərə bilməz.  
Yaşasın Heydər Əliyev!  
Yaşasın müstəqil Azərbaycan!  
Mən çıxışımın əvvəlində Dağıstandan gəlmiş qardaşlarımızı –  hörmətli Səid Camaloviçi, Qurban müəllimi 
salamladım. Bu gün bu tədbirdə Dağıstanın hörmətli rəhbəri, Dövlət  Şurasının sədri Məhəmmədəli 
Məhəmmədovun oğlu iştirak edir, mən onu da salamlayıram. 


135 
 
 
RESPUBLİKA ƏLVAN METALLURGİYA  
SƏNAYESİNİN ƏN İRİ OBYEKTLƏRİNDƏN BİRİ  –  "AZƏRBAYCAN ALÜMİNİUMU" 
SƏHMDAR CƏMİYYƏTİNİN  
SUMQAYIT ƏLVAN METAL  
MÜƏSSİSƏSİNİN ƏMƏKÇİLƏRİ İLƏ GÖRÜŞDƏ ÇIXIŞ 
 
12 oktyabr 2003-cü il 
 
Əziz sumqayıtlılar! 
Əziz xanımlar və cənablar! 
Sizi ürəkdən salamlayıram. Bu gün Azərbaycanın iqtisadi həyatında çox əlamətdar bir gündür. Sumqayıt 
alüminium zavodu öz fəaliyyətini bərpa edir. Bu münasibətlə  mən sizin hamınızı ürəkdən təbrik edirəm. Bu 
doğrudan da mühüm və diqqətəlayiq bir hadisədir. Bu barədə çox sözlər demək olar. Amma ən gözəl sözlərdən 
daha da dəyərlisi bu mənzərədir. Bura nə vəziyyətdə idi, indi isə necədir. Mənə verilən məlumata görə, digər 
sexlər də yaxın gələcəkdə bərpa olunacaq, ən müasir standartlara cavab verəcəkdir. Bu bir daha onu göstərir ki, 
Azərbaycanda Heydər  Əliyevin siyasəti davam edir və öz nəticələrini verməkdədir. Xüsusilə qeyri-neft 
sektorunun inkişaf etməsi Azərbaycanın gələcək inkişafı üçün mühüm bir amildir. Bildiyiniz kimi, neft 
sektorunda işlər çox yaxşıdır. Qarşımızda duran bütün proqramları vaxtında həyata keçiririk. Bununla bağlı heç 
bir problem yoxdur və  əminəm ki, olmayacaqdır. On minlərlə yeni iş yerləri açılıbdır. Böyük infrastruktur 
obyektləri tikilibdir. Milyardlarla dollar sərmayə qoyulubdur. Yaxın  gələcəkdə, Bakı–Tbilisi–Ceyhan neft 
kəməri istismara verildikdən sonra bütün Azərbaycan xalqı 1994-cü ildə  nə  qədər cəsarətli, düzgün addım 
atıldığını daha yaxşı hiss edəcəkdir.  
Qeyri-neft sektorunun inkişafı bizim iqtisadi siyasətimizin  əsas istiqamətidir. Çox sevindirici haldır ki, bu 
istiqamətdə də inkişaf göz qabağındadır. İqtisadi İnkişaf nazirinin çıxışında Sumqayıtda görülən işlər haqqında 
məlumat verildi. Bu zavodda 650 adam işlə təmin olunubdur. Azərboru zavodunda 1200 nəfər adam işlə təmin 
edilibdir. Eşitdiyimə görə, Aşqarlar zavodunda 200-dən artıq, Sintetik-kauçuk zavodunda 100-dən artıq adam 
işlə təmin edilmişdir. Fəaliyyətini dayandırmış digər müəssisələr də işə salınır. Bu, çox mühüm amildir. Yeni iş 
yerlərinin açılması Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində atılan addımları daha da 
gücləndirəcəkdir. Mən əminəm ki, gələcəkdə Azərbaycanda işsizlik problemi olmayacaq və olmamalıdır. 
Bizdə bütün imkanlar var. Təbii sərvətlərimiz var, iqtisadiyyatımız güclənir, insan potensialımız güclüdür və 
hökumətin xüsusi proqramı da vardır. Bu proqram artıq həyata keçirilir. Son 10-12 gün ərzində mən  bölgələrdə 
olarkən yeni tikilib istifadəyə verilmiş bir neçə müəssisənin açılışında iştirak etmişəm. Bölgələrdə də bu proses 
gedir. Orada da yeni iş yerləri açılır, yeni zavodlar, fabriklər, sosial obyektlər inşa edilir. Beləliklə, Azərbaycan 
hərtərəfli inkişaf edir, yaxın gələcəkdə ölkəmiz iqtisadi cəhətdən güclü ölkəyə çevriləcəkdir.  
Bu da öz növbəsində imkan verəcək ki, sosial məsələlərin həllinə daha böyük diqqət göstərilsin. Bu diqqət 
indi də göstərilir. Sumqayıtda da son müddət  ərzində görülən tədbirlər nəticəsində, – əminəm ki, sakinlər də 
bunu hiss edirlər, - şəhərdə böyük abadlıq, quruculuq işləri gedir. Yerli icra oqranlarının çox gərgin fəaliyyəti 
nəticəsində Sumqayıt çox abadlaşıbdır. Böyük təmir işləri aparılır. Bəlkə bu, o qədər də mühüm məsələ deyil, 
amma mən qeyd etmək istəyirəm ki, mənə verilən məlumata görə, yaşayış binalarında 121 lift təmir edilibdir. 
Əlbəttə, bu, ölkənin iqtisadi həyatında mühüm məsələ deyil, lakin insanların rahatlığı üçün çox mühüm 
məsələdir. Harada lift varsa, gərək o işləsin. Əgər onu təmir etmək mümkündürsə, deməli, təmir olunmalıdır. 
Mən təəssüflə demək istəyirəm ki, keçmişdə bu məsələlərə diqqət lazımi səviyyədə deyildi. Amma hökumətdə 
olanların, icra orqanlarının birinci vəzifəsi ondan ibarətdir ki, insanlara, vətəndaşlarımıza daha yaxşı  şərait 
yaratsınlar. Düzdür, elə məsələlər var ki, onlar qlobal xarakter daşıyır, çoxlu sərmayə, böyük layihələrin həyata 
keçirilməsi tələb olunur. Amma elə  işlər də var ki, əgər insanın ürəyi yanırsa, rəhbərin ürəyi yanırsa, bunu 
etmək mümkündür. Bu, bəlkə  də kiçik bir nümunədir. Amma özlüyündə bu nümunə göstərir ki, sosial 
məsələlərin həlli istiqamətində Sumqayıtda son dövr ərzində çox iş görülür. Mən bu işləri çox yüksək qiy-
mətləndirirəm və yerli icra orqanlarına yeni-yeni uğurlar arzulayıram. 
Azərbaycanın bütün bölgələrində sosial məsələlərin həllinə böyük diqqət göstərilir və göstəriləcəkdir. Bu, 
Azərbaycanın gələcəyi üçün lazımdır. Mən bilirəm ki, Sumqayıtda 60 mindən çox qaçqın və məcburi köçkün 
yerləşibdir.   
Bilirsiniz ki, möhtərəm cənab Prezidentimizin fərmanları ilə  məcburi köçkünlərin və qaçqınların yaşayış 
şəraitinin yaxşılaşdırılması üçün tədbirlər planı həyata keçirilir, yeni qəsəbələr salınır, yeni evlər tikilir. Biz də 
çalışacağıq ki, gələcəkdə  də Azərbaycanda qaçqınlara və köçkünlərə köməyimizi  əsirgəməyək.  Əmin ola 
bilərsiniz ki, bu istiqamətdə işlər davam etdiriləcəkdir. 
 Amma,  əlbəttə ki, bu məsələni  əsaslı surətdə  həll etmək üçün Ermənistan-Azərbaycan münaqişəsinə son 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə