İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə74/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   70   71   72   73   74   75   76   77   ...   86

156 
 
görmüşdük. Dediyim kimi, bu, ilk növbədə, iki prezidentin – Vladimir Putinin və Heydər  Əliyevin  şəxsi xidmət-
ləridir. Əminəm ki, Vladimir Putin və İlham Əliyev də bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər. 
Əziz Nikolay Timofeyeviç, mən ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına töhfənizə görə,  şəxsən 
Sizə təşəkkürümü bildirmək istəyirəm. Rusiyanın mənafelərinin qorunması və ölkələrimizin yaxınlaşması ilə bağlı 
burada apardığınız böyük işin bilavasitə şahidiyəm. Biz söhbətlərimizdə həmişə belə bir ümumi rəydə olmuşuq ki, 
ölkələrimizin bütün istiqamətlərdə yaxınlaşması həm Rusiyanın, həm də Azərbaycanın milli maraqlarına cavab verir. 
Əminəm ki, Siz  gələcək fəaliyyətinizdə də bu nəcib işi davam etdirəcəksiniz. Bizim həyata keçirilməli çoxlu birgə 
planlarımız, məsələlərimiz vardır. Lakin deməliyəm ki, Vladimir Vladimiroviç Putinlə Yaltadakı görüşümüzdə  də 
mən qeyd  etdim ki,  bu gün Rusiya ilə  Azərbaycan arasında heç bir problem yoxdur. Bu göstərir ki, keçmişdəki 
problemlər uğurla həll olunmuşdur və bizim vəzifəmiz əldə olunmuş nailiyyətləri möhkəmləndirməkdən və inkişaf 
etdirməkdən ibarətdir. Düşünürəm ki, biz buna nail olacağıq. 
N i k o l a y   R y a b o v:  Sələfinizin işini yüksək qiymətləndirdiyiniz üçün çox sağ olun, mən Sizinlə tam 
razıyam.  Heydər Əliyev Azərbaycan dövlətçiliyinin təşəkkülünə, ölkənin tanınmasına və nüfuz qazanmasına misilsiz 
töhfə vermiş dahi siyasətçi,  əfsanəvi  şəxsiyyətdir.  Onun fəaliyyəti Rusiya siyasətçiləri və Rusiya ictimaiyyəti 
arasında dəstəklənir, diqqətlə qarşılanır və  hətta demək olar ki, heyranlıq doğurur.  Əlbəttə, Heydər  Əliyev 
Azərbaycanın keçmişi deyil, o, həm də ölkənizin bu günüdür. Sözsüz ki, biz onu Azərbaycan torpağında yenidən 
görəcəyimiz anı səbirsizliklə gözləyirik. Mənim prezidentimin ünvanına söylədiyiniz minnətdarlıq sözlərinə görə çox 
sağ olun. Düzünürəm ki, onun prezident Heydər  Əliyevə  və Sizə  bəslədiyi səmimi hisslərə  şübhə etmirsiniz. Bu, 
ölkələrimizin daha da yaxınlaşması  və  əməkdaşlığı yolunda bizi gözləyən uğurun təminatıdır. Özüm haqqında 
danışmağa isə, ümumiyyətlə, utanıram. Prezidentlər olmasaydı, səfirin işi çox çətin olardı. 
Buna baxmayaraq, cüzi əməyimə verilən belə yüksək qiymətə görə Sizə  təşəkkür edirəm.  Əlbəttə, mən daha 
yüksək enerji ilə işləyəcəyəm.  
Hörmətli İlham Heydəroviç, Rusiya Federasiyasının Prezidenti Yaltada Sizə etdiyi  təklifi bir daha təkrar edərək 
bildirir ki, Siz vəzifəyə başladıqdan sonra onunla görüşəsiniz, işin istiqamətini və  həcmini bizim üçün 
müəyyənləşdirəsiniz. Biz onları məmnuniyyətlə yerinə yetirəcəyik. 
Bu görüşə və səmimi sözlərə görə sağ olun. Ən məsul və ali vəzifədə ürəkdən gələn arzularımızı bir daha qəbul 
edin. 
İ l h a m   Ə l i y e v: Nikolay Timofeyeviç, sağ olun. Mən seçkiqabağı kampaniyada da dəfələrlə demişdim ki
prezidentimiz Heydər  Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının  əldə etdiyi bütün uğurların davam etdirilməsi 
mənim əsas vəzifələrimdən  biri olacaqdır. Azərbaycanda onun siyasətinin alternativi yoxdur. Əminəm ki, gələcəkdə 
Vladimir Vladimiroviç Putinlə görüşlərimiz münasibətlərimizin inkişafına və möhkəmlənməsinə yönəldiləcəkdir. 
Qarşıdakı görüşü mən də səbirsizliklə gözləyirəm, ümid edirəm ki, bizim aramızda yaranmış qarşılıqlı anlaşma və 
qarşılıqlı hörmət hələ öz təsdiqini tapacaqdır. Həqiqətən, dinclik, əmin-amanlıq, sabitlik siyasətinin ölkəmizdə 
alternativi yoxdur. Azərbaycan xalqı öz tarixinin ağır dövrünü, kataklizmləri yaxşı xatırlayır və əlbəttə, cəmiyyətdə 
tərəqqinin, sivilizasiyanın, normal münasibətlərin xeyrinə seçim etmişdir. Mən belə  dəstəyə görə seçicilərə 
minnətdaram və düşünürəm ki, mənə  səs verənlər heyfsilənməyəcəklər. Mən seçicilərin, Azərbaycan xalqının 
etimadını doğrultmağa çalışacağam. 


157 
 
 
BMT  İNKİŞAF PROQRAMININ REZİDENT 
ƏLAQƏLƏNDİRİCİSİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT 
 
17  oktyabr 2003-cü il 
 
M a r k o   B o r s o t t i: Səmimi qəbula görə Sizə, cənab Baş nazir, təşəkkürümü bildirirəm. Sizi 15 oktyabr 
prezident seçkilərində parlaq və inamlı qələbəniz münasibətilə təbrik edirəm. 
Məlumat verim ki,  Azərbaycanla BMT İnkişaf Proqramı arasında bir sıra birgə layihələr həyata keçirilir. 
Əminəm ki, Sizin  prezidentliyiniz dövründə də bu layihələr və digər yeni proqramla həyata keçiriləcəkdir. Onu da 
vurğulayım ki,  Azərbaycanda prezident Heydər  Əliyevin rəhbərliyi altında həyata keçirilmiş iqtisadi və sosial 
islahatlardan çox məmnunam. Azərbaycanın dövlət başçısının fərmanı ilə həyata keçirilən yoxsulluğun azaldılması 
ilə  əlaqədar dövlət proqramı  məhz BMT İnkişaf Proqramı ilə birgə reallaşdırılır. BMT bu proqramın və digər 
layihələrin həyata keçirilməsində Azərbaycana bundan sonra da yardım göstərəcəkdir. Əhalinin həyat səviyyəsinin 
daha da yüksəldilməsi və iqtisadi islahatların sürətləndirilməsi üçün ölkənizdə yaradılmış sabitliyin və  əmin-
amanlığın gələcəkdə  də möhkəmləndirilməsi vacibdir. 
İ l h a m   Ə l i y e v:  Səmimi sözlərə  və  təbrikə görə  təşəkkürümü bildirirəm. BMT İnkişaf Proqramı ilə 
Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla bildirirəm. Qeyd etmək istərdim ki,  
neftdən gələn gəlirlərin xalqın rifahının yaxşılaşdırılmasına yönəldilməsi Azərbaycan hökumətinin öncül 
məqsədidir. Onu da xatırladım ki, bir sıra ölkələrdə zəngin neft ehtiyatları olsa da, neftdən əldə olunan gəlirlər heç 
də xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət etmir. Buna görə də Azərbaycan hökuməti neft gəlirlərinin 
şəffaf  şəkildə toplanması  və onların xalqın  ən ağır  şəraitdə yaşayan təbəqələrinin rifahının yaxşılaşdırılmasına 
yönəldilməsi istiqamətində əməli işlər görür. Təsadüfi deyildir ki, cənab Prezidentin göstərişi ilə yaradılmış Neft 
Fondundan ayrılmış vəsaitlər hesabına indi qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr və şəhərciklər tikilir. 
Hazırda ölkədə mövcud olan sosial problemlərin – yoxsulluğun, işsizliyin aradan qaldırılması üçün ciddi 
addımlar atılır və onu da bildirim ki, 1996-cı ildən başlayaraq, Azərbaycanda ümumi daxili məhsulun həcminin 
hər il 10 faiz artması  və  gələn ilin sonunda Bakı–Tbilisi–Ceyhan neft kəmərinin istifadəyə veriləcəyi təqdirdə 
ölkəmizə daxil olacaq böyük valyuta axını bu problemlərin tezliklə aradan qaldırılacağını deməyə əsas verir. 
Xahiş edirəm mənim salamlarımı BMT İnkişaf Proqramının rəhbərliyinə çatdırasınız
*

                                                 
*
 Görüşdə  Marko  Borsotti Baş nazir İlham Əliyevə BMT-nin Azərbaycandakı fəaliyyətinin on illiyinə həsr olunmuş 
kitab təqdim etdi. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə