İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


BÖYÜK BRİTANİYANIN AZƏRBAYCANDAKI



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə78/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   74   75   76   77   78   79   80   81   ...   86

165 
 
 
BÖYÜK BRİTANİYANIN AZƏRBAYCANDAKI  
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ  
ENDRYU TAKER İLƏ GÖRÜŞDƏ SÖHBƏT 
 
29 oktyabr 2003-cü il 
 
E n d r y u   T a k e r: Cənab Baş nazir! Cənab yeni seçilmiş Prezident, mən Böyük Britaniyanın Baş 
naziri cənab Toni Bleyrin şəxsi məktubunu Sizə  təqdim etmək istəyirəm. O Sizi prezident seçilməyiniz 
münasibətilə təbrik edir, bu məsul vəzifədə Sizə uğurlar diləyir və ölkələrimiz arasında əlaqələrin daha da inkişaf 
edəcəyinə ümidvar olduğunu bildirir.  
Mən də öz adımdan Sizə növbəti beş ildə ölkənizin inkişafı naminə müvəffəqiyyətlər arzulayıram.  
İ l h a m   Ə l i y e v: Çox sağ olun, cənab səfir!   
Mənim təşəkkürümü və ən xoş arzularımı cənab Baş nazirə çatdırmağı xahiş edirəm.  
Bizim  əlaqələrimiz çox sürətlə inkişaf edir. Birləşmiş Krallıq və Azərbaycan bir çox sahələrdə  uğurlu 
əməkdaşlıq edirlər. Ölkələrimiz arasında çox yaxşı iqtisadi əməkdaşlıq mövcuddur. Britaniya şirkətləri 
Azərbaycana sərmayə qoyuluşunda liderdirlər. Biz iqtisadi əlaqələrimizdən çox məmnunuq. Xüsusilə neft-qaz 
sektorunda və iqtisadiyyatın digər sahələrində əməkdaşlıq çox yüksək səviyyədədir.  
Bildiyiniz kimi, son illər  ərzində Azərbaycanda xarici sərmayələrin qorunması üçün xeyli iş görülmüşdür. 
İqtisadiyyatımıza qoyulan sərmayələrin böyük həcmi də  məhz bununla əlaqədardır. Bu siyasət gələcəkdə  də 
davam etdiriləcək, biz xarici sərmayələrin qorunmasına böyük diqqət yetirəcəyik.  Əminəm ki, bu, ölkəmizə 
xeyli mənfəət gətirəcəkdir.  
Biz həmçinin Böyük Britaniya ilə dostluq əlaqələrimizi bütün səviyyələrdə davam etdirəcəyik. Bu əlaqələr 
müxtəlif sahələrdə  əməkdaşlıqla yanaşı,  ən mühüm məsələlərdən olan terrorizmə qarşı mübarizə sahəsində 
müttəfiqliyimizə də aiddir. Azərbaycan etibarlı müttəfiqdir və bunu dəfələrlə əməli addımlarla sübut etmişdir. 
Növbəti beş il ərzində mənim fəaliyyətim ölkələrimiz arasında münasibətlərin daha yüksək pilləyə qalxmasına 
yönələcəkdir. 


166 
 
 
İSRAİL DÖVLƏTİNİN AZƏRBAYCANDAKI  
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ  
EYTAN NAYE İLƏ GÖRÜŞDƏ SÖHBƏT 
 
29 oktyabr 2003-cü il 
 
E y t a  n   N a y e: Cənab yeni seçilmiş Prezident!  
İcazə verin, İsrail dövləti prezidentinin təbrik məktubunu Sizə təqdim edim. Cənab Moşe Katsav Sizə ən 
xoş arzularını bildirir, ölkənizin gələcək inkişafı naminə fəaliyyətinizdə uğurlar diləyir. İsrail dövlətinin başçısı 
həm də iki dost ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafına ümidvar olduğunu bildirir. 
İ l h a m   Ə l i y e v: Sağ olun, cənab səfir. Mənim təşəkkürümü və xoş arzularımı  cənab Prezidentə 
yetirməyinizi xahiş edirəm. 
Ölkələrimiz arasında münasibətlər sürətlə inkişaf edir. Bizim istər iqtisadi, istərsə də mədəni sahələrdə çox 
yaxşı əlaqələrimiz vardır. Əlbəttə, mən çox istəyirəm ki, əlaqələrimiz bütün sahələrdə daha da inkişaf etsin. 
Azərbaycanın böyük gələcəyi vardır. Son 10 il ərzində ölkəmiz inkişaf edərək regionda mühüm dövlətə 
çevrilmişdir. Deyə bilərəm ki, indi Azərbaycan ümumən regionun inkişafında fəal rol oynayır.  Əlbəttə, biz 
dostlarımızın köməyini də hiss edirik və bu, məqsədlərimizə nail olmaqda bizə yardım edəcəkdir. Biz iqtisadi 
cəhətdən daha güclü dövlət olacağıq, demokratiyanı inkişaf etdirəcəyik. Regionda sabitlik və təhlükəsizlik də 
bizim üçün öncül məsələlərdəndir. Əminəm ki, biz qarşımıza qoyduğumuz vəzifələri uğurla həyata keçirəcəyik. 
Ümidvaram ki, ölkələrimiz  və xalqlarımız arasında mövcud olan dostluq və əməkdaşlıq gələcəkdə də daha 
sıx əlaqələrin formalaşmasına imkan verəcəkdir. Biz İsrail şirkətlərinin Azərbaycanda fəaliyyətini çox yüksək 
qiymətləndiririk və onların iqtisadiyyatımıza daha çox sərmayə qoymasını istəyirik. Bildiyiniz kimi, ölkəmizdə 
sərmayələrin etibarlı qorunması üçün münbit şərait mövcuddur. Ona görə də biz biznesmenləri Azərbaycanda 
fəaliyyətlərini gücləndirməyə çağırırıq. 


167 
 
 
TÜRKİYƏNİN AZƏRBAYCANDAKI 
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ  
ƏHMƏD ÜNAL ÇEVİKÖZ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
29 oktyabr 2003-cü il 
 
İ l h a m   Ə l i y e v: Hörmətli cənab səfir, Türkiyə Cümhuriyyətinin qurulmasının 80-ci ildönümü 
münasibətilə sizi ürəkdən təbrik edirəm. Xahiş edirəm ki, mənim təbriklərimi bütün türk xalqına çatdırasınız. 
Bu, eyni zamanda, bizim üçün də böyük bayramdır. Çünki biz bir millət, iki dövlətik. Türkiyənin bütün 
bayramlarını biz öz bayramımız hesab edir və onları qeyd edirik. Cümhuriyyətin qurulması tarixdə böyük bir 
hadisədir. Böyük öndər Mustafa Kamal Atatürkün qurduğu Türkiyə qüdrətli dövlətə çevrilibdir. Bölgədə, 
regionda, dünyada çox möhkəm mövqelərə sahib olubdur və çox güclü təsirə malikdir.  
Azərbaycan da öz müstəqilliyini əldə edəndən sonra onu ilk tanıyan, ona dəstək verən məhz qardaş Türkiyə 
olubdur. Biz bunu heç vaxt unutmayacağıq. Son 12 il ərzində biz Türkiyədən daim diqqət, hörmət, məhəbbət 
görmüşük. Əminəm ki, Azərbaycan tərəfindən də eyni münasibət özünü göstəribdir.  
Bizim ikitərəfli münasibətlərimiz çox uğurla inkişaf edir, bütün sahələrdə qardaşlıq, dostluq prinsipləri  
əsasında qurulur. Əminəm ki, gələcəkdə  də biz bu münasibətləri daha da inkişaf etdirəcəyik.  İqtisadi sahədə 
dünya üçün çox əhəmiyyətli Bakı–Tbilisi–Ceyhan neft kəməri inşa edilir. Məhz iki ölkənin səyləri nəticəsində 
bu kəmərin tikintisini həyata keçirmək mümkün olmuşdur. İşlərin xeyli hissəsi artıq görülür və böyük həcmdə 
vəsait qoyulur. İnşallah, gələn ilin sonlarında biz onun açılışında bərabər iştirak edəcəyik. 
Bakı–Ərzurum qaz kəməri layihəsi də  uğurla həyata keçirilir. Bu işdə  də heç bir problem yoxdur. Bu bir 
daha onu göstərir ki, iki ölkə arasında mehriban münasibətlər mövcud olanda bütün məsələlər öz həllini tapa 
bilər.  
Siyasi müstəvidə  də münasibətlərimiz çox yüksəkdir. Siz bilirsiniz ki, mən Baş nazir vəzifəsinə  təyin 
olunandan sonra məni ilk təbrik edən Türkiyənin hörmətli Baş naziri cənab Ərdoğan olubdur. O məni Türkiyəyə 
dəvət etdi və çox məmnunam ki, mənim ilk səfərim qardaş ölkəyə olubdur. 
Bundan sonra da biz hamımız çalışmalıyıq ki, bu münasibətləri inkişaf etdirək, Azərbaycan və Türkiyəni bir-
birinə daha da sıx bağlayaq və xalqlarımız da bir-birinə daha da bağlı, daha da yaxın olsun. Xahiş edirəm mənim 
səmimi təbriklərimi bir daha qəbul edəsiniz.   
Ə h m ə d   Ü n a l   Ç e v i k ö z: Hörmətli Baş nazir, çox təşəkkür edirəm. Bu gün Türkiyə 
Cümhuriyyətinin qurulmasının 80-ci ildönümüdür. Türkiyə Cümhuriyyəti 80 ildir çağdaş səviyyəyə çatmış bir 
müstəqil ölkə kimi dünya dövlətləri arasında öz həqiqi yerini almışdır. Atatürkümüzün əmanət etdiyi bu dövləti 
biz öz çiyinlərimizdə daha neçə səksən illər boyunca irəli aparmağa hazırıq. 
Bugünkü məmnunluğumun başqa bir səbəbini xüsusilə vurğulamaq istəyirəm. Bir neçə gündən bəri 
Azərbaycanın hər yerindən, hər kəsdən, dövlət təşkilatlarından bir çox təbrik məktubu alıram. Əslində, bu da  
Türkiyə Cümhuriyyətinin 80-ci ildönümünün bizə verdiyi qüruru Azərbaycanda bütün xalqın hiss etdiyini 
göstərir. Bu mənim üçün çox böyük sevincdir. Bunu xüsusilə vurğulamaq istəyirdim.  
Cümhuriyyətimizin qurulmasının 80-ci ildönümü münasibətilə təbriklərinizi hörmətli cümhur başkanımıza, 
Baş nazirimizə çatdıracağam. Sizin vurğuladığınız kimi, Türkiyə ilə Azərbaycan arasında əlaqələr son 12 ildə, 
Azərbaycanın müstəqillik qazanmasından bəri güclü surətdə inkişaf etmişdir. Bu gün Türkiyə ilə Azərbaycan 
arasında siyasi, iqtisadi, ticarət, hərbi və mədəniyyət sahələrində fövqəladə yaxın bir işbirliyi, qardaşlıq əlaqələri 
mövcuddur.  
Təbii, bütün bunların hamısının başında duran, bu əlaqələrin irəliyə aparılmasında böyük rolu olan 
Cümhurbaşkanı hörmətli Heydər  Əliyevin adını  çəkməmək və onun xidmətlərini xatırlamamaq mümkün 
deyildir. Mən hörmətli Heydər  Əliyevin  ən qısa zamanda sağlamlığını  bərpa edərək  Azərbaycana dönməsini 
bütün könlümlə səmimi arzu edirəm. 
Cənab Baş nazir!  
Prezident seçilməyinizdən sonra Sizi ziyarət edib Cümhurbaşkanımızın, Baş nazirimizin və Xarici İşlər 
nazirimizin təbriklərini çatdırdığım zaman söylədiyim kimi, biz Sizin prezidentliyiniz dövründə  də Türkiyə–
Azərbaycan əlaqələrini və bu yaxın qardaşlığın daha  yüksək səviyyələrə çatdırılacağına əminik.  
Həqiqətən, bu gün 80-ci ildönümü münasibətilə çox həyəcanlı və duyğuluyam. Məni bu gün qəbul etdiyiniz 
üçün və bizim  bayramımızı, tariximizin şanlı səhifəsini bu şəkildə təbrik etdiyiniz üçün Sizə minnətdaram. Çox 
təşəkkür edirəm.  
İ l h a m   Ə l i y e v: Cənab səfir, mən də  demək istəyirəm ki, hörmətli Prezidentimizin, Heydər Əliyevin 
səyləri nəticəsində bizim münasibətlərimiz daha da güclü inkişaf edibdir və Bakı–Tbilisi–Ceyhan neft kəməri 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə