İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİ



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə70/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   66   67   68   69   70   71   72   73   ...   86

147 
 
 
AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİ  
İCRAİYYƏ KOMİTƏSİNİN İCLASINDA ÇIXIŞ 
 
13 oktyabr 2003-cü il 
 
Əziz idmançılar! 
Bu gün Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin növbəti toplantısıdır. Biz bu görüşləri mütəmadi 
qaydada keçiririk, vəziyyəti müzakirə edirik, idmançılarımızın uğurlarına sevinirik. Eyni zamanda, ilin 
yekunları haqqında da məlumat veririk. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları 
medalların sayı ildən-ilə artır. 1997-ci ildən bu günə  qədər bütün beynəlxalq yarışlarda – dünya, Avropa 
çempionatlarında, olimpiya oyunlarında, rəsmi yarışlarda mindən çox medal qazanılmışdır. Bu bir daha onu 
göstərir ki, Azərbaycan idmanı inkişaf edir, respublikamız dünyanın aparıcı idman ölkəsinə çevrilir. Bunu 
nəinki biz deyirik, bütün beynəlxalq idman qurumları nailiyyətlərimizi təsdiqləyir.  
Beynəlxalq Olimpiya Komitəsi ilə çox işgüzar münasibətlərimiz var. Onların bir neçə tədbiri Azərbaycanda 
keçirilibdir. Beynəlxalq federasiyalarla əməkdaşlığımız uğurla davam edir. 
Beynəlxalq federasiyaların prezidentlərinin Azərbaycana gəlməsi də bunu təsdiqləyir. Biz bu əlaqələri 
önəmli hesab edirik və istəyirik ki, dünya idman təşkilatları ilə əməkdaşlığımız daha da genişlənsin.  
Azərbaycanda idmanın maddi-texniki bazası yaradılıb və bundan sonra da yaradılacaqdır. Çox sevindirici 
haldır ki, müvafiq federasiyalar özləri də bu təşəbbüsə qoşulublar. Azərbaycanda son müddət ərzində bir neçə 
federasiya idman kompleksi yaradılıbdır. Görülən bütün bu işlər bir məqsədə qulluq edir. Bu da ondan ibarətdir 
ki, Azərbaycanda idman inkişaf etsin və idmançılarımız xalqımızı sevindirsinlər, sağlam gənc nəsil yetişsin. Bu 
sahədə qarşımıza qoyduğumuz bütün məsələləri müvəffəqiyyətlə həyata keçiririk. 
Son iki həftə  ərzində Azərbaycanın bir neçə bölgəsində yeni olimpiya kompleksləri açılıbdır. Bu müddət 
ərzində  mən Azərbaycanın, demək olar ki, bütün bölgələrində olmuşam və  bəzi görüşlərdə  də  məndən xahiş 
edilmişdir ki, bu komplekslərin sayı artsın, digər yerlərdə də tikilsin. Mən də söz verdim ki, biz bu siyasətimizi 
davam etdirəcəyik. Beləliklə, elə bir vəzifə yoxdur ki, Milli Olimpiya Komitəsi onu yerinə yetirməsin. 
Azərbaycanın idman potensialı ildən-ilə güclənir, idman bölmələrinə axın artır və bunun nəticəsində 
idmançılarımız uğurlar qazanırlar. 
Sidney Olimpiadasında idmançılarımızın uğurla çıxış etmələrini xatırlasaq, bu, hesab edirəm ki, o dövr üçün 
Azərbaycan idmanında baş verən ən mühüm hadisə, idmanda əldə etdiyimiz zirvə idi. Amma o dövrdən sonra 
atletlərimiz idmanın bir neçə növü üzrə dünya və Avropa çempionatlarından doğma Vətənə  qələbə ilə 
qayıtmışlar. Bu da onu göstərir ki, olimpiya oyunlarından sonra bu işlər davam edir və mən əminəm ki, qarşıdan 
gələn Afina olimpiadasında da idmançılarımız müxtəlif növlərdə medallar uğrunda mübarizə aparacaqlar.  
Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə  təmsil etmək üçün Azərbaycanda bütün tədbirlər görülür. 
Bildiyiniz kimi, Azərbaycanda üç idman növü üzrə lisenziya turniri keçiriləcəkdir. Bu da beynəlxalq idman 
qurumları ilə uğurlu münasibətlərimizin təzahürüdür. Əgər bu münasibətlər olmasaydı, əlbəttə ki, bizə bu diqqət 
göstərilməzdi.  
Hesab edirəm ki, bu turnirlərin Azərbaycanda keçirilməsi idmançılarımızın olimpiya oyunlarında çıxış etmək 
imkanlarını asanlaşdıracaqdır. Olimpiya oyunlarına hazırlıq lisenziyaları, bir növ, olimpiya oyunları keçirilməsi 
deməkdir. Eyni zamanda, Azərbaycanda gələcəkdə  də belə mötəbər yarışların keçirilməsi imkanları daha da 
genişlənəcəkdir. Gələcəkdə müxtəlif idman növlərində çempionatlar keçiriləcək, beləliklə, Azərbaycanda idman 
daha geniş vüsət alacaqdır.  
Biz idmançılarla tez-tez görüşürük. Demək olar ki, son üç ay ərzində, müəyyən səbəblərə görə, mən 
idmançılarla görüşə bilməmişəm. Seçki kampaniyası ilə məşğul olmuşam. Əbülfəs müəllimlə söhbət əsnasında 
maraqlandım ki, bu müddət  ərzində idmançılarımızın çıxışları necə olubdur. Düzdür, mən bunu izləyirdim, 
amma, eyni zamanda, dəqiqləşdirmək istəyirdim. Çox məmnunluq hissi ilə deyə bilərəm ki, bu müddət ərzində 
50-dən çox idmançımız rəsmi yarışlarda, yəni Avropa və dünya çempionatlarında medal qazanıbdır.  
Bildiyiniz kimi, mən idmançılarla, ola bilər ki, ayda iki dəfə, bəzən üç dəfə görüşlər keçirirəm. Hər dəfə 
müəyyən qrup idmançı ilə, yəni bir idman növü ilə  məşğul olan idmançılarla görüşürəm. Amma bu uzun 
fasiləyə görə bu gün biz burada Azərbaycanın müxtəlif idman növləri ilə məşğul olan idmançılarla görüşürük. 
Görün qısa müddət ərzində Azərbaycanın bayrağı neçə dəfə qaldırılıb, himni səslənibdir. İdmançılarımız neçə 
dəfə ölkəmizi ləyaqətlə  təmsil ediblər. Bu proses gedir və artıq dönməz xarakter alıbdır. Bunun qarşısını heç 
kim ala bilməz. 
Mən əminəm ki, indi yeniyetmə yaşında çıxış edən idmançılarımız da bir müddətdən sonra bu estafeti davam 
etdirəcəklər. Hazırda Azərbaycanı  təmsil edən idmançılar çıxışlarını dayandırandan sonra onların yeri boş 
qalmayacaqdır. Çox gözəl nəsil yetişir. Gənclər və yeniyetmələr arasında dünya, Avropa çempionatlarında 


148 
 
idmançılarımızın çıxışları da bunu təsdiqləyir. Bir sözlə, Azərbaycan artıq idman ölkəsidir. Bizimlə 
hesablaşırlar, bizdən çəkinirlər və Azərbaycanın adı gələndə bütün yarışlarda, mən əminəm ki, rəqiblərimiz də 
idmançılarımıza böyük hörmətlə yanaşırlar. Bu hörməti hamımız birlikdə qazanmışıq. Bizim birgə fəaliyyətimiz 
bunu mümkün edibdir. Mən, ilk növbədə, idmançılarımızın, onların məşqçilərinin, idman mütəxəssislərinin fəa-
liyyətini yüksək qiymətləndirmək istəyirəm. Çünki bu yükün böyük hissəsi, ilk növbədə, onların üzərinə düşür. 
Üzərimizə düşən vəzifələri biz gözəl dərk edirik. Çox şadam ki, hər bir tərəf, yəni idmançılar da, federasiya 
rəhbərləri də, nazirliyin əməkdaşları da, Milli Olimpiya Komitəsi də öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə 
yetirirlər. Məhz bu birgə fəaliyyət nəticəsində Azərbaycan idmanda böyük uğurlar qazana bilibdir. 
Burada nəticə göstərmiş, medal qazanmış 50-dən çox idmançı artıq  mükafatlandırılıbdır. Onlara pul 
mükafatları verilibdir. Azərbaycanda bu praktika davam edir. Eyni zamanda, hökumət, dövlət tərəfindən də  
mükafatlar verilir. Bəzi hallarda federasiyalar tərəfindən də mükafatlar verilir və verilməlidir. Çünki mən 
dəfələrlə demişəm ki, idmançılar gərək heç nədən korluq çəkməsinlər. Onların həyat səviyyəsi də, məişət şəraiti 
də yaxşı olmalıdır. Azərbaycanı təmsil edən, ölkəmizin bayrağını qaldıran idmançı hər mənada gərək hörmətə 
layiq olsun. Ona görə biz keçmişdə  də bu məsələlərlə  məşğul olmuşuq və deyə bilərəm ki, Azərbaycanda 
onlarca idmançının, ilk növbədə, Azərbaycanı olimpiya oyunlarında, dünya çempionatlarında təmsil edən, 
qələbə qazanan idmançıların vəziyyəti yaxşılaşdırılıbdır. Bu proses bu gün də davam edir. Mən qeyd etdim ki, 
50-dən çox idmançıya pul mükafatları verilibdir. Eyni zamanda, daxil olan ərizələrə  də biz Bakı  Şəhər  İcra 
Hakimiyyəti ilə birlikdə baxırıq, idmançılarımıza diqqət göstərir, kömək edirik. 
Bu gün bizim 14 idmançımıza, məşqçimizə, mütəxəssisimizə  mənzillər verilir. Onların bir neçəsi burada 
yoxdur, yarışlarda iştirak edirlər, Vətənə döndükdən sonra onlar da mənzillərini alacaqlar, orderlərini verəcəyik. 
Amma adlarını burada çəkərik. Burada olanlara isə mən istəyirəm bu orderləri təqdim edim, onlara xoşbəxtlik 
arzulayım və əmin olduğumu bildirim ki, bundan sonra da Azərbaycanın idman şərəfini onlar uca tutacaqlar.  
Boks üzrə dünya çempionu Ağasi Məmmədov uzun müddət idi ki, yəni 15 yaşından qardaş Türkiyənin milli 
yığma komandasında fəaliyyət göstərirdi. Amma mən çox şadam ki, Ağasi Vətənə döndü və ondan sonra dünya 
çempionu oldu. Buna nail olmağa əziz Vətən sənə kömək etdi. Səni təbrik edirəm. Sağ ol.     
Mən sizin hamınızı bir daha təbrik edirəm. Bizim görüşlərimiz bundan sonra da davam edəcəkdir.  Əgər 
oktyabrın 15-də Azərbaycan xalqı  mənə etimad göstərərsə, yenə  də idmandan ayrılmayacağam. Keçmişdə 
mənim bir neçə vəzifəm var idi – Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa 
Şurasında Azərbaycan nümayəndə heyətinin başçısı və Milli Olimpiya Komitəsinin Prezidenti... O biri vəzifələr 
də  mənim üçün əziz idi. Mən də  həyatımın böyük hissəsini bu işlərə  həsr etmişdim. Hesab edirəm ki, bu 
vəzifələri ləyaqətlə yerinə yetirmişəm. Hər halda, heç kim irad tuta bilməz ki, mənə tapşırılan hansısa bir işdə 
qüsur olubdur. İndi nə  qədər ağır olsa da, həmin vəzifələrdən mən imtina edəsi oldum. Amma hələlik Milli 
Olimpiya Komitəsinin Prezidenti vəzifəsində qalıram. Hesab edirəm ki, əgər idmançılar tərəfindən razılıq 
olarsa, mən bundan sonra da bu vəzifəmi saxlayacağam. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə