İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə77/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   73   74   75   76   77   78   79   80   ...   86

162 
 
 
ALMANİYA FEDERATİV RESPUBLİKASININ  
AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ  
SƏLAHİYYƏTLİ SƏFİRİ KLAUS QREVLİX İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
27 oktyabr 2003-cü il 
 
K l a u s   Q r e v l i x: Zati-aliləri, məni qəbul etməyə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirəm. Mən 
Almaniya Federativ Respublikasının federal kansleri cənab Şröderin təbrik məktubunu təqdim etmək istəyirəm.  
Eyni zamanda, icazə verin, müqəddəs Ramazan ayının başlanması münasibətilə  həm Sizə, həm də 
Azərbaycandakı bütün müsəlmanlara Allahdan xeyir-bərəkət arzulayım. Qoy bu ibadət ayı insanlara mənəvi rahatlıq 
və əmin-amanlıq gətirsin. 
Sizin ölkədə yaşamaq mənim üçün böyük şərəfdir. Bu ölkədə dini icmalar arasında xüsusi dözümlülük və 
dostluq münasibətləri vardır.  
Almaniya Federativ Respublikasının federal kansleri öz məktubunda Sizi prezident seçilməyiniz 
münasibətilə ürəkdən təbrik edir və vurğulayır ki, Azərbaycan demokratiya və bazar iqtisadiyyatı yolunda 
böyük vəzifələr qarşısındadır. Zati-aliləri, o Sizə bu işlərin öhdəsindən gəlməkdə  uğurlar arzulayır. Bundan 
əlavə, cənab federal kansler öz məktubunda bildirir ki, o, Azərbaycan və Almaniya arasında dostluq 
münasibətlərinin və səmimi əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə ümidvardır.  
İcazənizlə, şəxsən öz adımdan da Sizə uğurlar arzulayım. Demokratiya və bazar iqtisadiyyatı hüquqi dövlət 
quruculuğu ilə bağlıdır. Hüquqi dövlət olmadan heç bir demokratiya ola bilməz. Hüquqi dövlətin  şərtlərinə 
riayət etmədən müəssisələrin buraya sərmayə qoyması üçün şərait də yaranmır və iqtisadi inkişafdan da söhbət 
gedə bilməz.  
Mənim Sizə kiçik bir hədiyyəm də vardır. Almaniyada Kölbel adlı bir rəssam vardır. O bütün dövlət 
xadimlərinin portretini çəkmişdir. Cənab Kölbel Sizin atanızın – prezident Heydər  Əliyevin də portretini 
çəkmişdir. O bunu Sizə  hədiyyə etmək istəyir. Ancaq əvvəlcə o bu portreti öz sərgisində nümayiş etdirmək 
istəyir və bunun üçün Sizin avtoqrafınızı xahiş edir. Cənab Kölbel bu məktubu da Sizə çatdırmağı xahiş 
etmişdir.  
Zati-aliləri, ümid edirəm ki, Siz sülh və sabitlik prezidenti, ölkənizdə iqtisadi və sosial inkişafın prezidenti 
olacaqsınız və Sizin prezidentliyiniz ölkədə  həmrəylik və milli barışıqla müşayiət ediləcəkdir. Mən Sizin 
prezidentliyiniz dövründə həm daxildə, həm də xaricdə sülh olmasını arzulayıram.  
Bir daha zati-alilərinizə təşəkkür edirəm.  
İ l h a m   Ə l i y e v: Hörmətli cənab səfir, xahiş edirəm, ilk növbədə, hörmətli kansler Gerhard Şröderə 
mənə göndərdiyi məktuba görə minnətdarlığımı çatdırasınız.  
Almaniya ilə Azərbaycan arasında əlaqələr çox sürətlə inkişaf edir. Biz bütün sahələrdə uğurlu əməkdaşlıq 
edirik. Əlbəttə, çox istərdik ki, bu əməkdaşlıq gələcəkdə daha da genişlənsin.  
Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri  əsasında qurulur. Almaniya isə iqtisadi inkişaf 
baxımından dünyada qabaqcıl yer tutur. Ona görə sizin təcrübəniz bizim üçün çox əhəmiyyətlidir. Biz bu 
təcrübəni öyrənirik. Mən  əminəm ki, yaxın gələcəkdə Azərbaycan da iqtisadi cəhətdən inkişaf etmiş ölkəyə 
çevriləcəkdir. Azərbaycanda özəl sektor inkişaf edir. Ümumi daxili məhsulun formalaşmasında özəl sektorun 
payı 70 faizdən yuxarıdır. Siz çox düzgün qeyd etdiniz ki, bazar iqtisadiyyatının inkişafı demokratiyanın inkişafı 
ilə  bərabər həyata keçirilməlidir. Azərbaycan demokratik prinsiplərə sadiqdir və ölkəmizdə demokratiyanın 
inkişafı sahəsində bundan sonra da ardıcıl tədbirlər görüləcəkdir.  
Azərbaycan regionda artıq mühüm mövqelərə sahib olmuşdur və iqtisadi cəhətdən daha da inkişaf edəcəkdir. 
Bütün bu planları həyata keçirmək üçün, ilk növbədə, ölkədə sabitlik və milli həmrəylik lazımdır. Mən əminəm 
ki, Azərbaycanda sabitlik davam edəcəkdir.  
Biz hüquqi dövlət qurulması istiqamətində  səylərimizi bundan sonra da davam etdirəcəyik və bu sahədə 
aparılacaq işlər yaxın gələcəkdə Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirəcəkdir.  
Mən hədiyyəyə görə də Sizə təşəkkürümü bildirirəm. Bu mənim üçün gözlənilməz idi. Xahiş edirəm rəssama 
da mənim salamlarımı çatdırasınız.  
 
 


163 
 
 
TAMARA VƏ KOTE  LEŞKAŞELİLƏRƏ 
 
Hörmətli Tamara və Kote Leşkaşelilər! 
Oğlunuzun dünyaya gəlişi münasibətilə sizi səmimi- qəlbdən təbrik edirəm. 
Ailənizə böyük sevinc bəxş etmiş körpəyə  İlham adını verməyinizdən məmnunluq duyur və  mənə 
bəslədiyiniz belə yüksək münasibətə görə sizə təşəkkürümü bildirirəm. 
Balaca İlhama möhkəm cansağlığı, xoşbəxtlik, ailənizə səadət və xoş günlər arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Baş naziri 
 
28 oktyabr 2003-cü il 
 
 


164 
 
 
TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA 
 
Hörmətli cənab Baş nazir! 
Əziz dostum və qardaşım! 
Türkiyə Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və Sizin 
simanızda bütün qardaş Türkiyə xalqını ürəkdən salamlayır və təbrik edirəm. 
Türkiyənin yüksəlişindən, dünya miqyasında uğurlarından və gündən-günə artan nüfuzundan qəlbimizi fərəh 
hissi bürüyür. 
Xalqlarımızın qarşılıqlı etibarı, inamı  və  dəstəyi zamanın sınaqlarından çıxmış qardaşlığımızın və 
dostluğumuzun bariz ifadəsidir. 
Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin və müttəfiqliyimizin 
daha da inkişafı, əlaqələrimizin və əməkdaşlığımızın  hərtərəfli genişlənməsi üçün səylərimizi bundan sonra da 
əzmlə davam etdirəcəyik. 
Hörmətli cənab Baş nazir! 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və xoşbəxtlik arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Baş naziri 
 
27 oktyabr 2003-cü il 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə