İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə60/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   56   57   58   59   60   61   62   63   ...   86

131 
 
bu inkişaf hiss olunmur – ilk növbədə, o ölkələrin mərkəz şəhərləri, paytaxtları, yaxud böyük şəhərləri inkişaf 
edir. Kiçik şəhərlər, rayonlar o qədər də inkişaf etmir. Amma biz istəyirik ki, Azərbaycanın hər bir bölgəsi, lap 
ən balaca, kiçik kəndi, qəsəbəsi, rayonu da inkişaf etsin. Orada insanlar rahat yaşasınlar, yaxşı maaş alsınlar, 
uşaqlara yaxşı  tərbiyə verə bilsinlər. Xəstəxanalarda yaxşı müalicə olunsunlar, yaxşı  məktəblərdə oxusunlar, 
müasir müəssisələrdə  işləsinlər. Bizim məqsədimiz budur. Əminəm ki, bu, bütövlükdə Azərbaycan xalqının 
məqsədidir və amalıdır. Bizdən asılı olan isə bunu həyata keçirməkdir. Bunu həyata keçirmək üçün də xalqın 
dəstəyi, inamı lazımdır. Biz bu dəstəyi, inamı hiss edirik, buna arxalanırıq. Bu dəstəyi hiss edərək işlərimizi 
davam etdirəcəyik. 
Əziz siyəzənlilər, yeni istifadəyə verilmiş bu gözəl müəssisənin açılışı münasibətilə sizin hamınızı bir daha 
ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uğurlar, xoşbəxtlik arzulayıram. Sağ olun.  
 
 
 
 
 


132 
 
 
QUBA OLİMPİYA İDMAN KOMPLEKSİNİN  
TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ ÇIXIŞ  
 
11 oktyabr 2003-cü il  
 
Əziz qubalılar! 
Əziz qusarlılar! 
Əziz xaçmazlılar!  
Mən sizin hamınızı salamlayıram, bu görüşə gəldiyinizə görə sizə öz təşəkkürümü bildirmək istəyirəm. 
Sizin hamınızı burada istifadəyə verilmiş gözəl Olimpiya İdman Kompleksinin açılışı münasibətilə ürəkdən 
təbrik edirəm. 
Mən bu gün kompleksin açılışında bizimlə  bərabər iştirak edən qardaş Dağıstandan gəlmiş dostlarımızı – 
hörmətli Səid Camaloviç Qurbanovu və hörmətli Qurban Qurbanovu salamlamaq istəyirəm. Siz Azərbaycana 
xoş gəlmisiniz! Səid Camaloviç möhtərəm cənab Prezidentimizin köhnə, çox etibarlı dostudur. Onlar 40 ildən 
çoxdur ki, dostluq edirlər, bir-biriləri ilə  əlaqə saxlayırlar. Dəfələrlə görüşmüşlər, bütün məsələləri müzakirə 
etmişlər və  əlbəttə ki, Azərbaycanla Dağıstan arasında, Azərbaycanla Rusiya arasında olan mehriban dostluq 
münasibətlərinin qurulmasında da onların müstəsna xidmətləri vardır. Fürsətdən istifadə edərək, bu işdə 
göstərdiyi xidmətlərə görə hörmətli Səid Camaloviçə öz təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.  
Dağıstan və Azərbaycan xalqları daim birlikdə olublar, bir-birilərinə daim kömək ediblər. Bu bütün 
dövrlərdə belə olubdur. Keçmiş dövrlərdə – burada Qurban müəllim dedi, – Dağıstan xalqları üçün ən çətin dövr 
olan Böyük Vətən müharibəsi zamanı mənim babam Əziz Əliyev Dağıstana rəhbərlik edərkən böyük xidmətlər 
göstərib və  mən dağıstanlılara minnətdaram ki, onun xidmətlərini unutmayıblar. Biz bütün dövrlərdə qardaş 
olmuşuq. Çox şadam ki, Azərbaycan, Rusiya müstəqil dövlət olandan sonra bu əlaqələr davam edir, genişlənir, 
güclənir.  Əlbəttə ki, bu işdə Dağıstan Respublikası Dövlət  Şurasının sədri hörmətli Məhəmmədəli 
Məhəmmədovun böyük xidmətləri var. Bizim cənab Prezidentimiz və  Məhəmmədəli müəllim daim ünsiyyət 
saxlayaraq, bütün məsələləri operativ şəkildə həll edirdilər. Bu fürsətdən istifadə edərək, mən Dağıstandan gələn 
nümayəndələrdən xahiş etmək istəyirəm ki, cənab Məhəmmədəli Məhəmmədova bizim ən xoş arzularımızı, 
səmimi salamlarımızı  çatdırsınlar. 
Bu gün Azərbaycanın idman həyatında çox əlamətdar bir gündür, Quba şəhərində yeni müasir Olimpiya 
idman kompleksi istifadəyə verilir. Bu, Azərbaycanda son illər ərzində bu istiqamətdə aparılan işlərin məntiqi 
davamıdır. Bilirsiniz ki, Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə Azərbaycanın müxtəlif bölgələrində olimpiya 
kompleksləri tikilmişdir. Onların bir neçəsi son on gün ərzində istifadəyə verilmişdir.  İndi isə Qubada tikilib 
istifadəyə verilmiş kompleksi də biz bu gün sizinlə  bərabər açırıq. Bunlar nəinki idmanın, ümumiyyətlə, 
Azərbaycanın hərtərəfli inkişafı üçün çox mühüm işlərdir. Belə komplekslərin yaradılması gənclərimizi idmana 
daha da yaxınlaşdıracaqdır. İdmanla məşğul olmaq üçün gözəl şərait yaradılacaqdır. Bizim məqsədimiz budur. 
İstəyirik ki, Azərbaycanın hər bir uşağı, gənci idmanla məşğul olsun. Məşğul olmaq üçün də biz gözəl  şərait 
yaradırıq və görürük ki, uşaqların idman bölmələrinə axını daha da sürətlənir. Gələcəkdə Azərbaycanda idman 
daha da kütləvi xarakter alacaqdır.  
Mən dəfələrlə  bəyan etmişəm və bu gün bir daha bildirirəm – Milli Olimpiya Komitəsinin  əsas vəzifəsi 
budur ki, Azərbaycanda sağlam gənc nəsil yetişsin, sağlam gənclərimiz olsun. Bu istiqamətdə işlərimiz davam 
edəcəkdir.  
Heç kəs üçün sirr deyil ki, idman hər bir ölkənin ictimai həyatında da mühüm rol oynayır, ölkəni tanıdır, 
xaricdə  təqdim edir. Elə ölkələr var ki, onlar ancaq idmanda əldə olunan nəticələrə görə dünyada tanınırlar. 
Amma Azərbaycan dünyada həm də öz qədim tarixi, mədəni irsi, nailiyyətləri ilə tanınır. Öz lideri Heydər 
Əliyev ilə tanınır. O cümlədən, idmançılarımız da Azərbaycanı dünyada tanıdırlar. İdmançılarımızın beynəlxalq 
yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında qazandıqları yüksək nəticələr, əlbəttə, hər 
bir Azərbaycan vətəndaşını, o cümlədən Milli Olimpiya Komitəsinin Prezidenti kimi, məni də çox sevindirir. 
Bu kompleks bir neçə  vəzifəyə xidmət edəcəkdir. Bu çox möhtəşəm bir kompleksdir. Burada həm qapalı 
idman salonu, qapalı hovuz, stadion, idman meydançaları, otel, kotteclər, digər infrastruktur yaradılıbdır. Yəni 
bu kompleks, eyni zamanda bu bölgədə turizmin inkişafına xidmət göstərəcəkdir. Mən bilirəm ki, turizm 
baxımından bu bölgə, bu zona, xüsusilə Quba şəhəri, rayonu çox məqbul bir yerdir. Buranın çox gözəl təbiəti 
var. Əgər bu bölgədə turizmin inkişafına nail ola bilsək, əlbəttə ki, bu, həm rayonun sosial-iqtisadi vəziyyətinə 
müsbət təsir göstərəcək, həm də yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır. Bizim məqsədimiz budur. 
Mən əminəm ki, gələcəkdə bu kompleks beynəlxalq mərkəz şəklini alacaqdır.  
Baxmayaraq ki, kompleks yenicə açılır, amma mənə verilən məlumata görə, artıq  müxtəlif ölkələrdən 
sifarişlər daxil olmağa başlayıbdır: həm idmançılar burada təlim-məşq toplantıları keçirmək istəyirlər, həm də 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə