İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə75/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   71   72   73   74   75   76   77   78   ...   86

158 
 
 
DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ  
ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDƏRKƏN  
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ  
NÜMAYƏNDƏLƏRİNİN SUALLARINA CAVAB 
 
18 oktyabr 2003-cü il 
 
S u a l: İlham müəllim, Dövlət müstəqilliyi günündə Azərbaycana nə arzulayardınız?  
C a v a b: Biz istəyirik ki, Azərbaycan müstəqil dövlət kimi möhkəmlənsin, güclənsin. Çalışacağıq ki, belə 
də olsun. Azərbaycanın dövlət müstəqilliyi ölkəmizin ən böyük sərvətidir. Hamımızın borcudur ki, dövlətimizi 
möhkəmləndirək. 
S u a l: Bakıda baş vermiş son hadisələrlə bağlı nə deyə bilərsiniz? Xarici ölkələrin bəzi informasiya 
vasitələri bunu dövlət çevrilişinə cəhd kimi də qiymətləndirir. Belə faktlar varmı?    
C a v a b: Belə faktlar yoxdur, bu, kütləvi iğtişaşlardır, müxalifətin radikal qanadı özünün iç üzünü bir daha 
göstərdi. Bilirsinizmi, bu barədə mən dəfələrlə öz fikirlərimi bildirmişəm. Demişdim ki, heç nə unudulmayıbdır. 
Azərbaycan xalqı yaxşı xatırlayır ki, 1992-ci ildə, 1993-cü ildə  məhz bu adamlar Azərbaycanda qardaş qanı 
tökdülər. Məhz bu adamlar Azərbaycanı xaosa, böhrana saldılar, ondan sonra qaçıb gizləndilər. Bu hadisələr də 
sanki onun bir növ təkrarı idi. Fərq onda idi ki, o vaxt onların bu dağıdıcı fəaliyyəti 1992-ci ildə Azərbaycanda 
hakimiyyətdə olan qüvvələrə  təsir edə bilmişdi. Bu dəfə isə bu alınmayıb və heç vaxt da alınmayacaqdır. 
Azərbaycan qüdrətli dövlətdir, özünü müdafiə etməyə qadirdir. Belə hərəkətlərə, əlbəttə ki, son qoyulub və bun-
dan sonra da ciddi tədbirlər görüləcəkdir. O adamlar ki bu iğtişaşlarda iştirak ediblər, ona rəhbərlik ediblər, 
insanları qeyri-qanuni hərəkətlərə təhrik ediblər, onlar qanun qarşısında cavab verəcəklər.  
S u a l: Azərbaycan Respublikasının yeni seçilmiş Prezidenti kimi,  xalqımıza nə arzulayırsınız?  
C a v a b:  Sağ olun. Mən dəfələrlə demişəm, çalışacağam ki, Azərbaycan xalqına xidmət edim, Azərbaycan 
inkişaf etsin, zəngin dövlətə çevrilsin. Azərbaycanda yaşayan hər bir vətəndaş özünü rahat, sərbəst, azad hiss 
etsin, onun yaşayış səviyyəsi yüksəlsin. Mənim arzum budur.  
Arzum budur ki, Azərbaycan müstəqil dövlət kimi Dünya Birliyində daha möhkəm mövqelər tuta bilsin. Bu 
istiqamətdə də böyük işlər aparılıbdır. Bir sözlə, mən çalışacağam ki, Azərbaycanda son on il ərzində yaranmış 
vəziyyət, onunla bağlı inkişaf özünü daha da büruzə versin. Çalışacağam ki, Heydər Əliyev siyasətini ləyaqətlə 
davam etdirim.  
S u a l: İlham müəllim, seçkilərin nəticələri məlumdur, artıq bildiniz ki, Siz qalib gəlmisiniz. İlk olaraq 
Heydər Əliyev Sizi təbrik etdi, yoxsa Siz ona zəng etdiniz?  
C a v a b: Bəli, mən zəng etdim və məlumat verdim. O da seçki prosesini izləyirdi və məni təbrik etdi.  
S u a l: Onun Sizə tövsiyəsi oldumu?  
C a v a b: Məsləhəti seçkilərdən qabaq olmuşdu. Yeni bir tövsiyə eşitmədim.  
S u a l: Siz seçkilərdə qələbənizə inanırdınızmı? 
C a v a b: Mən inanırdım ki, qalib gələcəyəm, çünki seçkilərdən əvvəlki bütün proseslər onu göstərirdi ki, 
Azərbaycan xalqı artıq öz seçimini edibdir. Eyni zamanda, seçkiyə  qəd  ər bir-iki həftə  ərzində keçirdiyim 
görüşlər də bunu göstərirdi. Yəni xalqın münasibəti mənə  bəlli idi. Sözün düzü, şübhə etmirdim ki, qələbə 
qazanacağam.  
S u a l: Bakıda baş verən son hadisələri necə qiymətləndirirsiniz?  
C a v a b:  Mən bu hadisələri kütləvi iğtişaşlar kimi, bunları törədən adamların 1990-cı illərin  əvvəllərinə 
qayıdışa cəhdi kimi qiymətləndirirəm. Xaos, anarxiya yaratmaq cəhdi kimi qiymətləndirirəm. Lakin bu mümkün 
deyildir. Azərbaycan dövləti formalaşmışdır. Bu kütləvi iğtişaşlarda iştirak etmiş, vandalizmə yol vermiş bütün 
ünsürlər Azərbaycan Respublikasının qanunları qarşısında cavab verməli olacaqlar.  
S u a l: İsa Qəmbəri, müxalifəti bu iğtişaşların təşkilatçıları hesab etmək olarmı?  
C a v a b: Bunu Azərbaycan xalqı  və hüquq-mühafizə orqanları  həll edəcəklər. Mən hüquq-mühafizə 
orqanlarının əvəzinə fikir söyləyə bilmərəm. Təhqiqat aparılacaq və partiyada vəzifə tutub-tutmamasından asılı 
olmayaraq, hər kəsin bu iğtişaşlarda nə  dərəcədə  əli olduğu müəyyən ediləcəkdir. Qanun qarşısında hamı 
bərabərdir. Bəzən elə olur ki, cinayət törətmək üçün partiya lideri olurlar və beləliklə, immunitet qazanırlar. 
Mən hesab edirəm ki, qanun qarşısında hamı cavab verməlidir.  İsa Qəmbəri isə  təhrikçi, qan tökülməsinin 
səbəbkarı kimi bütün Azərbaycan xalqı lənətləyəcəkdir.  
S u a l: Bu hadisə ölkəmizin beynəlxalq imicinə təsir edə bilərmi?  
C a v a b:  Əlbəttə, təsir edə bilər. Mənfi tərəfdən təsir edə bilər. Dünyanın bütün televiziya kanalları bu 
kadrları göstərirlər. Axı bütün dünyada bu kadrlara baxan vətəndaşlar bilmirlər ki, bunu törədənlər Azərbaycan 


159 
 
cəmiyyətinin cüzi bir hissəsidir. Onlarda elə  təəssürat yarana bilər ki, ümumiyyətlə, Azərbaycanda sabitlik 
yoxdur. Ümumiyyətlə, Azərbaycan xalqı o səviyyədədir. Ona görə bu, mənfi təsir göstərə biləcəkdir. Bütün 
məsuliyyəti yenə də Müsavat Partiyası, onun rəhbərləri daşıyırlar və onlar qanun qarşısında cavab verəcəklər.  
S u a l: Seçkilərin xarici ölkələrdə qiymətləndirilməsi, ümumiyyətlə, Sizi razı saldımı?  
C a v a b: Müxtəlif qiymətlər səsləndi. Ümumilikdə qiymət o idi ki, seçkilər real vəziyyəti əks etdirir. Yəni 
Azərbaycan xalqının seçimi belə idi. Azərbaycan xalqı  İlham  Əliyevə  səs veribdir və  təbii ki, müxtəlif 
çatışmazlıqlar da vardı. Xüsusilə seçkilərdən qabaq olan bəzi hallar dünya standartlarına cavab vermirdi. 
Plakatların çap olunması, yaxud da ki, başqa məsələlər –  bunlar ciddi xarakter daşımır. Ümumiyyətlə, seçkilər 
çox demokratik, ədalətli şəraitdə keçirilibdir. Beynəlxalq müşahidəçilərin böyük əksəriyyəti seçkilərə məhz belə 
qiymət veribdir. Onların bəziləri ilə mən görüşmüşəm. Onlar məni ürəkdən təbrik ediblər. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə