İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə64/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   60   61   62   63   64   65   66   67   ...   86

138 
 
tərəfidir. Problemin əsas tərəfi ondadır ki, Ermənistan öz işğalçı siyasətindən  əl çəkməlidir. Biz əlbəttə ki
sülhün tərəfdarıyıq. İstəmirik ki, yenidən müharibə başlasın, yenidən qan tökülsün. Ona görə bütün səylərimizi 
buna yönəltmişik ki, sülh danışıqlarında bir irəliləyiş əldə olunsun. Eyni zamanda, əgər razılığa gələriksə, sülh 
müqaviləsi ancaq bir neçə prinsip əsasında imzalana bilər. O prinsiplər də ondan ibarətdir ki, Azərbaycanın 
ərazi bütövlüyü tamamilə bərpa edilməlidir. İşğal edilmiş torpaqlar azad olunmalıdır. 
Əgər kimsə, hansısa beynəlxalq təşkilat və yaxud da hansısa dairələr fikirləşirlərsə ki, Azərbaycanı onun 
milli maraqlarına cavab verməyən sazişə zorla dəvət etmək olar, onlar səhv edirlər. Məhz bu prinsiplər gərək 
qorunsun. Azərbaycan müstəqil dövlətdir. Bütün hüquq normaları Ermənistan tərəfindən pozulubdur və bu 
normalara mütləq əməl olunmalıdır. Biz gələcəkdə də çalışacağıq ki, münaqişəni sülh yolu ilə həll edək. Hələ ki, 
ümidlərimiz tükənməyibdir. Ancaq, eyni zamanda, bütün başqa hadisələrə də hazır olmalıyıq. 
Mən qeyd etdim ki, Azərbaycan iqtisadi cəhətdən güclü dövlətə çevrilir. Onun iqtisadi perspektivləri çox 
parlaqdır. Bütün bunları biz bilirik. Növbəti beş il ərzində ancaq neft-qaz sektorunun fəaliyyəti nəticəsində 5 
milyard dollar vəsait daxil olacaqdır.  Əlbəttə, bu vəsait bizə imkan verəcək ki, Azərbaycan hərtərəfli inkişaf 
etsin. Belə  də olacaqdır. Azərbaycan yaxın gələcəkdə qüdrətli, zəngin dövlətə çevriləcəkdir. Məqsədimiz də 
bundan ibarətdir. Biz istəyirik ki, Azərbaycan xalqı daha yaxşı yaşasın. 
Bütün bu müsbət uğurlardan danışarkən, yaddan çıxarmamalıyıq ki, işsizliyin səviyyəsi kifayət qədər 
yüksəkdir. Yoxsulluq mövcuddur. Digər sosial məsələlər hələ ki, tam həcmdə öz həllini tapmayıbdır. Amma 
buna baxmayaraq, tərəqqi də müşahidə olunur. Ölkə inkişaf edir və son altı il ərzində ümumi daxili məhsulun 
illik artımı təxminən 10 faiz təşkil edir. Bu yaxınlarda bir xarici qonaqla söhbət əsnasında dedi ki, bilirsiniz, o 
ölkədə ki, altı il ərzində ümumi daxili məhsulun artımı 10 faiz təşkil edir, o ölkənin iqtidarı, adətən, seçkilərdə 
qalib gəlir. 
Bu,  əlbəttə ki, işin bir tərəfidir.  İqtisadi siyasətimiz, Heydər  Əliyevin apardığı neft strategiyası Azərbaycana 
böyük uğurlar gətiribdir və bunu heç kəs inkar edə bilməz. Digər tərəfdən, bu illər, son on il ərzində Azərbaycanın 
müstəqilliyi möhkəmlənmişdir. Azərbaycan ilk vaxtlar müstəqil dövlət kimi mövcud olanda onun müstəqilliyi, bir 
növ, rəmzi xarakter daşıyırdı. Əlbəttə ki, müstəqilliyimiz tanınmışdı, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 
üzvü idi və müstəqilliyi əks etdirən bütün atributları da vardı. Amma əsl müstəqillik o vaxt əldə edilir ki, ölkə tam 
mənada müstəqil siyasət aparmaq iqtidarında olur. Bu baxımdan Azərbaycan həqiqi mənada müstəqil dövlətdir. 
Biz qonşu dövlətlərə nəzər sala bilərik. Orada olan vəziyyətlə az-çox tanışıq. O ölkələrin bəzilərində müstəqillik 
şərti xarakter daşıyır, məhdud xarakter daşıyır. 
Azərbaycan isə tam mənada müstəqildir və dünyada öz siyasətini aparır. Bütün çətinliklərə, keçmişdə olan 
təzyiqlərə baxmayaraq, Heydər  Əliyev tutduğu yoldan dönmədi. Heç kimin  qarşısında  əyilmədi, ölkəni 
möhkəmləndirdi, müstəqilliyimizi dönməz etdi. Mən əminəm ki, bu proses dönməz xarakter alıbdır. Azərbaycan 
bundan sonra da öz siyasətini bütün sahələrdə müstəqil şəkildə həyata keçirəcəkdir. 
Bunu etmək üçün, əlbəttə ki, hakimiyyət, iqtidar gərək güclü olsun. O ölkədə ki iqtidar, hakimiyyət zəifdir, əlbəttə, 
xarici təsirə də məruz qala bilər. Öz şəxsi maraqlarını qorumaq üçün hansısa, öz ölkəsi üçün məqbul olmayan güzəştlərə 
də gedə bilər. Amma biz bunlara heç vaxt imkan vermərik. Nəyin bahasına olursa-olsun, ilk növbədə, Azərbaycanın 
milli maraqları qorunmalıdır. Biz hamımız bu maraqları qoruyacağıq. 
Burada çıxışlarda belə bir fikir səsləndi ki, idmançılara qayğı göstərilir. Əlbəttə, bu çox müsbət haldır. Bu 
vaxta qədər mənim bir neçə vəzifəm var idi. Onlardan biri Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsidir. 
Ümumiyyətlə, mən bütün işlərə, bütün vəzifələrə çox məsuliyyətlə yanaşıram. Ona görə ki, bu vəzifələri mənə 
Heydər  Əliyev tapşırmışdı.  İdmançılara qayğı göstərmək, idmanı inkişaf etdirmək, idmançılarımızın həyat 
səviyyəsini yaxşılaşdırmaq, onların beynəlxalq yarışlarda iştirakını  təmin etmək mənim vəzifə borcum idi və 
indi də  vəzifə borcumdur. Əlbəttə,  əgər mənim oktyabrın 15-də  vəzifə borclarım genişlənsə, söz verirəm ki, 
bütün sahələrə eyni diqqətlə yanaşacağam.  
Siz məndən yaxşı bilirsiniz ki, möhtərəm prezident Heydər  Əliyev elmə, mədəniyyətə,  ədəbiyyata, 
incəsənətə daim böyük diqqətlə yanaşır, bu münasibət ürəkdən gəlir, reklam üçün, təbliğat üçün deyildir. Biz 
hamımız bunu yaxşı bilirik. Məhz bu diqqətin, qayğının nəticəsində Azərbaycanda mədəniyyət, incəsənət
ədəbiyyat inkişaf edibdir. İmkan yarandıqca, cənab Prezident sərəncamlar vermişdir ki, yaradıcılıqla məşğul 
olan insanların həyat səviyyəsi yaxşılaşsın, onlara yaxşı şərait yaradılsın. Burada çox düzgün qeyd olundu ki, 
bazar iqtisadiyyatı  şəraitində bu məsələlərə, adətən, dövlət tərəfindən diqqət göstərilir.  Əgər biz digər inkişaf 
etmiş ölkələrin təcrubəsinə nəzər salsaq, görə bilərik ki, orada dövlət tərəfindən belə addımlar atılmır. Orada hər 
şey bazar iqtisadiyyatı prinsipləri əsasında qurulur. Amma, əlbəttə ki, Azərbaycanda Heydər Əliyevin siyasəti 
nəticəsində bu sahəyə diqqət göstərilibdir. Təqaüdlər təsis edilibdir. 
Burada latın əlifbası ilə bağlı, kitabların çap olunması ilə bağlı çox dəyərli təkliflər səsləndi. Mən düşünürəm 
ki,  əgər bu barədə  təkliflər paketi təqdim olunarsa, bütün bu məsələlər öz həllini tezliklə tapa bilər. 
Ümumiyyətlə, mən düşünürəm ki, bütün yaradıcılıq ittifaqları tərəfindən bizə təkliflər göndərilməlidir. Harada 
nə problemlər varsa, onlara operativ şəkildə baxılacaqdır. Mən qəti əminəm, elə məsələ yoxdur ki, onun həlli 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə