İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə68/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   64   65   66   67   68   69   70   71   ...   86

144 
 
vasitəsilə izləyir, çünki bizim televiziya kanallarının internetə qoşulmaq imkanı var. Siz dediyiniz şayiələrin 
qarşısını almağa çalışmırıq, ona görə ki, bizdə  mətbuat azaddır.  Əgər biz həmin mətbu nəşrlərə qarşı inzibati 
tədbirlər görsəydik, bu, demokratik normalara zidd olardı. Şayiələrin digər səbəbi müxalifət mətbuatında ədəb-
ərkan normalarının olmamasındadır, bu şayiələri yayanların  əməlləri insanlığa ziddir, bu adamlar özlərini 
normal məxluq kimi aparmalıdırlar.  
S u a l: Rusiya televiziyası. Cənab Baş nazir, Azərbaycan son 10 ildə hasilat sənayesində, xüsusən neft 
sektorunda, həqiqətən, böyük uğurlara nail olmuşdur. Siz prezident seçilsəniz, digər sahələri, məsələn, 
kənd təsərrüfatını və sairəni də inkişaf etdirəcəksinizmi? 
C a v a b: Bilirsinizmi, mən bu fikirlə razı deyiləm. Lakin neft sektorunun sürətlə inkişafı, sadəcə olaraq, 
hamının gözü qabağındadır. Digər sahələrdə  əldə edilmiş nailiyyətlər onun arxasında, bəlkə  də, həmişə 
görünmür. MDB ölkələri arasında birinci olaraq Azərbaycan torpaq islahatı apardı və torpaq kəndlilərin xüsusi 
mülkiyyətinə verildi. Yalnız bir vergi, torpaq vergisi istisna olmaqla, bu sahədəki bütün vergilər ləğv edilmişdir. 
Biz son 6-7 ildə  kənd təsərrüfatı istehsalının sürətlə, 4-5 dəfə artdığını, bəzi kənd təsərrüfatı  məhsulu 
istehsalında isə  hətta 10 dəfə artdığını müşahidə edirik. İndi Azərbaycan kənd təsərrüfatı məhsulları ilə özünü 
tamamilə təmin edir və bu meyl davam etməkdədir. Qeyri-neft sektorunun, təkcə kənd təsərrüfatının deyil, həm də 
neft kimyasının, tikintinin, nəqliyyatın, xidmət sahəsinin inkişaf etdirilməsi hakimiyyətdə olacaq hər hansı hökumətin 
fəaliyyətinin öncül istiqaməti olacaqdır. Biz neft sektorunda böyük uğurlar qazanmışıq, burada ciddi problemlər 
yoxdur, ona görə  də qeyri-neft sektorunun inkişaf etdirilməsi öncül vəzifə olmalıdır. Bu istiqamətdə  iş aparılır. 
Azərbaycanın illərdən bəri boş dayanan iri sənaye müəssisələri artıq öz fəaliyyətini bərpa edir. Son iki ayda mən 
yeni fabrik və zavodların açılışında və çoxdan işləməyən müəssisələrin fəaliyyətinin bərpasında iştirak etmişəm. 
Bu bizim üçün öncül istiqamət olacaqdır və  əminəm ki, Azərbaycan dinamik surətdə  və  hərtərəfli inkişaf 
edəcəkdir. 
S u a l: Türkiyənin "Samanyolu" televiziyası. Cənab Baş nazir, xarici siyasət sahəsində Azərbaycan 
üçün  ən önəmli ölkələrdən biri Türkiyədir. Sizcə, iki ölkə arasında  əməkdaşlığın hansı imkanlarından 
istifadə olunmayıb? İkinci sualım ondan ibarətdir ki, Heydər Əliyevin siyasi xəttinə gətirəcəyiniz yenilik 
nə olacaqdır? 
C a v a b: Türkiyə ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir. Biz qardaş ölkələrik və bütün 
sahələrdə əməkdaşlığımız bizi sevindirir. Təsadüfi deyil ki, Baş nazir vəzifəsinə təyin olunduqdan sonra məni 
ilk təbrik edən Türkiyənin Baş naziri hörmətli Rəcəb Tayyib Ərdoğan olmuşdur. O, eyni zamanda məni 
Türkiyəyə  dəvət etdi. Çox şadam ki, Baş nazir kimi ilk xarici  səfərim məhz bu ölkəyə oldu və bu, belə  də 
olmalıdır. Ölkələrimiz bütün sahələrdə  sıx  əməkdaşlıq edir, bir-birinə kömək göstərir. Biz dəfələrlə  bəyan 
etmişik ki, gələcəyimiz də birlikdə olmalıdır. Elə sahə yoxdur ki, orada Türkiyə ilə Azərbaycan  arasında 
uğurlar əldə edilməsin. Bunları sadalamaq üçün çox vaxt lazımdır. Biz, sadəcə, çalışmalıyıq ki, bu əməkdaşlıq, 
işbirliyi bundan sonra da davam etsin və ölkələrimiz, insanlarımız bir-birinə daha da yaxın olsunlar.  
Mən dəfələrlə  bəyan etmişəm ki, Heydər  Əliyevin siyasi xəttinə sadiq olacağam. Azərbaycanla Türkiyə 
arasında  mövcud olan qardaşlıq münasibətlərinin səbəbkarlarından biri də Heydər  Əliyev və onun siyasəti 
olmuşdur. Cənab Prezidentin apardığı siyasət bütün sahələrdə bizə böyük uğurlar gətirmişdir. Biz bu siyasəti 
davam etdirməliyik. Həyat yerində durmur, Azərbaycan sürətlə inkişaf edir. Yəqin ki, qarşımıza hansısa yeni 
vəzifələr çıxacaqdır, yeni tədbirlər görüləcəkdir. Amma onlar da Heydər Əliyevin siyasi xəttinin çərçivəsində 
olacaqdır. Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyevin siyasətinin davam etməsi ilə bağlıdır.  
S u a l:  Gürcüstan televiziyasının birinci kanalı. Cənab  İlham  Əliyev, ATƏT missiyası 
nümayəndələrinin seçkilərlə bağlı narahatlıq ifadə olunan bu yaxınlardakı  bəyanatlarını neçə  şərh 
edərdiniz? 
C a v a b: Mən heç kimə qabaqcadan bir fikir söyləməyi məsləhət görmürəm. Hadisələri necə baş verməsinə 
görə qiymətləndirmək lazımdır. Nə istəsən güman etmək olar. Lakin bu gümanlar müəyyən bir nəticəyə gəlmək 
üçün əsas olmamalıdır. Müşahidəçilər nəticə çıxaracaqlar. Bu gün ölkədə mindən artıq xarici müşahidəçi vardır, 
yerli müşahidəçilər isə 40 mindən çoxdur. Saxtalaşdırma özlüyündə praktiki cəhətdən qeyri-mümkündür. Yeni 
Seçki Məcəlləsi və  nəzərdə tutulmuş bütün prosedurlar buna imkan vermir. Yeni şəffaf qutular, zərflər 
qoyulmuş möhürlü bülletenlər, xarici nümayəndələrin iştirakı ilə bülletenlərin çap olunması da buna xidmət 
edir. Buna görə də məntəqələrdə nəticələr daha tez elan olunacaq. Bütün bu tədbirlər ona görədir ki, hər hansı 
manipulyasiyalar üçün imkan olmasın. Mən əminəm ki, bu olmayacaq və buna heç ehtiyac da yoxdur. Mən yenə 
də kiminsə  şanslarından danışmaq istəmirəm, lakin böyük əminliklə deyə bilərəm ki, Azərbaycan xalqının 
əksəriyyəti artıq öz seçimini etmişdir. Mən bütün müşahidəçilərə öz mülahizələrinə görə deyil, artıq baş vermiş 
faktlar əsasında nəticələr çıxarmağı məsləhət görmək istəyirəm. 
S u a l: «Röyter» agentliyinin Qafqaz bürosu. Cənab İlham Əliyev, xahiş edirəm, deyin, Siz seçilsəniz 
kadr dəyişiklikləri etmək fikrindəsinizmi? Siz dediniz ki, Heydər  Əliyevin xəttini davam etdirmək 
niyyətindəsiniz. Tarixə yenilikçi İlham Əliyev kimi yox, Heydər Əliyev xəttinin davamçısı İlham Əliyev 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə