İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


TÜRKİYƏNİN AZƏRBAYCANDAKI



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə72/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   68   69   70   71   72   73   74   75   ...   86

152 
 
 
TÜRKİYƏNİN AZƏRBAYCANDAKI  
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ  
ƏHMƏD ÜNAL ÇEVİKÖZ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
16 oktyabr 2003-cü il 
 
Ə h m ə d   Ü n a l   Ç e v i k ö z: Cənab Baş nazir, bu an mən həm həyəcanlıyam, həm də çox böyük 
qürur hissi keçirirəm. Dünən keçirilmiş seçkilərin yekunlarının hələ rəsmən  elan olunmamasına baxmayaraq, 
qeyri-rəsmi məlumatlara görə, Sizin ən yüksək səs toplayaraq Azərbaycanın Prezidenti seçilməyiniz artıq 
bəllidir. Azərbaycan və Türkiyə arasındakı əlaqələr hər zaman qardaşlıq zəminində inkişaf etmişdir. Hörmətli 
prezident Heydər Əliyevin siyasətinin davamı olaraq, Sizin prezident vəzifələrini icra etməyə başladıqdan sonra 
iki ölkə arasında münasibətlərin inkişafının davam edəcəyini düşünürəm və buna əminliyimi ifadə edirəm.  
Mən Baş nazirimiz Rəcəb Tayyib Ərdoğanın Sizi telefonla təbrik etdiyini bilirəm. Öz növbəmdə, mən də 
Sizi öz adımdan, hörmətli Prezidentimizin, hörmətli Baş nazirimizin və Xarici İşlər nazirimizin adından bir daha 
təbrik etmək istəyirəm. 
Azərbaycanda son on ildə yaradılmış sabitlik və inkişaf, həqiqətən, ölkənizi həm Qafqazda parlayan bir 
ulduza çevirmiş, həm də Avropa ailəsində  gənc, dinamik və yeni müstəqillik qazanmış ölkələr arasında 
fərqlənən bir nöqtəyə gətirmişdir. Mən bu duyğularla Sizə öz təbriklərimi gətirmişəm. Eyni zamanda, şəhərdə 
sabitliyin pozulmasına yönəlmiş  hərəkətləri də üzüntü ilə qarşılayıram və onların qarşısının  ən qısa zamanda 
alınacağına inanıram. 
Sizin və Azərbaycanın dövlət strukturlarının ölkədə sabitliyin qorunması sahəsində  əzminizə inanıram. 
Azərbaycanda sabitlik və ölkənizin bu günə  qədər yürütdüyü xəttin davam etməsi, həqiqətən, çox böyük 
əhəmiyyət kəsb edir.  
Məni qəbul etdiyinizə görə öz təşəkkürümü bildirir və bir daha Sizi təbrik edirəm.    
İ l h a m   Ə l i y e v: Cənab səfir, çox sağ olun. Sizə çox minnətdaram. Qeyd etdiyiniz kimi, cənab Baş nazir 
Rəcəb Tayyib Ərdoğan bu gün telefonla mənə  zəng etdi və  təbrik etdi. Bu bir daha göstərir ki, ölkələrimiz 
arasında olan dostluq və qardaşlıq münasibətləri davam və inkişaf edir. Siz bilirsiniz ki, Baş nazir vəzifəsinə 
təyin olunduqdan sonra da məni ilk təbrik edən hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğan olmuşdur. O məni 
Türkiyəyə dəvət etdi və təbii ki, bu vəzifədə ilk səfərimi qardaş ölkəyə etdim. Bu ənənə Azərbaycanda yaşayır 
və bundan sonra da yaşayacaqdır. Fürsətdən istifadə edərək sizdən xahiş edirəm ki, hörmətli Prezidentə
hörmətli Baş nazirə və hörmətli xarici işlər nazirinə təbriklərə görə mənim dərin minnətdarlığımı çatdırasınız.  
Türkiyə ilə Azərbaycan arasında olan dostluq və qardaşlıq münasibətləri çox yüksək səviyyədədir. Son on il 
ərzində ölkəmizdə Heydər Əliyev tərəfindən bu istiqamətdə aparılan siyasət öz müsbət nəticələrini verir. Mən çox 
şadam ki, həm Türkiyənin, həm də Azərbaycanın ictimai həyatında iki ölkənin qarşılıqlı münasibətləri öncül 
xarakter almışdır. Mən bundan sonrakı  vəzifəmdə  də çalışacağam ki, bu münasibətlər daha da genişlənsin, iki 
qardaş ölkə bir-birinə daha da yaxın olsun. Hörmətli Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, “Biz bir millət, iki 
dövlətik”. Bu, həqiqətən də belədir. Öz tərəfimdən çalışacağam ki, bu bir milləti daha da yaxın edəm.  
Səfərim zamanı  məni hərarətlə  qəbul etdiklərinə görə, qardaş Türkiyənin Prezidentinə  və Baş nazirinə bir 
daha öz təşəkkürümü bildirirəm. Bu bir daha sübut edir ki, bizim dostluq və qardaşlıq münasibətlərimiz bundan 
sonra da davam edəcəkdir. Bu gün mənim görüşdüyüm ilk rəsmi qonaq da məhz Türkiyənin böyük elçisidir. 
Dəfələrlə  bəyan etmişəm ki, mən Heydər  Əliyevin siyasi xəttinə sadiq olacağam, onun siyasətini davam 
etdirəcəyəm. Əmin ola bilərsiniz ki, ölkələrimiz arasında olan münasibətlər bundan sonra da inkişaf edəcəkdir. 
Bu sahədə Azərbaycanın üzərinə düşən vəzifə layiqincə yerinə yetiriləcəkdir.  


153 
 
 
MDB İCRAİYYƏ KOMİTƏSİNİN SƏDRİ –  
MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİNİN  
İCRAÇI KATİBİ YURİ YAROV İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
17 oktyabr 2003-cü il 
 
İ l h a m  Ə l i y e v: Hörmətli cənab Yarov, çox xoşdur ki, siz gəlib seçki prosesini müşahidə etdiniz. 
Sizin adınızdan verilmiş və seçki prosesini tam əks etdirən bəyanatdan xəbərdaram. Bu seçkilər bizim üçün çox 
mühüm idi. Azərbaycan xalqı öz seçimini demokratiyanın, sabitliyin və  tərəqqinin xeyrinə etdi. Bir daha 
nümayiş etdirildi ki, Azərbaycanda hörmətli prezidentimiz Heydər Əliyevin siyasətinin alternativi yoxdur. Biz 
buna  şübhə etmirdik və bilirdik ki, belə  də olacaqdır. Çox şadıq ki, MDB ölkələrinin və digər beynəlxalq 
təşkilatların müşahidəçiləri də seçkilərin düzgün və ədalətli şəraitdə keçdiyini gördülər. 
Obyektiv qiymətə görə və bu işə çəkdiyiniz zəhmətə görə sizə və sizinlə birlikdə iştirak edən müşahidəçilərin 
hamısına təşəkkürümü bildirmək istəyirəm. Düşünürəm ki, Azərbaycanda olmaq sizə də xoşdur.  
Y u r i  Y a r o v: İlham Heydəroviç, mən, ilk növbədə, Sizi Müstəqil Dövlətlər Birliyinin 200-dən artıq 
müşahidəçisi adından təbrik etmək, Heydər Əliyeviçə Dövlət Başçıları Şurası tərəfindən qəbul olunan dəvətinə 
görə təşəkkürümü bildirmək istərdim. 
Həqiqətən, biz burada işləyərkən hiss edirdik ki, öz ailəmizdəyik. Rayonlara, şəhərlərə getmək üçün bizə hər 
cür imkan verilmişdi. Biz İvanovkada, kolxozda olduq və  mən oradakı  şəraitdən və bunun Azərbaycan üçün 
necə bir nailiyyət olduğu barədə hamıya danışdım. Burada insanlar 200 ildir yaşayırlar, onlara, həqiqətən  əla 
şərait yaradılıb, hətta  bu kollektiv təsərrüfatın gələcəkdə də saxlanması barədə ayrıca qərar qəbul edilibdir.  
Əlbəttə, mən bizə kömək göstərənlərin hamısına, xüsusən MDB İqtisadi Şurasının üzvü Abbas Aydınoviçə 
təşəkkür etmək istərdim. Çünki bizi hər yerdə kifayət qədər diqqətcilliklə qəbul edirdilər, demək lazımdır ki, biz 
heç bir problemlə, heç bir məsələ ilə qarşılaşmadıq, hər şey dərhal həll edilirdi. Bizim adamların hamısı razıdır, 
hər kəsə, komandamızın ən adi üzvünə diqqət göstərilirdi. 
Biz burada özümüzü qardaş kimi hiss etdiyimizə görə minnətdarıq. Biz buraya qardaş kimi gəlmişik və bu 
prosesi birlikdə yaşadıq. Seçkilər prosesi isə ideal idi. Çünki harada olurduqsa, hər yerdə kifayət qədər ciddi 
hazırlıq işləri aparıldığını görürdük. Eyni zamanda, Seçki Məcəlləsində də bir çox yeni məqamlar var, bunlar 
MDB-də heç yerdə yoxdur. Məsələn, biz şəffaf qutular, zərflər gördük. Seçki komissiyalarının – istər dairə, 
istərsə  də  məntəqə komissiyalarının formalaşdırılmasının burada olan sistemini ilk dəfə görürdük. Seçki 
komissiyalarında ilk dəfə  iştirak edən adamların faizi də yüksək – 30 faizdən 80 faizədək idi. Kifayət qədər 
ciddi məşğələlər keçirilməsi, qanunların öyrənilməsi bu adamların bilik səviyyəsinin yüksək olduğunu göstərir-
di.  
Şübhəsiz ki, biz seçicilərin fəallığına heyran qaldıq. Bu heyrətamiz idi, görürdük ki, adamlar seçki 
məntəqələrinin açıldığı ilk dəqiqələrdən gəlirdilər. Halbuki, onlar içəri keçib səs vermək üçün gözləməli 
olurdular. Lakin onlar səbrlə gözləyir və səs verirdilər. Həmin gün biz 1103 məntəqəyə getdik. Mənim üçün xoş 
idi ki, hamı, o cümlədən də müxalifətin nümayəndələri seçkilərin şəffaf keçdiyini etiraf edirdilər.  
Bəli, Siz şərəflə  və böyük səs fərqi ilə qalib gəldiniz. Bakı  şəhərindəki 47 nömrəli məktəbdə açılmış 24 
nömrəli məntəqədə hamının necə əl çaldığını görmək mənim üçün xoş idi. Ona görə də biz Sizi bir daha təbrik 
edirik. İlham Heydəroviç, mən Sizi Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından da təbrik etmək, 
Sizə xoşbəxtlik və firavanlıq, bu çətin, məsul işdə uğurlar arzulamaq istərdim. Biz xoşbəxtik ki, Azərbaycanda 
xalq öz seçimini, həqiqətən, açıq və azad, böyük səs çoxluğu ilə etmişdir. Bu sevindirici və xoşdur. 
Mən Sizə onu da demək istəyirəm ki, seçki məntəqələrindən birində  səsvermə bülleteni üçün zərfdə Sizin 
ünvanınıza məktub da vardı.  Bu məktubun müəllifi Sizə xoşbəxtlik, öz dövlətinə  tərəqqi arzulayır. Bu adam  
andiçmə  mərasimindən sonra gedəcək, onun uşaqları isə burada qalacaqlar. O buraya, öz evinə bir daha 
qayıdacağı vaxtı səbirsizliklə gözləyir. Mən belə başa düşdüm ki, bunu yazan rusdur. Ona görə bu mənim üçün 
ikiqat xoşdur. 
İndi, Dövlət Başçıları  Şurasına daxil olduğunuz vaxtda Sizə  hədiyyə  təqdim etmək istərdik. Bu hədiyyə 
Müstəqil Dövlətlər Birliyinin 10 illiyi ərəfəsində hazırlanmışdır. 12 dövlətin emblemi olan bu hədiyyə yalnız 
prezidentlərə təqdim edilir. Siz dövlətin Prezidenti və Birlik Dövlətləri Başçıları Şurasının üzvüsünüz və hədiyyə 
təsdiq və ümid əlaməti kimi Sizə haqlı olaraq təqdim edilir. Siz MDB-ni möhkəmləndirəcəksiniz və biz 
inteqrasiyanın, dostluğun, demokratiyanın və iqtisadi əməkdaşlığın inkişafında irəliləyə biləcəyik. Biz Sizə böyük 
ümidlər bəsləyirik, çünki Heydər Əliyeviç patriarx, bütün bunları birləşdirən adam idi. Mən ona məsləhət üçün 
müraciət edirdim və həmişə də ondan dəstək alırdım. O, Birliyin prezidentləri arasında danılmaz nüfuza malikdir. 
Bundan  əlavə, cənab Heydər  Əliyevə verilməsi üçün Rusiya Federasiyasının Rəssamlıq Akademiyasının 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə